Qanunvericilik › “Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 19.03.2014) › Tam mətn

“Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 19.03.2014)

“Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 19.03.2014) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.2.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 19 mart 2014-cü il

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 327.2-ci maddəsinə əsasən hazırlanmışdır və gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş (bundan sonra - müsadirə edilmiş), habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalar yalnız aşağıdakı mallara və nəqliyyat vasitələrinə (bundan sonra ‑ mallar) şamil edilir:

1.2.1. müsadirə edilmiş mallara;

1.2.2. şəxsin dövlətin xeyrinə imtina etdiyi xarici və son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara.

1.3. Müsadirə edilmiş və ya şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar müvafiq olaraq, gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin və ya mallardan dövlət xeyrinə imtina edilməsi üçün icazənin verilməsinə dair gömrük orqanının qərarı qüvvəyə mindiyi gündən dövlət mülkiyyətinə keçirilmiş hesab edilir.

2.1. Müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərtermi-nalkompleks” Birliyi tərəfindən (bundan sonra - Birlik) qəbul edilir.

2.2. Müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar Birliyin müəyyən etdiyi anbarlara aşağıdakı sənədlər təqdim edilməklə yerləşdirilir:

2.2.1. mallar haqqında məlumatlar göstərilməklə, gömrük orqanının müraciəti;

2.2.2. malların müsadirə edilməsi haqqında məhkəmənin qüvvəyə minmiş qərarının surəti və ya gömrük orqanının mallardan dövlətin xeyrinə imtina edilməsi üçün icazə verilməsinə dair qərarının surəti.

2.3. Müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar anbara qəbul edilərkən, iki nüsxədə bu Qaydaların əlavəsi ilə müəyyən edilmiş “Malların anbara qəbul edilməsi haqqında Akt” tərtib olunur. Həmin akt malları təhvil verən gömrük orqanının vəzifəli şəxsi və Birliyin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır və Birliyin möhürü ilə təsdiq edilir. Aktın bir nüsxəsi gömrük orqanının vəzifəli şəxsinə verilir.

2.4. Müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar anbara qəbul edilərkən qüsurlu olduqda, bu barədə qəbuletmə aktında müvafiq qeydlər aparılır.

2.5. Birlik anbara qəbul olunmuş malların uçotunu aparır.

3.1. Dövlət mülkiyyətinə keçirilmiş mallar açıq gömrük hərraclarında satılır.

3.2. Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar barəsində sərəncam verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları” ilə tənzimlənir.

“Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi Qaydaları”na əlavə

Aşağıda göstərilən müsadirə (dövlətin xeyrinə imtina) edilmiş mallar ___________________________ anbarına təhvil verildi:

Təhvil verdi ______________________________________________ _______________________

(adı, soyadı, vəzifəsi) (imza və tarix)

Qəbul etdi ______________________________________________ _______________________

(adı, soyadı, vəzifəsi) (imza və tarix)

1. 01 may 2015-ci il tarixli 130 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 616)

2. 12 mart 2024-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2024-cü il, “Xalq” qəzeti, 16 mart 2024-cü il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 314)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver