115.1. Bu Məcəllənin 115.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, qısa idxal bəyannaməsi təqdim edildikdən sonra onu təqdim edən şəxsin müraciəti əsasında həmin bəyannamədə düzəlişlərin aparmasına gömrük orqanları tərəfindən icazə verilir.
115.2. Aşağıdakı hallarda qısa idxal bəyannaməsinə düzəlişlərin edilməsinə yol verilmir:
115.2.1. gömrük orqanları qısa idxal bəyannaməsini təqdim etmiş şəxsə malları yoxlamaq niyyəti barədə məlumat verdikdən sonra;
115.2.2. gömrük orqanları qısa idxal bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra;
115.2.3. gömrük orqanları malların təqdim olunmuş yerdən aparılmasına icazə verdikdən sonra.
115.3. Qısa idxal bəyannaməsi bəyannaməçinin müraciəti olduqda, habelə bəyan edilmiş mallar 200 (iki yüz) gün ərzində gömrük ərazisinə gətirilmədikdə gömrük orqanı tərəfindən ləğv edilir.