Qanunvericilik › Azərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 13

Maddə 13. Gömrük orqanları tərəfindən “bir pəncərə” prinsipinin tətbiqi

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Beynəlxalq ticarətin asanlaşdırılması məqsədi ilə gömrük orqanları dövlət sərhədindən buraxılış məntəqəsində mallara baytarlıq, fitosanitar və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər nəzarət növlərini “bir pəncərə” prinsipi əsasında mümkün qədər qısa vaxtda həyata keçirirlər.

13.2. Gömrük orqanları və digər dövlət orqanları risklərin azaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, xarici ticarətin asanlaşdırılmasına şəraitin yaradılması məqsədi ilə gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması, çıxması və tranziti ilə bağlı əldə edilən məlumatların öz aralarında və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə mübadiləsini həyata keçirirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver