Qanunvericilik › Azərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 15

Maddə 15. Gömrük orqanlarının fəaliyyəti üçün şərait yaradılması

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. Gömrük nəzarətinin və rəsmiləşdirilməsinin öz ərazilərində və ya binalarında keçirilməsində maraqlı olan şəxslər həmin fəaliyyətin həyata keçirilməsi üçün lazımi xidmət və məişət otaqlarını, avadanlıq və rabitə vasitələrini gömrük orqanlarının müvəqqəti istifadəsinə verirlər.

15.2. Gömrük obyektlərinin yerləşdirilməsi üçün torpaq sahələri gömrük orqanlarının istifadəsinə torpaq qanunvericiliyinə uyğun olaraq verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver