Qanunvericilik › Azərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 161

Maddə 161. Eyniləşdirmə tədbirləri

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

161.1. Gömrük orqanları və ya gömrük orqanları tərəfindən səlahiyyət verildiyi hallarda səlahiyyətli iqtisadi operatorlar və “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçiləri malların bəyan edildiyi gömrük prosedurunu tənzimləyən şərtlərə əməl olunmasını təmin etmək məqsədi ilə eyniləşdirmə tələb olunan hallarda bu Məcəllənin 87-ci maddəsinə müvafiq olaraq malların eyniləşdirilməsi tədbirləri həyata keçirirlər.

161.2. Həmin eyniləşdirmə tədbirləri bütün gömrük ərazisində eyni hüquqi qüvvəyə malikdir.

161.3. Fors-major hallarında malların və nəqliyyat vasitələrinin mühafizəsini təmin etmək məqsədləri istisna olmaqla, onlara tətbiq edilmiş eyniləşdirmə vasitələrinin götürülməsi və ya məhv edilməsi yalnız gömrük orqanları tərəfindən, gömrük orqanları tərəfindən səlahiyyət verildiyi hallarda isə səlahiyyətli iqtisadi operatorlar və “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçiləri tərəfindən həyata keçirilə bilər.

161.4. Eyniləşdirmə vasitələri fors-major hallarında götürüldükdə və ya məhv edildikdə, dərhal gömrük orqanlarına məlumat verilməli və göstərilən halların mövcudluğunu sübut edən dəlillər təqdim olunmalıdır.

161.5. Səlahiyyətli iqtisadi operatorların və “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçilərinin istifadə etdikləri plomblar və ya digər eyniləşdirmə vasitələri müqayisə oluna bilən fiziki təhlükəsizlik dərəcəsinə, şəxslərin müəyyənləşdirilməsinə imkan verən müvafiq rəqəmli kodlara və işarələrə malik olmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver