Qanunvericilik › Azərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 173

Maddə 173. Ekvivalent mallar

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

173.1. Xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların əvəzinə saxlanca qoyulan, istifadə edilən və ya emal edilən daxili mallar ekvivalent mallar hesab olunur.

173.2. Xaricdə emal prosedurunda ekvivalent mallar bu prosedur altında yerləşdirilmiş daxili malların əvəzinə emal olunan xarici mallardan ibarətdir.

173.3. Ekvivalent mallar əvəz etdikləri mallarla eyni keyfiyyətə, eyni texniki göstəricilərə və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə eyni rəqəmli koda malik olmalıdırlar.

173.4. Gömrük orqanları gömrük prosedurunun, o cümlədən gömrük nəzarətinin düzgün həyata keçirilməsini təmin etmək şərtilə şəxsin müraciəti əsasında aşağıdakılara icazə verirlər:

173.4.1. saxlanc, xüsusi istifadə və emal xüsusi gömrük prosedurlarında ekvivalent mallardan istifadə edilməsinə;

173.4.2. daxildə emal xüsusi gömrük proseduru zamanı ekvivalent mallardan əldə olunmuş emal məhsullarının əvəz edilmiş malların idxalından əvvəl ixrac edilməsinə;

173.4.3. xaricdə emal xüsusi gömrük proseduru zamanı ekvivalent mallardan əldə edilmiş emal məhsullarının əvəz edilmiş malların ixracından əvvəl idxal edilməsinə.

173.4-1. Aşağıdakı hallarda ekvivalent mallardan istifadəyə icazə verilmir:

173.4-1.1. daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallarla adi işləmə formaları həyata keçirildikdə;

173.4-1.2. əsassız olaraq gömrük rüsumlarından və vergilərdən azad olunma məqsədləri aşkar edildikdə.

173.5. Müvafiq icra hakimiyyəti orqanı ekvivalent mallardan istifadə qaydalarını müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver