Gömrük orqanlarının razılığı ilə gömrük nəzarətinə xələl gətirməmək və xüsusi gömrük prosedurlarına dair tələblərə əməl etmək şərtilə, malların daxildə emalı və ya son istifadə xüsusi gömrük proseduru altında emalı gömrük anbarında həyata keçirilə bilər. Bu halda mallar gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilmir.
Qanunvericilik › Azərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 182
Maddə 182. Gömrük anbarlarında malların emalı
Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver