206.0. Gömrük orqanlarında təsdiq edilmiş təhlükəsiz ixrac sxemi üzrə ixrac olunmayan malların yerləşdirildiyi nəqliyyat vasitələrinə, onların yük hissəsinə və tutumlarına, o cümlədən bağlamalara, müşayiət olunan və olunmayan baqajlara gömrük təminatını vuran gömrük orqanlarının vəzifəli şəxslərindən nəqliyyat vasitələrinə, onların yük hissəsinə və tutumlarına, o cümlədən bağlamalara, müşayiət olunan və olunmayan baqajlara aşağıdakıları izah edən bildirişin əlavə edilməsi tələb olunur:
206.0.1. bağlamaya ilk gömrük təminatının vurulduğu vaxtdan bu təminatının gömrük orqanı tərəfindən rəsmi çıxarılmasınadək malların həmin nəqliyyat vasitələrinin yük hissəsində və tutumlarında, o cümlədən bağlamalarda, müşayiət olunan və olunmayan baqajlarda olmasını;
206.0.2. gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitələrini saxlamaq və yoxlamaq səlahiyyətlərinin gömrük təminatı vurulmuş nəqliyyat vasitələrinin yük hissəsində və tutumlarında, o cümlədən bağlamalarda, müşayiət olunan və olunmayan baqajlarda yerləşdirilmiş və gömrük nəzarətindən keçməli olan malları daşıyan nəqliyyat vasitələrinə də şamil olunduğunu;
206.0.3. gömrük orqanlarının vəzifəli şəxslərinin gömrük ərazisindən ixrac olunması nəzərdə tutulan bütün mallar barədə aşağıdakı şəxsləri sorğu-sual edə bilməsi səlahiyyətini:
206.0.3.1. gömrük təminatı vurulmuş nəqliyyat vasitələrinin yük hissəsində və tutumlarında, o cümlədən bağlamalarda yerləşən və gömrük nəzarətindən keçməli olan malların mövcudluğu barədə gömrük orqanlarının vəzifəli şəxslərinin əsaslı şübhəsi yarandığı nəqliyyat vasitəsinə görə məsul şəxsi;
206.0.3.2. gömrük təminatı vurulmuş bağlamalarda yerləşən və gömrük nəzarətindən keçməli olan malların mövcudluğu barədə gömrük orqanlarının vəzifəli şəxslərinin əsaslı şübhəsi yarandığı tikilinin sahibini və ya onun istifadəçisini;
206.0.3.3. Bu Məcəllənin 206.0.3.1-206.0.3.2-ci maddələrində göstərilən şəxslər tərəfindən işə götürülmüş şəxsi.