220.1. Malların gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur.
220.2. Malları gömrük məqsədləri üçün dəyərləndirən şəxs:
220.2.1. onların bəyan edilməsi ilə bağlı sənədləri və məlumatları bu Məcəllənin 95.2-ci maddəsində tələb olunan müddət ərzində saxlamalı;
220.2.2. gömrük orqanları tərəfindən tələb olunduqda, müəyyən edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq üçün bəyanetmə ilə bağlı sənədləri və məlumatları onlara təqdim etməlidir.
220.3. Malların gömrük dəyəri Azərbaycan Respublikasının milli valyutası ilə bəyan edilir.