Qanunvericilik › Azərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 242

Maddə 242. Gömrük borcunun hesablanmasının əsasları

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

242.1. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür.

242.2. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür.

242.3. Gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması, habelə gömrük ödənişləri üzrə güzəşt və azadolmaların tətbiqi idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır, həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri, güzəşt və azadolmalara dair normativ hüquqi aktların müddəaları əsas götürülür.

242.3-1. Daxildə emal xüsusi gömrük proseduru nəticəsində əldə olunan emal məhsulları üzrə gömrük borcu həmin malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə dair gömrük bəyannaməsi təsdiq olunduğu vaxt malların tarif təsnifatı, gömrük dəyəri, miqdarı, xassələri və mənşəyi əsas götürülməklə müəyyən edilir.

242.4. Gömrük borcunun məbləği gömrük bəyannaməsi verildikdən sonra mümkün qədər qısa müddətdə hesablanmalıdır.

242.5. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver