Qanunvericilik › Azərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 244

Maddə 244. Gömrük borcunun ödənilməsi qaydaları

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

244.1. Gömrük borcu gömrük orqanına, beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar üçün isə poçt rabitəsinin milli operatoruna nağdsız qaydada ödənilir.

244.2. Gömrük borcu üzrə ödənişlərin nağdsız qaydada həyata keçirilməsi məqsədilə gömrük sərhəd buraxılış məntəqələrində bank və ya poçt şöbələri yaradılır, həmçinin ödəniş terminalları quraşdırılır.

244.3. Gömrük borcu hesablanmış gömrük ödənişləri üzrə borclu olan və ya bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə əlaqədar yarana biləcək gömrük ödənişləri sahibkarlıq subyekti olmayan fiziki şəxs, habelə bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə edilməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər.

244.4. Poçt rabitəsinin milli operatoru gömrük borcu üzrə ödənişləri müvafiq icra hakimiyyəti orqanlarının birlikdə müəyyən etdiyi qaydada gömrük orqanlarının hesabına köçürür.

244.5. Yol vergisi bu Məcəllənin 230.2-ci maddəsinə uyğun olaraq gömrük orqanları tərəfindən tutulur və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə köçürülür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver