279.1. Müvafiq icra hakimiyyəti orqanı gömrük nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrini kağız daşıyıcıda və elektron informasiya sistemi vasitəsilə elektron formada aparır, həmçinin reyestrə daxil etdiyi əqli mülkiyyət hüquqlarının obyektləri barədə məlumatları özünün rəsmi internet informasiya ehtiyatında yerləşdirir və məlumatların daimi yenilənməsini təmin edir.
279.2. Reyestrin aparılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda reyestrdə olan məlumatların gömrük orqanlarına və ərizəçilərə çatdırılması proseduru da nəzərdə tutulmalıdır.