291.1. Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi bu Məcəlləyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının birlikdə müəyyən etdiyi qaydada həyata keçirilir.
291.2. Gömrük bəyannaməsi təqdim edilməklə beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi, beynəlxalq poçt mübadiləsi məntəqələrində və yerlərində həyata keçirilir.
291.3. Audio-video yazılarının, maqnit və digər məlumat daşıyıcılarının gömrük rəsmiləşdirilməsi xüsusi texniki nəzarət vasitələrindən istifadə etməklə gömrük nəzarəti aparıldıqdan sonra həyata keçirilir.
291.4. Beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi məqsədilə bu Məcəllənin 289.1.3 - 289.1.6-cı maddələrində nəzərdə tutulan beynəlxalq poçt göndərişlərinə dair məlumatlar gömrük orqanlarının elektron informasiya sistemi vasitəsilə göndərilməlidir.