292-3.1. Sürətli (ekspres) daşınma yolu ilə gömrük sərhədindən keçirilən mallar əvvəlcədən gömrük orqanlarına bəyan olunur və onların daşınmasını həyata keçirən şəxslər tərəfindən gömrük orqanlarına təqdim edilir.
292-3.2. Sürətli (ekspres) daşınma yolu ilə gömrük ərazisinə gətirilən və ya bu ərazidən aparılan istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların bəyan edilməsi və gömrük rəsmiləşdirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş güzəştli və sadələşdirilmiş qaydada həyata keçirilir.
292-3.3. Sürətli (ekspres) daşınma yolu ilə gömrük sərhədindən istehsal, yaxud kommersiya məqsədləri üçün keçirilən mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada gömrük bəyannaməsi təqdim olunmaqla gömrük orqanlarına bəyan edilir.
292-3.4. Gömrük ərazisinə gətirilməsinə və bu ərazidən aparılmasına müvafiq icazə əsasında yol verilən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların gömrük rəsmiləşdirilməsi zamanı onları alan və göndərən şəxslər (həmin şəxslərin səlahiyyətli nümayəndələri) gömrük orqanlarına müvafiq icazə sənədini təqdim edirlər.