Qanunvericilik › Azərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 308

Maddə 308. Xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin başçıları və digər diplomatik heyət üzvləri üçün gömrük güzəştləri

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

308.1. Xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin başçıları və digər diplomatik heyət üzvləri, habelə onlarla birlikdə yaşayan ailə üzvləri şəxsi istifadə üçün nəzərdə tutulan malları və nəqliyyat vasitələrini, onların gömrük sərhədindən keçirilməsi qaydalarına riayət etmək şərti ilə gömrük rüsumlarından, vergilərdən və digər gömrük ödənişlərindən azad edilməklə gömrük ərazisinə gətirə və bu ərazidən apara bilərlər.

308.3. Xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin başçılarının və digər diplomatik heyət üzvlərinin, onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi baqajlarında şəxsi istifadə üçün nəzərdə tutulmayan, gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması bu Məcəllə, müvafiq qanunvericiliklə və beynəlxalq müqavilələrlə qadağan edilən, məhdudlaşdırılan malların mövcudluğu haqqında kifayət qədər əsaslar olduqda, gömrük orqanları həmin şəxslərin və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə gömrük baxışı keçirirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver