311.1. Xarici dövlətlərin Azərbaycan Respublikasındakı konsulluqlarına, onların başçılarına, digər vəzifəli şəxslərinə və inzibati-texniki işləri həyata keçirən əməkdaşlarına, habelə göstərilən şəxslərin ailə üzvlərinə (həmin əməkdaşlar və onların ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşı deyilsə və ya Azərbaycan Respublikasında daimi yaşamırlarsa) xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəlikləri və ya diplomatik nümayəndəliyin müvafiq heyəti üçün bu Məcəllədə nəzərdə tutulmuş qaydada gömrük ödənişlərinə dair güzəştlər tətbiq edilir.
311.2. Xarici dövlətlərlə bağlanılan beynəlxalq müqavilələr əsasında bu Məcəllədə xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin diplomatik heyəti üçün nəzərdə tutulan güzəştlər, hər bir dövlətlə qarşılıqlı olmaq şərti ilə, xarici dövlətlərin Azərbaycan Respublikasındakı konsulluqlarının Azərbaycan Respublikasının vətəndaşı olmayan və ya daimi olaraq Azərbaycan Respublikasında yaşamayan xidmətçi heyət işçilərinə və onların ailə üzvlərinə də şamil edilə bilər.