36.1. Gömrük orqanlarının informasiya ehtiyatları gömrük əməliyyatlarını həyata keçirən şəxslərin bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq təqdim etdikləri sənədlər və məlumatlar əsasında formalaşdırılır.
36.2. Gömrük orqanlarının informasiya ehtiyatlarının formalaşdırılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
36.3. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə informasiyanın əldə edilməsinə qoyulmuş məhdudiyyətlər istisna edilməklə, gömrük orqanlarının sərəncamında olan informasiya ehtiyatlarına giriş açıqdır.
36.4. Müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarında istifadə üçün nəzərdə tutulan informasiya ehtiyatlarından onun vəzifəli şəxslərinin istifadəyə buraxılış dərəcəsini müəyyən edir.