5.1. Müvafiq icra hakimiyyəti orqanı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq normativ hüquqi aktlar qəbul edir.
5.2. Müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktları, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
5.3. Müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktları onun rəsmi internet saytında da yerləşdirilməlidir.