Qanunvericilik › Azərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 52

Maddə 52. Şikayətin verilməsi və qərarın qəbul edilməsi qaydaları

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

52.1. Gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilir.

52.2. İnzibati şikayətlərin verilməsi, onlara baxılması qaydası və müddəti “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

52.4. Qərardan şikayət üzrə gömrük orqanlarının qərarı yazılı, o cümlədən elektron formada qəbul edilir.

52.6. Bu Məcəllənin 52.2-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qərar qəbul edilmədikdə və ya şəxs qəbul edilmiş qərarla razılaşmadıqda, məhkəməyə şikayət edilə bilər.

52.7. Gömrük orqanlarının qərarlarından məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydada verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver