54.1. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən hakimiyyət nümayəndəsidir və dövlətin mühafizəsi altında olurlar.
54.2. Gömrük orqanlarının vəzifəli şəxslərinin əməyinin ödənilməsi, maddi-məişət təminatı, dövlət və sosial müdafiəsi müvafiq qanunvericiliklə tənzimlənir. Gömrük orqanlarının vəzifəli şəxslərinin əməyinin ödənilməsi, dövlət və sosial müdafiəsi müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Gömrük orqanlarının vəzifəli şəxslərinin maddi və sosial təminatı ilə bağlı əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləğini və təyin edilmə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.