7.1. Müvafiq icra hakimiyyəti orqanının vahid sistemini onun Aparatı, strukturuna daxil olan gömrük orqanları və tabeliyində olan qurumlar təşkil edir.
7.2. Müvafiq icra hakimiyyəti orqanının Əsasnaməsi və onun strukturu müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
7.3. Müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan gömrük orqanları və tabeliyində olan qurumlar müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnamələrə və ya nizamnamələrə uyğun fəaliyyət göstərirlər.
7.4. Müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan gömrük orqanlarının və tabeliyində olan qurumların yaradılması, yenidən təşkili və ləğvi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.