Qanunvericilik › “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə (Prezidentin fərmanı, 04.07.2013) › Tam mətn

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə (Prezidentin fərmanı, 04.07.2013)

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə (Prezidentin fərmanı, 04.07.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 687-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. həmin Qanunun 19.6-cı maddəsinə uyğun olaraq, malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi qaydalarını müəyyən etsin;

1.1.4. həmin Qanunun 7.3-cü maddəsinə uyğun olaraq, məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.5. həmin Qanunun 13.5-ci maddəsinə uyğun olaraq, mallara dair bəyannamənin təsdiq edildiyi gündən 1 (bir) il müddətində malların qüsurlu olması ilə əlaqədar sövdələşmə qiymətinə düzəlişlər edilməsi hallarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. beş ay müddətində:

1.2.1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə uyğun olaraq, xüsusi, antidempinq və ya kompensasiya rüsumlarının formalaşdırılması və tətbiqi qaydasını tənzimləyən müvafiq qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1-1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü, 19.7-ci, 20.0.17-ci (birinci halda), 20.0.18-ci (birinci və üçüncü hallarda), 20.0.19-cu (birinci və üçüncü hallarda), 20.0.20-ci (birinci və ikinci hallarda), 20.0.21-ci, 20.0.22-ci (hər iki halda), 20.0.23-cü (hər iki halda), 20.0.24 – 20.0.28-1-ci, 20.0.30-cu (hər iki halda), 20.0.31-ci, 20.0.32-ci (hər iki halda), 20.0.33-cü, 20.0.34-cü (hər iki halda), 20.0.35-ci və 20.0.36-cı (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.1-3. həmin Qanunun 20.0.18-ci (birinci halda), 20.0.19-cu (birinci halda), 20.0.20-ci, 20.0.32-ci (birinci halda) və 20.0.34-cü (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

3.2. həmin Qanunun 1.1.3-cü, 1.1.4-cü, 3.2-ci, 3.3-cü, 5-ci, 7.3-cü, 8.2-ci, 13.5-ci, 19.2-ci, 19.3-cü, 19.6-cı və 20.0.9-cu maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

3.2-1. həmin Qanunun 12.4-cü, 19.7-ci, 20.0.18-ci (ikinci halda), 20.0.19-cu (ikinci halda), 20.0.22-ci (ikinci halda), 20.0.23-cü (birinci halda), 20.0.25-ci, 20.0.30-cu (birinci halda) və 20.0.36-cı (hər iki halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

3.3. həmin Qanunun 17.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir;

3.4. həmin Qanunun 20.0.11-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi həyata keçirir;

3.5. həmin Qanunun 20.0.20-ci (üçüncü halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;

3.5-1. həmin Qanunun 20.0.22-ci (birinci halda) və 20.0.31-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

3.5-2. həmin Qanunun 20.0.35-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi nəzərdə tutulur.

3.5-3. həmin Qanunun 20.0.17-ci (ikinci halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini hərbi təyinatlı məhsulların istehsalı layihələrinə münasibətdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, digər layihələrə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.

3.6. həmin Qanunun 20.0.18-ci (ikinci halda) və 20.0.19-cu (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini sənaye parklarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Bakı şəhərinin Pirallahı rayonunda yaradılmış Yüksək Texnologiyalar Parkına münasibətdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, digər texnologiyalar parklarına münasibətdə isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən səlahiyyətli orqan həyata keçirir;

3.7. həmin Qanunun 20.0.20-ci maddəsində “sənaye parkı” dedikdə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 iyun tarixli 1255 nömrəli Sərəncamına əsasən yaradılmış Qaradağ Sənaye Parkı, “müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti” dedikdə, gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidenti nəzərdə tutulur;

3.8. həmin Qanunun 20.0.21-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi nəzərdə tutulur;

3.9. həmin Qanunun 20.0.23-cü (ikinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzərdə tutulur;

3.10. həmin Qanunun 20.0.24-cü və 20.0.26-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Fondu nəzərdə tutulur;

3.12. həmin Qanunun 20.0.27-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nəzərdə tutulur;

3.13. həmin Qanunun 20.0.28-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi nəzərdə tutulur;

3.13-1. həmin Qanunun 20.0.28-1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi nəzərdə tutulur;

3.14. həmin Qanunun 20.0.30-cu (ikinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;

3.15. həmin Qanunun 20.0.32-ci maddəsində ikinci halda “orqan (qurum)” dedikdə sənaye parklarına münasibətdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi, texnologiyalar parklarına münasibətdə isə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətli orqan nəzərdə tutulur;

3.16. həmin Qanunun 20.0.33-cü və 20.0.34-cü (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 iyul 2013-cü il

1. 15 fevral 2016-cı il tarixli 796 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 fevral 2016-cı il, № 39; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 260)

2. 1 iyun 2016-cı il tarixli 926 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 7 iyun 2016-cı il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1022)

3. 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

4. 11 yanvar 2022-ci il tarixli 1572 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 yanvar 2022-ci il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 19)

5. 31 may 2022-ci il tarixli 1706 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2022-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 474)

6. 26 yanvar 2023-cü il tarixli 2000 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 26 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 27 yanvar 2023-cü il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 88)

7. 27 yanvar 2023-cü il tarixli 2004 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 29 yanvar 2023-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 92)

8. 27 dekabr 2023-cü il tarixli 2429 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 28 dekabr 2023-cü il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, I kitab, maddə 1690)

9. 14 dekabr 2023-cü il tarixli 2386 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, I kitab, maddə 1647)

10. 12 iyun 2024-cü il tarixli 95 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 iyun 2024-cü il, “Azərbaycan” qəzeti, 13 iyun 2024-cü il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 6, I kitab, maddə 661)

11. 24 dekabr 2024-cü il tarixli 265 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 26 dekabr 2024-cü il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1371)

12. 29 dekabr 2025-ci il tarixli 563 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 dekabr 2025-ci il, “Azərbaycan” qəzeti, 30 dekabr 2025-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, I kitab, maddə 1154)

13. 23 fevral 2026-cı il tarixli 606 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 fevral 2026-cı il, “Azərbaycan” qəzeti, 24 fevral 2026-cı il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 125)

14. 19 iyun 2026-cı il tarixli 689 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 iyun 2026-cı il, “Xalq” qəzeti, 20 iyun 2026-cı il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 6, maddə 510)

15. 17 iyul 2026-cı il tarixli 726 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 iyul 2026-cı il, “Azərbaycan” qəzeti, 18 iyul 2026-cı il, № 126)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver