“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanının 28.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Gömrük yığımlarının məbləğləri” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında gömrük fəaliyyətinin növləri üzrə alınan yığımların miqdarları haqqında” 2000-ci il 29 avqust tarixli 151 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 8, maddə 655) və “Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılması üçün alınan gömrük yığımlarının miqdarı”nın təsdiq edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 190 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, N 9, maddə 916) ləğv edilsin.
3. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 4, maddə 289, N 8, maddə 560; 2002, N 8, maddə 549, N 9, maddə 581, N 10, maddə 647; 2003, N 2, maddə 147, N 4, maddə 226, N 10, maddə 614, N 12, II kitab, maddə 749; 2004, N 3, maddə 196, N 4, maddə 307, N 5, maddələr 389, 390, N 9, maddə 743; 2005, N 10, maddə 980; 2006, N 4, maddə 363, N 7, maddə 652; 2007, N 5, maddə 548,N 6, maddə 700, N 11, maddə 1187; 2008, N 4, maddə 325; 2009, N 11, maddə 938; 2010, N 1, maddə 68; 2012, N 9, maddə 928; 2013, N 7, maddə 871; 2014, N 1, maddə 65, N 2, maddə 197) adından “, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı” sözləri və 1-ci hissəsindən “və Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı” sözləri çıxarılsın.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 26 aprel 2016-cı il
1.1. “Gömrük yığımlarının məbləğləri” (bundan sonra – Sənəd) Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 231.2-ci maddəsinə əsasən hazırlanmışdır və gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə alınan gömrük yığımlarını müəyyən edir.
1.2. Gömrük yığımlarının tətbiqi daxili bazarın müdafiəsi və fiskal məqsədlər üçün nəzərdə tutulmur, onların məbləği gömrük orqanları tərəfindən göstərilən xidmətin təxmini dəyərini əks etdirir.
1.3. Gömrük yığımları aşağıdakılardır:
1.3.1. gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları:
1.3.1.1. malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları;
1.3.1.2. gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılmasına görə gömrük yığımları;
1.3.1.3. malların gömrük nəzarəti altında məhvinə görə gömrük yığımları;
1.3.2. gömrük müşayiətinə görə gömrük yığımları;
1.3.3. malların saxlancına görə gömrük yığımları;
1.3.4. gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə gömrük yığımları;
1.3.5. bankların və bank olmayan kredit təşkilatlarının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə gömrük yığımları.
1.4. Mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və ya iş yerindən kənarda həyata keçirildikdə, bu Sənədin 1.3.1-ci yarımbəndində qeyd olunan gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları (bu Sənədin 2.1-1-ci bəndində nəzərdə tutulan gömrük yığımları istisna olmaqla) ikiqat məbləğdə alınır.
2.1. Bu Sənədin 2.1-1-ci bəndi nəzərə alınmaqla, malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi (tranzit xüsusi gömrük proseduru istisna olmaqla) və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərə, həmçinin fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük borcu yarandığı halda həmin malların rəsmiləşdirilməsinə və yük (karqo) manifesti vasitəsilə Azərbaycan Respublikasının ərazisində hava gəmilərinin konstruksiyası ilə müəyyən edilmiş tutumlarına doldurulan və heyət üzvlərinin, xidmətedici heyətin, sərnişinlərin istifadəsi və hava gəmisinin istismarı üçün ehtiyatlar hesab olunan malların gömrük rəsmiləşdirilməsinə görə aşağıdakı məbləğdə gömrük yığımları alınır:
2.1.1. gömrük dəyəri 1 000 manatadək olduqda 15 manat;
2.1.2. gömrük dəyəri 1 000 manatdan yuxarı və 10 000 manatadək olduqda 60 manat;
2.1.3. gömrük dəyəri 10 000 manatdan yuxarı və 50 000 manatadək olduqda 120 manat;
2.1.4. gömrük dəyəri 50 000 manatdan yuxarı və 100 000 manatadək olduqda 200 manat;
2.1.5. gömrük dəyəri 100 000 manatdan yuxarı və 500 000 manatadək olduqda 300 manat;
2.1.6. gömrük dəyəri 500 000 manatdan yuxarı və 1 000 000 manatadək olduqda 600 manat;
2.1.7. gömrük dəyəri 1 000 000 manatdan yuxarı olduqda 1000 manat.
2.1-1. Bu Sənədin 2.1-ci bəndi ilə müəyyən olunmuş gömrük yığımlarına əlavə olaraq, aşağıdakı malların sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında yerləşdirilməsinə görə müvafiq məbləğlərdə gömrük yığımları alınır:
2.1-1.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, işğaldan azad edilmiş ərazilərdə yerləşən sənaye parklarının rezidenti olan hüquqi şəxslər tərəfindən sənaye parklarında istehsal məqsədilə xammal kimi idxal istisna olmaqla, xarici iqtisadi fəaliyyətin mal nomenklaturunun 7213 (7213 91 410 0 alt yarımmövqeyi istisna olmaqla) və 7214 mal mövqeyində təsnifləşdirilən “dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar”ın 1 tonu üçün - 150 manat;
2.1-1.2. xarici iqtisadi fəaliyyətin mal nomenklaturunun 7005 10 050 0, 7005 10 250 0, 7005 10 300 0, 7005 10 800 0, 7005 21 250 0, 7005 21 300 0, 7005 21 800 0, 7005 29 250 0, 7005 29 350 0, 7005 29 800 0 alt yarımmövqelərində təsnifləşdirilən armaturlaşdırılmamış şüşələrin 1 tonu üçün - 100 manat.
2.2. Azərbaycan Respublikasının gömrük sərhədindən tranzit xüsusi gömrük proseduru altında keçirilən malların gömrük rəsmiləşdirilməsinə görə 30 manat məbləğində gömrük yığımı alınır.
2.3. Hasilatın pay bölgüsü haqqında sazişlərin icrası ilə bağlı Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, o cümlədən mənfəət karbohidrogenlərinin gömrük rəsmiləşdirilməsinə görə bu sazişlərin müvafiq müddəaları ilə müəyyən edilmiş məbləğdə gömrük yığımları alınır.
2.5. Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük borcu yarandığı halda təqdim edilən sadələşdirilmiş bəyannamələrin rəsmiləşdirilməsi üçün 10 manat məbləğində gömrük yığımı alınır.
2.6. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, o cümlədən müvəqqəti gətirilən nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə aşağıdakı məbləğdə gömrük yığımları alınır:
2.6.1. yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün - 30 manat;
2.6.2. digər avtonəqliyyat vasitələri üçün - 25 manat.
2.7. Aşağıdakı hallarda malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınmır:
2.7.1. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” ilə gömrük ödənişlərindən azadolma tətbiq edildiyi hallarda;
2.7.2. elektrik enerjisinin qarşılıqlı ötürülməsi hallarında;
2.7.3. qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı və qrant müqaviləsi (qərarı) əsasında qrantlar hesabına malların xaricə ixracı hallarında;
2.7.4. humanitar və texniki yardım məqsədi ilə gömrük sərhədindən keçirilən malların gömrük rəsmiləşdirilməsi zamanı;
2.7.5. silah və texnikanın alınması daxil olmaqla, dövlət müdafiə sifarişləri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkib hissəsi olan qurumlar tərəfindən bağlanmış müqavilələr və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında hərbi təyinatlı malların idxalı hallarında;
2.7.6. 2.7.5-ci yarımbənddə qeyd olunmuş hərbi təyinatlı malların təmiri üçün müvəqqəti ixrac və təkrar idxal əməliyyatları hallarında;
2.7.7. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal və avadanlıqların idxalı hallarında.
2.8. Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının hesablanması bəyannamənin və ya gömrük rəsmiləşdirilməsinə əsas verən müvafiq sənədin gömrük orqanına təqdim edildiyi gün qüvvədə olan gömrük yığımlarının məbləğləri əsasında həyata keçirilir.
2.9. Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının ödənilməsi bəyannamə və ya gömrük rəsmiləşdirilməsinə əsas verən müvafiq sənəd təsdiq (qəbul) edilənədək və ya təsdiqi (qəbulu) ilə eyni vaxtda həyata keçirilir.
3.1. Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılmasına görə aşağıdakı məbləğdə gömrük yığımları alınır:
malların kimyəvi tərkibinin ekspertizası
malların texniki göstəricilərinin ekspertizası
malların mineraloji tərkibinin ekspertizası
malların XİFMN-ə uyğun aidiyyətinin, təsnifat kodunun ekspertizası
malların eyniləşdirilməsinin ekspertizası
malların mənşə sənədlərinin həqiqiliyinin yoxlanılması
emal prosesində malların hasilat və ya orta hasilat normalarının müəyyən edilməsi
nəqliyyat vasitələrinin ekspertizası
istehlak məhsullarının ekspertizası
mikrobioloji ekspertiza (hər bir parametr üzrə)
spirtin və spirtli içkilərin xromatoqrafik ekspertizası
yağların xromatoqrafik ekspertizası
mikotoksinlərin ekspertizası
qida məhsullarında və suda pestisidlərin ekspertizası
ekspress-rentgenspektral ekspertiza
rentgenspektral ekspertiza
rentgendifraktometrik analiz
nitrat və nitritlərin ekspertizası
ağır metalların ekspertizası (hər parametr üzrə)
qida məhsullarında və suda ion-xromatoqrafiya ekspertizası (hər bir parametr üzrə)
məhsullarda genetik modifikasiya olunmuş orqanizmlərin ekspertizası
qida məhsullarında baytarlıq preparatlarının miqdarının müəyyən edilməsinə dair ekspertiza
qida məhsullarında antibiotiklərin ekspertizası
qida məhsullarında histaminin ekspertizası
qida məhsullarında qida əlavələrinin (konservantların, boyaq maddələrinin və s.) ekspertizası (hər bir parametr üzrə)
fiziki-kimyəvi ekspertiza (bir parametr üzrə)
orqanoleptik ekspertiza
dərman və tibb vasitələrinin, habelə dərman maddələrinin, bioloji aktiv qida məhsullarının ekspertizası (hər bir parametr üzrə)
malların tərkibində güclü təsirli, zəhərli, narkotik, psixotrop maddələrin və onların prekursorlarının müəyyən edilməsi üzrə ekspertiza
neft və neft məhsullarının ekspertizası
malların keyfiyyət göstəricilərinin tədqiqi
ixrac nəzarəti məqsədi ilə malların ikili, hərbi və ya mülki təyinatının müəyyən edilməsi üzrə ekspertiza
mülki dövriyyəsi məhdudlaşdırılmış və qadağan edilmiş malların müəyyən edilməsi üzrə ekspertiza
kimyəvi silahlar və onların hazırlanmasında istifadə olunan kimyəvi maddələrin müəyyən edilməsinə dair ekspertiza
sənətşünaslıq ekspertizası
təhlükəli tullantıların müəyyən edilməsi üzrə ekspertiza
ozondağıdıcı malların müəyyən edilməsi üzrə ekspertiza
radioloji ekspertiza (hər bir parametr üzrə)
malın gömrük dəyərinin ekspertizası
3.2. XİFMN-ə uyğun olaraq, aidiyyətinin və təsnifat kodunun ekspertizasına görə gömrük yığımları hər bir təsnifat kodu üzrə, emal prosesində hasilat normalarının müəyyən edilməsi üçün gömrük yığımları hər bir müraciət üzrə, digər ekspertiza məqsədləri üçün isə gömrük yığımları hər bir mal üzrə ayrılıqda tətbiq edilir.
3.3. Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılması üçün alınan gömrük yığımlarının hesablanması ekspertizanın aparılması məqsədi ilə müraciət edildiyi gün qüvvədə olan gömrük yığımlarının məbləğləri əsasında həyata keçirilir.
3.4. Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılması üçün alınan gömrük yığımları ekspertizanın aparılması məqsədi ilə müraciət edildiyi zaman ödənilir.
4.1. Malların gömrük nəzarəti altında məhvinə görə malın ilkin gömrük dəyərindən asılı olaraq, bu Sənədin 2.1-ci bəndi ilə müəyyən edilmiş məbləğdə gömrük yığımları tətbiq edilir.
4.2. Malların gömrük nəzarəti altında məhvinə görə gömrük yığımlarının hesablanması məhvetmənin baş verdiyi gün qüvvədə olan gömrük yığımlarının məbləğləri əsasında həyata keçirilir.
4.3. Malların gömrük nəzarəti altında məhvinə görə gömrük yığımları malların gömrük nəzarəti altında məhv edilməsinə dair akt təsdiq edilənədək və ya onun təsdiqi ilə eyni vaxtda ödənilir.
5.1. Gömrük müşayiətinə görə aşağıdakı məbləğdə gömrük yığımları alınır:
5.1.1. gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən hər avtonəqliyyat vasitəsinin və ya vahid qatarın və ya dəniz, çay gəmisinin və ya hava gəmisinin fiziki olaraq gömrük müşayiətinin aparılmasına görə - 100 manat;
5.1.2. stasionar GPS qurğusu olmayan nəqliyyat vasitələrinə elektron qıfıllar (GPS qurğuları) quraşdırılaraq, GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılmasına görə (hər 24 saat üçün) - 10 manat.
5.2. Gömrük müşayiətinə görə gömrük yığımlarının hesablanması müşayiətin başlandığı gün qüvvədə olan gömrük yığımlarının məbləğləri əsasında həyata keçirilir.
5.3. Bu Sənədin 5.1.1-ci yarımbəndi ilə müəyyən edilmiş gömrük müşayiətinə görə gömrük yığımları müşayiətə başlanılmazdan əvvəl ödənilir.
5.4. Stasionar GPS qurğusu olmayan nəqliyyat vasitələrinə elektron qıfıllar (GPS qurğuları) quraşdırılaraq, GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılmasına görə gömrük yığımları hesablanarkən, 24 saatdan az olan müddət tam 24 saata bərabər tutulur.
5.5. Bu Sənədin 5.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş gömrük müşayiətinə görə gömrük yığımları müşayiət başa çatdıqdan sonra ödənilir.
6.1. Gömrük orqanlarının sərəncamında olan anbarlarda malların saxlancına görə aşağıdakı məbləğdə gömrük yığımları alınır:
6.1.1. xüsusi saxlanc şəraitini tələb etməyən hər 100 kiloqram (brutto çəki) malların 24 saat ərzində saxlanılmasına görə - 0,2 manat;
6.1.2. xüsusi saxlanc şəraitini tələb edən hər 100 kiloqram (brutto çəki) malların xüsusi avadanlıqla təchiz edilmiş anbarlarda 24 saat ərzində saxlanılmasına görə - 0,5 manat.
6.2. Malların saxlancına görə gömrük yığımları hesablanarkən, çəkisi 100 kiloqramdan az olan mallar 100 kiloqrama, 24 saatdan az müddət isə tam 24 saata bərabər tutulur.
6.3. Malların saxlancına görə gömrük yığımlarının hesablanması malların saxlanma müddətində qüvvədə olan gömrük yığımlarının məbləğləri əsasında həyata keçirilir.
6.4. Malların saxlancına görə gömrük yığımları mallar saxlandığı anbardan çıxarılmazdan əvvəl ödənilir.
7.1. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə aşağıdakı məbləğdə gömrük yığımları alınır:
7.1.1. gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə - 100 manat;
7.1.2. gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə verilmiş ixtisas attestatlarının fəaliyyətinin bərpa edilməsinə görə - 150 manat;
7.1.3. gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının dublikatının verilməsinə görə - 30 manat.
7.2. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə gömrük yığımlarının hesablanması attestatın və ya onun dublikatının verildiyi, o cümlədən fəaliyyətinin bərpa edildiyi gün qüvvədə olan gömrük yığımlarının məbləğləri əsasında həyata keçirilir.
7.3. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə gömrük yığımları attestat və ya onun dublikatı verilənədək və ya onların verilməsi ilə eyni vaxtda, attestatın fəaliyyəti bərpa edildikdə isə bu barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq qərar qəbul edildiyi gün ödənilir.
8.1. Bankların və bank olmayan kredit təşkilatlarının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə - 2.000 manat məbləğində gömrük yığımı alınır.
8.2. Bankların və bank olmayan kredit təşkilatlarının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə gömrük yığımlarının hesablanması Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən bankların və bank olmayan kredit təşkilatlarının reyestrə daxil edilməsi haqqında qərar qəbul edildiyi gün qüvvədə olan gömrük yığımlarının məbləğləri əsasında həyata keçirilir.
8.3. Bankların və bank olmayan kredit təşkilatlarının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə gömrük yığımları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 1 mart tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması Qaydası”nın 3.2-ci bəndi ilə müəyyən edilmiş müddətdə ödənilir.
1. 6 avqust 2018-ci il tarixli 344 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 avqust 2018-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1797)
2. 4 fevral 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 6 fevral 2023-cü il, “Xalq” qəzeti, 8 fevral 2023-cü il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 298)
3. 5 iyun 2023-cü il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 iyun 2023-cü il, “Xalq” qəzeti, 7 iyun 2023-cü il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 6, maddə 844)
4. 25 dekabr 2023-cü il tarixli 473 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 dekabr 2023-cü il, “Xalq” qəzeti, 28 dekabr 2023-cü il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, II kitab, maddə 1808)
5. 12 yanvar 2024-cü il tarixli 10 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 16 yanvar 2024-cü il, № 8, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 77)
6. 25 sentyabr 2024-cü il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 29 sentyabr 2024-cü il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1106)
7. 17 mart 2025-ci il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 mart 2025-ci il, “Xalq” qəzeti, 20 mart 2025-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 293) (Bu Qərar 2025-ci il 1 aprel tarixindən qüvvəyə minir və 2026-cı il 1 yanvar tarixinədək qüvvədədir.)
8. 12 yanvar 2026-cı il tarixli 8 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 yanvar 2026-cı il, “Xalq” qəzeti, 13 yanvar 2026-cı il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 1, maddə 79) (Bu Qərar 2026-cı il 2 yanvar tarixindən tətbiq edilir və 2026-cı il 30 iyun tarixinədək qüvvədədir.)
9. 20 iyul 2026-cı il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 iyul 2026-cı il, “Xalq” qəzeti, 24 iyul 2026-cı il, № 130) (Bu Qərar 2026-cı il 31 dekabr tarixinədək qüvvədədir.)