Qanunvericilik › “Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın və “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın təsdiq edilməsi barədə (Qida Təhlükəsizliyi Agentliyi, 10.11.2021) › Tam mətn

“Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın və “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın təsdiq edilməsi barədə (Qida Təhlükəsizliyi Agentliyi, 10.11.2021)

“Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın və “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın təsdiq edilməsi barədə (Qida Təhlükəsizliyi Agentliyi, 10.11.2021) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019 – 2025-ci illər üçün Dövlət Proqramı”nın “Tədbirlər Planı”nın 10.1.2-ci və 10.6.7-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 2.0.3-cü, 3.0.2-ci və 4.0.1-ci yarımbəndlərini və 5.10 - 5.12-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası (bundan sonra ismin müvafiq hallarında – Agentlik) Kollegiyası

1. Agentliyin fəaliyyət istiqamətləri üzrə aşağıdakı texniki normativ hüquqi aktlar təsdiq edilsin:

1.1. “Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən diyetik qida məhsullarına dair sanitariya normaları və qaydaları” (Əlavə 1);

1.2. “İnsan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən, tibbi məqsədlər üçün hazırlanan qida məhsullarına dair sanitariya normaları və qaydaları” (Əlavə 2).

2. Agentliyin Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 (üç) gün ərzində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Kollegiyanın məsul katibi Asif Əbdüləzimov bu Qərarın surətinin aidiyyəti üzrə göndərilməsini təmin etsin.

4. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Agentliyin Kollegiyasının 2021-ci il 10 noyabr tarixli 25 nömrəli iclas protokolu.

Azərbaycan Respublikası

Qida Təhlükəsizliyi Agentliyinin sədri

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 10 noyabr 2021-ci il tarixli 25 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Bu Qaydalar gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən diyetik qida məhsullarınının (bundan sonra – diyetik qida məhsulları) minimum keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyən edir.

1.2. Bu Qaydalar Avropa İttifaqının 2 iyun 2017-ci il tarixli 2017/1798 nömrəli (Commission Delegated Regulation (EU) 2017/1798 of 2 June 2017) və 12 iyun 2013 tarixli 609/2013 nömrəli (Regulation (EU) No 609/2013 of the European Parliament And of the Council of 12 June 2013) sənədləri əsasında hazırlanmışdır.

1.3. diyetik qida məhsulları bu Qaydaların tələblərinə cavab verdiyi təqdirdə onların dövriyyəsinə yol verilir.

1.4. diyetik qida məhsulları pərakəndə satış yerlərinə yalnız qablaşdırılmış formada yerləşdirilə bilər.

2.1. diyetik qida məhsullarına bu Qaydaların 1 nömrəli əlavəsində nəzərdə tutulmuş maddələr qrupu üzrə yalnız həmin əlavədə göstərilən maddələr əlavə edilə bilər.

2.2. diyetik qida məhsullarından alınan enerji dəyərinin gündəlik norması 2 510 kC-dan (600 kkal) az və 5 020kC-dan (1200 kkal) çox olmamalıdır.

2.3. diyetik qida məhsullarından ibarət qida rasionu ilə qəbul edilən zülalın (PDCAAS – 1-ə bərabər olan) gündəlik miqdarı 75 q-dan az və 105 q-dan çox olmamalıdır.

2.4. Aminturşuların əlavə edilməsinə yalnız zülalların qidalandırıcı dəyərini yaxşılaşdırmaq məqsədilə icazə verilir.

2.5. diyetik qida məhsullarından alınan xolinin gündəlik norması 400 mq-dan az olmamalıdır.

2.6. diyetik qida məhsullarından alınan linol turşusunun gündəlik norması 11 q-dan az olmamalıdır.

2.7. diyetik qida məhsullarından alınan alfa-linolen turşusunun gündəlik norması 1.4 q-dan az olmamalıdır.

2.8. diyetik qida məhsullarından alınan karbohidratların gündəlik norması 30 q-dan az olmamalıdır.

2.9. diyetik qida məhsullarından alınan vitamin və mineralların gündəlik norması bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən miqdardan az olmamalıdır.

2.10. diyetik qida məhsullarından alınan maqneziumun gündəlik norması 250 mq-dan çox olmamalıdır.

2.11. diyetik qida məhsullarında əvəzolunmayan aminturşuların miqdarı bu Qaydaların 3 nömrəli əlavəsində göstərilən miqdarlara uyğun olmalıdır.

3.1. diyetik qida məhsullarının etiketində “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsi nəzərə alınmaqla, əlavə olaraq aşağıda göstərilən məlumatlar öz əksini tapmalıdır:

3.1.1. “Diyetik qida məhsulu” ifadəsi;

3.1.2. məhsulun yalnız bədən kütləsinin azaldılması məqsədilə sağlam artıqçəkili və ya piylənmədən əziyyət çəkən şəxslər üçün nəzərdə tutulmasına dair məlumat;

3.1.3. məhsulu hamilə qadınların, süd verən anaların, yeniyetmələrin və ya hər hansı xəstəliyi olan şəxslərin həkim məsləhəti olmadan qəbul etməməsinə dair xəbərdarlıq;

3.1.4. məhsulun istehlakı ilə yanaşı gündəlik normaya uyğun maye qəbul edilməsinin vacibliyinə dair məlumat;

3.1.5. məhsulun istifadə təlimatına uyğun istehlak olunduğu halda, zəruri qida maddələrinə olan gündəlik tələbatı ödəməsinə dair ifadə;

3.1.6. sağlam artıqçəkili şəxslərin və ya piylənmədən əziyyət çəkən şəxslərin həkim məsləhəti olmadan sözügedən məhsulları 8 həftədən çox (fasiləsiz və ya fasilələrlə) istifadə etməməsi barədə xəbərdarlıq;

3.1.7. istifadə təlimatı və yalnız həmin təlimata uyğun hazırlandıqdan sonra istehlak olunmasının zəruriliyi barədə məlumat;

3.1.8. məhsul istifadə təlimatına uyğun olaraq istehlak olunduğu halda, gündəlik 20 qr-dan artıq poliol qəbulunu təmin edirsə, məhsulun işlədici təsir göstərməsi barədə məlumat;

3.1.9. məhsulun tərkibində qida lifi olmadığı təqdirdə, həkim məsləhəti ilə qida rasionuna qida lifinin əlavə olunmasının zərurəti barədə məlumat;

3.1.10. məhsulun tərkibində olan və bu Qaydaların 2 nömrəli əlavəsində qeyd olunan hər bir vitamin və mineralın miqdarı;

3.1.11. məhsulun tərkibində olan xolin və mövcud olduğu halda qida lifinin miqdarı;

3.1.12. məhsulun tərkibində olan zülallar, karbohidratlar, yağlar və onların komponentlərinin miqdarı.

3.2. diyetik qida məhsullarının etiketində həmin məhsulların istifadəsi nəticəsində bədən kütləsinin azaldılması sürəti və ya azaldılacaq bədən kütləsinin miqdarı barədə məlumat verilməsi yolverilməzdir.

“Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən diyetik qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın 1 nömrəli əlavəsi

D-alfa tokoferil asetat

D-alpha tocopheryl acetate

DL-alfa tokoferil asetat

DL-alpha tocopheryl acetate

D-alfa-tokoferil suksinat turşusu

D-alpha-tocopheryl acid succinate

Filloxinon (fitomenadion)

phylloquinone (phytomenadione)

potassium-L-ascorbate

L-askorbil 6-palmitat

L-ascorbyl 6-palmitate

thiamin hydrochloride

Riboflavin 5-fosfat, natrium

riboflavin 5’-phosphate, sodium

Piridoksin hidroxlorid

pyridoxine hydrochloride

pyridoxine 5’-phosphate

pyridoxine dipalmitate

folic acid (pteroylmonoglutamic acid)

calcium-L-methylfolate

D-pantothenate, calcium

Natrium D-pantotenat,

D-pantothenate, calcium

potassium bicarbonate

potassium glycerophosphate

Ortofosfor turşusunun kalium duzları

potassium salts of orthophosphoric acid

Maqnezium kalium sitrat

magnesium potassium citrate

Limon turşusunun kalsium duzları

calcium salts of citric acid

Kalsium qliserofosfat

calcium glycerophosphate

Ortofosfor turşusunun kalsium duzları

calcium salts of orthophosphoric acid

calcium citrate malate

Limon turşusunun maqnezium duzları

magnesium salts of citric acid

Maqnezium qliserofosfat

magnesium glycerophosphate

Ortofosfor turşusunun maqnezium duzları

magnesium salts of orthophosphoric acid

Maqnezium bisqlisinat

magnesium bisglycinate

Maqnezium kalium sitrat

magnesium potassium citrate

Dəmir ammonium sitrat

ferric ammonium citrate

Dəmir natrium difosfat

ferric sodium diphosphate

Dəmir ammonium fosfat

ferrous ammonium phosphate

Dəmir difosfat (ferrit pirofosfat)

ferric diphosphate (ferric pyrophosphate)

Elementar dəmir (karbonil + elektrolit + hidrogen azalmışdır)

elemental iron (carbonyl + electrolytic + hydrogen reduced)

copper lysine complex

manganese glycerophosphate

Natrium hidrogen selenit

sodium hydrogen selenite

Selenlə zənginləşdirilmiş maya

selenium enriched yeast

Xrom (III) xlorid və onun heksahidratı

chromium (III) chloride and its hexahydrate

Xrom (III) sulfat və onun heksahidratı

chromium (III) sulphate and its hexahydrate

Ortofosfor turşusunun natrium duzları

sodium salts of orthophosphoric acid

Carnitine and taurine

L-karnitin hidrogen xlorid

L-carnitine hydrochloride

L-carnitine-L-tartrate

Adenozin 5-fostat turşusu

adenosine 5’-phosphoric acid (AMP)

Adenozin fosfatın natrium duzları

Sitidin 5-monofosfor turşusu

cytidine 5’-monophosphoric acid (CMP)

Sitidin 5-monofosfor turşusunun natrium duzu

Quanozin 5-fosfor turşusu

guanosine 5’-phosphoric acid (GMP)

Quanozin 5-fosfor turşusunun natrium duzu

İnozin 5-fosfor turşusu

inosine 5’-phosphoric acid (IMP)

İnozin 5-fosfor turşusunun natrium duzu

Uridin 5-fosfor turşusu

uridine 5’-phosphoric acid (UMP)

Uridin 5-fosfor turşusunun natrium duzu

Xolin bitartarat choline bitartrate

“Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən diyetik qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın 2 nömrəli əlavəsi

Pantoten turşusu (mq)

“Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən diyetik qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın 3 nömrəli əlavəsi

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 10 noyabr 2021-ci il tarixli 25 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Bu Qaydalar insan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən, tibbi məqsədlər üçün hazırlanan qida məhsullarının (bundan sonra – tibbi məqsədlər üçün hazırlanan qida məhsulları) minimum keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyən edir.

1.2. Bu Qaydalar Avropa İttifaqının 25 sentyabr 2015-ci il tarixli 2016/128 nömrəli (Commıssıon Delegated Regulatıon (EU) 2016/128 of 25 September 2015) və 12 iyun 2013 tarixli 609/2013 nömrəli (Regulatıon (EU) No 609/2013 of the European Parlıament And of the Councıl of 12 June 2013) sənədləri əsasında hazırlanmışdır.

1.3. Tibbi məqsədlər üçün hazırlanan qida məhsulları qida məhsulları bu Qaydaların tələblərinə cavab verdiyi təqdirdə onların dövriyyəsinə yol verilir.

1.4. Tibbi məqsədlər üçün hazırlanan qida məhsulları qida məhsulları pərakəndə satış yerlərinə yalnız qablaşdırılmış formada yerləşdirilə bilər.

1.5. Tibbi məqsədlər üçün hazırlanan qida məhsulları dedikdə insan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən xüsusi təyinatlı qida məhsulları nəzərdə tutulur.

1.6. Tibbi məqsədlər üçün hazırlanan qida məhsulları qida məhsulları aşağıdakı 3 növə bölünür:

1.6.1. istifadə təlimatına uyğun olaraq istehlak olunan zaman nəzərdə tutulduğu şəxslər üçün yeganə qidalanma mənbəyi rolunu oynaya bilən, tərkibi hər hansı bir xəstəlik və ya sağlamlıq vəziyyətinə uyğunlaşdırılmamış, tamtərkibli qida məhsulu;

1.6.2. istifadə təlimatına uyğun olaraq istehlak olunan zaman nəzərdə tutulduğu şəxslər üçün yeganə qidalanma mənbəyi rolunu oynaya bilən, tərkibi hər hansı bir xəstəlik və ya sağlamlıq vəziyyətinə uyğunlaşdırılmış, tamtərkibli qida məhsulu;

1.6.3. nəzərdə tutulduğu şəxslər üçün yeganə qidalanma mənbəyi rolunu oynamayan, tərkibi hər hansı bir xəstəlik və ya sağlamlıq vəziyyətinə uyğunlaşdırılmış və ya uyğunlaşdırılmamış, tamtərkibli olmayan qida məhsulu.

1.7. Bu Qaydaların 1.6.1-ci və 1.6.2.-ci yarımbəndlərində göstərilən qida məhsulları hər hansı bir qida qəbulunu əvəzləyə və ya ona əlavə kimi istifadə edilə bilər.

2.1. tibbi məqsədlər üçün hazırlanan qida məhsullarına bu Qaydaların 1 nömrəli əlavəsində nəzərdə tutulmuş maddələr qrupu üzrə yalnız həmin əlavədə göstərilən maddələr əlavə edilə bilər.

2.2. Körpələr üçün nəzərdə tutulmuş tibbi məqsədlər üçün hazırlanan qida məhsullarının tərkibi aşağıdakı tələblərə uyğun olmalıdır:

2.2.1. bu Qaydaların 1.6.1-ci yarımbəndində göstərilən, körpələr üçün nəzərdə tutulmuş tibbi məqsədlər üçün hazırlanan qida məhsulları bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən maddələri (həmin əlavədə nəzərdə tutulmuş miqdarlarda) ehtiva etməlidir;

2.2.2. hər hansı bir xəstəlik və ya sağlamlıq vəziyyəti baxımından bir və ya bir neçə maddənin dəyişdirilməsi tələb olunduğu hallar istisna olmaqla, bu Qaydaların 1.6.2-ci yarımbəndində göstərilən, körpələr üçün nəzərdə tutulmuş tibbi məqsədlər üçün hazırlanan qida məhsulları bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən maddələri (həmin əlavədə nəzərdə tutulmuş miqdarlarda) ehtiva etməlidir;

2.2.3. hər hansı bir xəstəlik və ya sağlamlıq vəziyyəti baxımından maddənin miqdarının dəyişdirilməsi tələb olunduğu hallar istisna olmaqla, bu Qaydaların 1.6.3-cü yarımbəndində göstərilən, körpələr üçün nəzərdə tutulmuş tibbi məqsədlər üçün hazırlanan qida məhsullarının tərkibindəki vitamin və mineralların miqdarları bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun olmalıdır.

2.3. Körpələr üçün nəzərdə tutulmuş tibbi məqsədlər üçün hazırlanan qida məhsulları istisna olmaqla, digər tibbi məqsədlər üçün hazırlanan qida məhsullarının tərkibi aşağıdakı tələblərə uyğun olmalıdır:

2.3.1. körpələr üçün nəzərdə tutulmuş tibbi məqsədlər üçün hazırlanan qida məhsulları istisna olmaqla, bu Qaydaların 1.6.1-ci yarımbəndində göstərilən tibbi məqsədlər üçün hazırlanan qida məhsulları bu Qaydaların 3 nömrəli əlavəsində göstərilən maddələri (həmin əlavədə nəzərdə tutulmuş miqdarlarda) ehtiva etməlidir;

2.3.2. hər hansı bir xəstəlik və ya sağlamlıq vəziyyəti baxımından bir və ya bir neçə maddənin dəyişdirilməsi tələb olunduğu hallar və körpələr üçün nəzərdə tutulmuş tibbi məqsədlər üçün hazırlanan qida məhsulları istisna olmaqla, bu Qaydaların 1.6.2-ci yarımbəndində göstərilən tibbi məqsədlər üçün hazırlanan qida məhsulları bu Qaydaların 3 nömrəli əlavəsində göstərilən maddələri (həmin əlavədə nəzərdə tutulmuş miqdarlarda) ehtiva etməlidir;

2.3.3. hər hansı bir xəstəlik və ya sağlamlıq vəziyyəti baxımından maddənin miqdarının dəyişdirilməsi tələb olunduğu hallar və körpələr üçün nəzərdə tutulmuş tibbi məqsədlər üçün hazırlanan qida məhsulları istisna olmaqla, bu Qaydaların 1.6.3-cü yarımbəndində göstərilən tibbi məqsədlər üçün hazırlanan qida məhsullarının tərkibindəki vitamin və mineralların miqdarları bu Qaydaların 3 nömrəli əlavəsinə uyğun olmalıdır.

3.1. Körpələr və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş tibbi məqsədlər üçün hazırlanan qida məhsullarının tərkibində olan bitki mühafizə vasitələrinin təsiredici maddələrinin qalıqları bu Qaydaların 3.2-ci və 3.3-cü bəndləri nəzərə alınmaqla, 0,01 mq/kq-dan çox olmamalıdır.

3.2. Körpələr və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş tibbi məqsədlər üçün hazırlanan qida məhsullarının tərkibində istifadə olunan bu Qaydaların 4 nömrəli əlavəsində göstərilən təsiredici maddələrin maksimum qalıq miqdarları həmin cədvələ uyğun olmalıdır.

3.3. Körpələr və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş tibbi məqsədlər üçün hazırlanan qida məhsullarının istehsalında, tərkibində bu Qaydaların 5 nömrəli əlavəsində qeyd olunmuş təsiredici maddələr olan bitki mühafizə vasitələrinin istifadə olunmadığı (bitki mühafizə vasitələrinin istifadə olunub-olunmamasını müəyyən edən zaman nəticə 0,003 mq/kq-dan az olarsa, həmin bitki mühafizə vasitəsindən istifadə olunmadığı hesab edilir) məhsullardan istifadə edilməlidir.

4.1. tibbi məqsədlər üçün hazırlanan qida məhsullarının etiketində “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsi nəzərə alınmaqla, əlavə olaraq aşağıda göstərilən məlumatlar öz əksini tapmalıdır:

4.1.1. “Tibbi məqsədlər üçün hazırlanan qida qida məhsulu” ifadəsi;

4.1.2. məhsulun həkim nəzarəti altında istifadə edilməli olduğuna dair məlumat;

4.1.3. məhsulun yeganə qidalanma mənbəyi kimi istifadə olunmasının mümkünlüyünə dair məlumat;

4.1.4. məhsul istehlak xüsusiyyətlərinə əsasən müəyyən yaş qrupuna aid edildiyi halda, buna dair məlumat;

4.1.5. hər hansı bir xəstəlik və ya sağlamlıq vəziyyəti üçün nəzərdə tutulmuş məhsulun sağlam şəxslər tərəfindən istehlakı sağlamlıq üçün təhlükə yaratdığı halda, buna dair məlumat;

4.1.6. məhsulun aid edildiyi xəstəlik və ya sağlamlıq vəziyyətinə dair məlumat (məsələn: “erkən alzheimer xəstəliyi zamanı tibbi məqsədlər üçün hazırlanan qida məhsulu”);

4.1.7. mövcud olduğu halda, məhsulun istifadəsi zamanı ehtiyat tədbirləri və istifadəsinə əks göstərişlər;

4.1.8. məhsulun parenteral (mədə-bağırsaq traktından kənar) yolla istifadə edilməməsinə dair xəbərdarlıq;

4.1.9. məhsulun nəzərdə tutulduğu hər hansı bir xəstəlik və ya sağlamlıq vəziyyətinə dair onu faydalı edən xüsusiyyətləri, xüsusilə, onun emal üsulları və tərkib xüsusiyyətlərindən asılı olaraq, məhsulda artırılmış, azaldılmış və ya çıxarılmış qida maddələrinə dair məlumatlar;

4.1.10. məhsulun istehlaka hazırlanmasına, istehlakına, məhsulun qablaşdırması açıldıqdan sonra onun yararlılıq müddətinə və şəraitinə dair göstərişlər;

4.1.11. məhsulun tərkibində olan və bu Qaydaların 2 və 3 nömrəli əlavələrində göstərilən hər bir maddənin miqdarı;

4.1.12. məhsulun tərkibində olan zülallar, karbohidratlar, yağlar və onların komponentlərinin miqdarı;

4.1.13. maye formasında olan və ya istifadə təlimatına uyğun hazırlanaraq maye halına keçən məhsulların osmolallığı (1 kq məhlulda həll olunan hissəciklərin sayı) və ya osmolyarlığı (1 litr məhlulda həll olunan hissəciklərin sayı) haqqında məlumat;

4.1.14. məhsulun tərkibinə daxil olan zülal və (və ya) zülal hidrolizatlarının mənşəyi və quruluşu haqqında məlumat;

4.2. Bu Qaydaların 4.1.2-4.1.5-ci yarımbəndlərindəki məlumatlar “Vacib” və ya “Diqqət” başlığı altında yazılmalıdır.

4.3. Natriumun miqdarı digər minerallarla yanaşı qeyd olunmalıdır. Məhsulun tərkibinə daxil olan duzun miqdarı qeyd olunan hissədə təkrarlana bilər və bu zaman “Duz: X q (Y q natrium olmaqla)” şəklində qeyd olunur.

“İnsan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən, tibbi məqsədlər üçün hazırlanan qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın

D-alfa tokoferil asetat

D-alpha tocopheryl acetate

DL-alfa tokoferil asetat

DL-alpha tocopheryl acetate

D-alfa-tokoferil suksinat turşusu

D-alpha-tocopheryl acid succinate

D-alfa-tokoferil polietilen qlikol-1000 suksinat

D-alpha-tocopheryl polyethylene glycol-1000 succinate (TPGS)

Filloxinon (fitomenadion)

phylloquinone (phytomenadione)

potassium-L-ascorbate

L-askorbil 6-palmitat

L-ascorbyl 6-palmitate

thiamin hydrochloride

Riboflavin 5-fosfat, natrium

riboflavin 5’-phosphate, sodium

Piridoksin hidroxlorid

pyridoxine hydrochloride

pyridoxine 5’-phosphate

pyridoxine dipalmitate

folic acid (pteroylmonoglutamic acid)

calcium-L-methylfolate

D-pantothenate, calcium

Natrium D-pantotenat,

D-pantothenate, calcium

potassium bicarbonate

potassium glycerophosphate

Ortofosfor turşusunun kalium duzları

potassium salts of orthophosphoric acid

Maqnezium kalium sitrat

magnesium potassium citrate

Limon turşusunun kalsium duzları

calcium salts of citric acid

Kalsium qliserofosfat

calcium glycerophosphate

Ortofosfor turşusunun kalsium duzları

calcium salts of orthophosphoric acid

calcium citrate malate

Limon turşusunun maqnezium duzları

magnesium salts of citric acid

Maqnezium qliserofosfat

magnesium glycerophosphate

Ortofosfor turşusunun maqnezium duzları

magnesium salts of orthophosphoric acid

magnesium L-aspartate

Maqnezium bisqlisinat

magnesium bisglycinate

Maqnezium kalium sitrat

magnesium potassium citrate

Dəmir ammonium sitrat

ferric ammonium citrate

Dəmir natrium difosfat

ferric sodium diphosphate

Dəmir ammonium fosfat

ferrous ammonium phosphate

Dəmir difosfat (ferrit pirofosfat)

ferric diphosphate (ferric pyrophosphate)

Elementar dəmir (karbonil + elektrolit + hidrogen azalmışdır)

elemental iron (carbonyl + electrolytic + hydrogen reduced)

Sink asetatSink asetat

copper lysine complex

manganese glycerophosphate

Natrium hidrogen selenit

sodium hydrogen selenite

Selenlə zənginləşdirilmiş maya

selenium enriched yeast

Xrom (III) xlorid və onun heksahidratı

chromium (III) chloride and its hexahydrate

Xrom (III) sulfat və onun heksahidratı

chromium (III) sulphate and its hexahydrate

Ortofosfor turşusunun natrium duzları

sodium salts of orthophosphoric acid

L-arginine-L-aspartate

N-acetyl-L-methionine

(1 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulmuş məhsullarda)

Carnitine and taurine

L-karnitin hidrogen xlorid

L-carnitine hydrochloride

L-carnitine-L-tartrate

Adenozin 5-fostat turşusu

adenosine 5’-phosphoric acid (AMP)

Adenozin fosfatın natrium duzları

Sitidin 5-monofosfor turşusu

cytidine 5’-monophosphoric acid (CMP)

Sitidin 5-monofosfor turşusunun natrium duzu

Quanozin 5-fosfor turşusu

guanosine 5’-phosphoric acid (GMP)

Quanozin 5-fosfor turşusunun natrium duzu

İnozin 5-fosfor turşusu

inosine 5’-phosphoric acid (IMP)

İnozin 5-fosfor turşusunun natrium duzu

Uridin 5-fosfor turşusu

uridine 5’-phosphoric acid (UMP)

Uridin 5-fosfor turşusunun natrium duzu

Xolin bitartarat choline bitartrate

“İnsan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən, tibbi məqsədlər üçün hazırlanan qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın

Fol turşusu (mkq-DFE)

Pantoten turşusu (mq)

E Vitamini (α-tokoferol) (mq)

1- Preformlaşdırılmış A vitamini; RE= retinolun bütün trans ekvivalentləri.

2- Preformlaşdırılmış niasin.

3- Fol turşusunun ekvivalent payı: 1 mkq DFE = qida məhsulunda 1 mkq fol turşusu = tibbi məqsədlər üçün hazırlanan qida məhsulunda 0,6 mkq fol turşusu.

4- RRR- α-tokoferolun vitamin E aktivliyi əsasında.

5- Kalsium: fosfor molyar nisbəti 1-dən az və 2-dən çox olmamalıdır.

“İnsan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən, tibbi məqsədlər üçün hazırlanan qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın

Pantoten turşusu (mq)

(1) 1-10 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qida məhsulları üçün

“İnsan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən, tibbi məqsədlər üçün hazırlanan qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın

Cadusafos (Cadusafos)

S-metil demeton / S-metil sulfon demeton / metil- oksidemeton (s-metil demeton şəklində ifadə olunmuş ayrılıqda və ya birləşmə formasında) (Demeton-S-methyl/demeton-S-methyl sulfone/ oxydemeton-methyl)

Etoprofos (Ethoprophos)

Fipronil (fipronil şəklində ifadə olunmuş fipronil və desulfinil-fipronilin cəmi)

(Fipronil (fipronil, fipronil-desulfinyl, fipronil)

Propineb/propilenetiourea (Propineb və propilenetioureanın cəmi)

(Propineb/propylenethiourea (propineb, propylenethiourea))

“İnsan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən, tibbi məqsədlər üçün hazırlanan qida məhsullarına dair sanitariya normaları və qaydaları”nın

1. Aldrin və dieldrin, dieldrin şəklində ifadə olunmuş (Aldrin, dieldrin)

2. Disulfoton (disulfoton şəklində ifadə olunmuş disulfoton, disulfoton sulfoksid və disulfotona sulfonun cəmi) (Disulfoton)

4. Fensulfotion ( fensulfotion şəklində ifadə olunmuş fensulfotion, onun oksigenli analoqu və onların sulfonlarının cəmi) (Fensulfothion)

5. Trifeniltin kationu kimi ifadə olunan fentin (Fentin)

6. Haloksifop (haloksifop şəklində ifadə olunmuş haloksifop, konyuqatları da daxil olmaqla onun duzları və mürəkkəb efirləri) (Haloxyfop)

7. Heptaxlor kimi ifadə olunmuş heptaxlor epoksid və trans-heptaxlor (Heptachlor, trans-heptachlor)

8. Heksaxlorbenzin (Hexachlorobenzene)

9. Nitrofen (Nitrofen)

10. Ometoat (Omethoate)

11. Terbufos (terbufos kimi ifadə olunan terbufos, onun sulfoksid və sulfonunun cəmi) (Terbufos)

1. 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver