«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №1, maddə 56; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 28 avqust tarixli 199 nömrəli qərarı) ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 21.2-ci bəndinin «c» yarımbəndinə aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:
«limanlarda yükvurma- yükboşaltma işlərində çalışan kompleks briqadaların mexanizatorları (doker-mexanizatorlar)».
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 6 oktyabr 2008-ci il