Qanunvericilik › Hakimlərin xüsusi geyiminin verilməsi qaydaları haqqında (Nazirlər Kabinetinin qərarı, 28.12.1999) › Tam mətn

Hakimlərin xüsusi geyiminin verilməsi qaydaları haqqında (Nazirlər Kabinetinin qərarı, 28.12.1999)

Hakimlərin xüsusi geyiminin verilməsi qaydaları haqqında (Nazirlər Kabinetinin qərarı, 28.12.1999) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

«Hakimlərin xüsusi geyimi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 166 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Hakimlərin xüsusi geyiminin verilməsi qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, hakimlərin xüsusi geyim ilə təmin edilməsi dövlət büdcəsi hesabına həyata keçirilir.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ.

Bakı şəhəri, 28 dekabr 1999-cu il

1. Bu qaydalar hakimlərə «Hakimlərin xüsusi geyimi haqqında» Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli, 690-IQ nömrəli Qanununa əsasən verilən xüsusi geyimin verilməsi qaydalarını, normalarını və istifadə müddətlərini müəyyən edir.

2. Qanunvericiliklə müəyyən edilmiş qaydada hakim təyin edilmiş şəxslərə xüsusi geyim (əba) verilir.

Xüsusi geyimin verilməsi hakimlərin andiçmə mərasimi zamanı və ya ayrı-ayrılıqda həyata keçirilir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin və apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə xüsusi geyimi müvafiq olaraq Ali Məhkəmənin sədri və apellyasiya instansiyası məhkəmələrinin sədrləri təqdim edirlər.

Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərinə xüsusi geyimi Azərbaycan Respublikasının ədliyyə naziri və ya Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təqdim edir.

3. Hakimlərin xüsusi geyim formaları Ali Məhkəmə, apellyasiya instansiyası məhkəmələri və Ədliyyə Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə büdcədən müvafiq olaraq ayrılan vəsaitlər hesabına pulsuz verilir.

4. Hakimlərə xüsusi geyim onların ölçülərinə uyğun iki dəst verilir.

5. Ali Məhkəmə, apellyasiya instansiyası məhkəmələri və digər məhkəmələrin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təqdimatı əsasında Ədliyyə Nazirliyi hakimlərin sayına, ölçülərinə müvafiq qanunvericiliyə uyğun olaraq xüsusi geyimin tikilməsi üçün fərdi sifariş verir.

Sifariş haqqının ödənilməsi köçürmə yolu ilə həyata keçirilir.

6. Xüsusi geyim hakimlərə beş il müddətinə verilir. Xüsusi geyimin təmiz və səliqəli saxlanılmasına hakimlər tərəfindən riayət edilməlidir.

Azərbaycan Respublikası məhkəmələri hakimlərinin səlahiyyət müddəti başa çatdıqda, hakimin xüsusi geyimi həmin şəxsdə qalır.

7 oktyabr 2002-ci il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 635)

11 aprel 2005-ci il tarixli 67 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 04, maddə 382)

15 mart 2006-cı il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 03, maddə 303)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver