Qanunvericilik › "Hava, dəmiryol, dəniz və avtomobil nəqliyyatı sərnişinlərinin icbari sığortasının aparılması, sığorta tədiyyələrinin və sığorta məbləğlərinin müəyyən edilməsi və verilməsı qaydaları Təlimat (Maliyyə Nazirliyi, 17.08.1998) › Tam mətn

"Hava, dəmiryol, dəniz və avtomobil nəqliyyatı sərnişinlərinin icbari sığortasının aparılması, sığorta tədiyyələrinin və sığorta məbləğlərinin müəyyən edilməsi və verilməsı qaydaları Təlimat (Maliyyə Nazirliyi, 17.08.1998)

"Hava, dəmiryol, dəniz və avtomobil nəqliyyatı sərnişinlərinin icbari sığortasının aparılması, sığorta tədiyyələrinin və sığorta məbləğlərinin müəyyən edilməsi və verilməsı qaydaları Təlimat (Maliyyə Nazirliyi, 17.08.1998) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası

Ədliyyə Naziri 3-cü dərəcəli

Dövlət Ədliyyə Müşaviri

___________________S C. Həsənova

"28" avqust 1998-ci il

Azərbaycan Respublikası

Nazirlər Kabineti yanında

Dövlət Sığorta Nəzarətinin

"17" avqust 1998-ci il A-75 N-li əmri

_______________A.M.Cəfərov

1.1. Bu Təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 avqust 1994-cü il tarixli "Hava, dəmir yol, dəniz və avtomobil nəqliyyatı sərnişinlərinin dövlət tərəfində mütləq sığortalanması haqqında 297 saylı qərarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1997-ci il tarixli "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına edilmiş dəyişikliklər və bəzi qərarların qüvvəsini itirmiş hesab edilməsi barədə" 97 saylı qərarı ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla işlənib hazırlanmışdır.

1.2. İcbari sığortanın bu növü ilə yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada xüsusi icazə (lisenziya) almış sığortaçılar məşğul ola bilər.

2.1. Azərbaycan Respublikasının ərazisində hava, dəmir yol, dəniz və avtomobil nəqliyyatı (taksilərdən başqa) sərnişinləri nəqliyyata minik başlanması elan edilən vaxtdan vağzalda, limanda, stansiyada və səfərdə (uçuşda) olduqları vaxtadək təyinat məntəqəsini tərk edənə kimi bədbəxt hadisələrdən icbari qaydada sığorta olunurlar.

2.2. İcbari sığortanın bu növü gedişə və uçuşa icazə verən bilet almış sərnişinlərə şamil edilir.

2.3. Sərnişinlərin icbari sığortası şəhərdaxili, şəhərətrafı, rayondaxili dəmir yolu və avtomobil nəqliyyatı sərnişinlərinə, respublikadaxili dəniz nəqliyyatında gəzinti və səyahət edən sərnişinlərə şamil edilmir.

2.4. Hava, dəmir yol, dəniz və avtomobil nəqliyyatı təşkilatları sığortanın bu növünün aparılması üçün sığortaçını seçmədə sərbəstdir.

2.5. İcbari sığortanın bu növünün aparılması nəqliyyat təşkilatı ilə sığortaçı arasında bağlanmış müqavilə əsasında həyata

2.6. Sığorta tədiyələri biletin qiymətinə daxil edilməklə nəqliyyat təşkilatları tərəfindən bütün növ nəqliyyat vasitələri üzrə hər sərnişində biletin dəyərinin 0,5 faizi miqdarında alınır.

2.7. Nəqliyyat təşkilatları bağlanmış müqaviləyə əsasan toplanmış sığorta tədiyələrinin hər ayın yekunu üzrə növbəti ayın 5-dək aidiyyətı sığortaçının bankdakı hesablaşma - hesabına köçürməyə borcludur.

2.8. Sığorta tədiyələrinin nəqliyyat təşkilatları tərəfindən vaxtında və tam köçürülməsi üzərində nəzarət nəqliyyat təşkilatı ilə müqavilə bağlamış sığortaçı tərəfindən həyata keçirilir, Aparılmış yoxlama, nəzarət işləri aktla rəsmiləşdirilir. Akt sığortaçının və nəqliyyat təşkilatlarının səlahiyyətli nümayəndələri tərəfindən imzalarla təsdiq edilir. Sığorta tədiyələrinin köçürülməsinə nəzarət ildə bir dəfə, vacib olan hallarda isə iki dəfədən az olmamaq şərti ilə aparılır.

3.1. Nəqliyyatda baş verən sığorta hadisəsi nəticəsində sərnişin olduğu halda, onun hüququ varisinə minimum əmək haqqının 100 misli miqdarında sığorta məbləği ödənilir.

3.2. Nəqliyyatda baş verən bədbəxt hadisə nəticəsində sərnişin birinci dərəcəli əlillik alarsa, ona minimum əmək haqqının 60, ikinci dərəcəli əlillik aldıqda 40, üçüncü dərəcəli əlillik aldıqda 20, ağır yaralanma hallarında 10, Yüngül yaralanma hallarında isə 5 misli miqdarında sığorta məbləği verilir.

3.3. Sığorta ödənişi tələb olunan bütün sənədlər alındıqdan sonra 7 gün ərzində ödənilməlidir. Sığorta ödənişi göstərilmiş müddətdə ödənilməkdə sığortaçı "Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə müvafiq sığorta olunana və ya onun hüquqi varisinə ilk 5 gün ərzində sığorta ödənişinin 0,2 faizi məbləğində, sonra isə ötürülmüş hər gün üçün məbləğində çərimə ödəməyə borcludur.

3.4. Bədbəxt hadisə nəticəsində zədə almış və həlak olmuş sərnişinlər və onların hüquqi varislərinin ərizələri əlavə olunmaqla nəqliyyat təşkilatı baş vermiş hadisə barədə (2 n-li əlavə) akt tərtib etməklə 24 saat müddətində müqavilə bağlamış sığortaçıya məlumat verilməlidir.

3.5. Sərnişinlərə icbari sığorta üzrə məbləği könüllü şəxsi sığorta müqavilələri, sosila təminat üzrə çatası məbləğlərdən asılı olmayaraq ödənilir.

3.6. sığorta ödənişi sığortaçılara aşağıdakı sənədlər təqdim edildikdən sonra ödənilir:

a) sərnişin həlak olması hallarda

- ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;

- bədbəxt hadisə haqqında nəqliyyat təşkilatları tərəfindən tərtib olunmuş aktın əsli (2 N-li əlavə)

- vərəsəlik hüququ haqqında notariat kontorunun şəhadətnaməsi;

b) sərnişin xəsarət aldığı hallarda

- həkim əmək ekspert komissiyasının əlillik haqqında müəyyən olunmuş formada arayışı;

- ağır və yüngül yaralanma, xəsarət almaları barədə həkim arayışı;

- bədbəxt hadisə haqqında nəqliyyat təşkilatları tərəfindən tərtib olunmuş akt (2 N-li əlavə);

- nəqliyyatda getmək (uçmaq) üçün aldığı bilet;

Baş vermiş bədbəxt hadisə haqqında nəqliyyat təşkilatları tərəfindən tərtib və təsdiq edilmiş akt təqdim edilməzsə, sərnişinin yaxud onun hüquqi varisinin ərizələri sığortaçılar tərəfindən qəbul edilmir.

Qeyd: Əgər sərnişinin nəqliyyatda getmək üçün aldığı bileti baş vermiş bədbəxt hadisə ilə əlaqədar təqdim etmək imkan xaricində olarsa, biletin təqdim edilməsinin mümkün olmaması səbəbi tərtib olunan nəqliyyat təşkilatının aktında əks etdirilməlidir.

3.7. Sığorta məbləğinin verilməsi haqqında sığortaçı qərar qəbul etdikdən sonra sığorta ödənişi məbləği olunan sərnişinə və ya onun hüquqi varisinə nəqd və ya onun razılığı ilə nəqdsiz (köçürmə yolu ilə) ödənilir.

3.8. Eyni sığorta hadisəsi nəticəsində veriləcək sığorta ödənişi məbləği bu Təlimatın 3.1. maddəsində göstərilmiş sığorta məbləğindən çox ola bilməz.

3.9. Sığorta olunmuş sərnişin baş vermiş bədbəxt hadisə nəticəsində I, II və III dərəcəli əllilik üzrə sığorta məbləği almışsa və həmin bədbəxt hadisənin bilavasitə nəticəsi olaraq zədə aldığı gündən bir il müddətindən ölərsə, onun aldığı sığorta məbləği ilə tam sığorta məbləği arasındakı fərq onu varisinə verilir.

3.10. Əgər zərər çəkmiş sərnişin aldığı xəsarətə görə çatası sığorta məbləğini sağlığında almamışsa, həmin məbləğ onun varisinə ödənilir.

3.11. Sığorta olunmuş sərnişin yaxud onun varisi, ödəniləsi sığorta məbləğini hadisə baş verdiyi gündən 3 il müddət ərzində tələb etmək hüququna malikdir.

3.12. Vərəsəlik hüququ haqqında notariat kontorunun şəhadətnaməsini almaq üçün həlak olmuş sərnişinin müraciət etmiş vərəsəsinə bu Təlimata əlavə olunmuş formada arayış verilir (N-li əlavə).

3.13. Nəqliyyat vasitəsilə minik başlanması elan edildikdən təyinat məntəqəsini tərk edənədək sərnişinin cinayət məsuliyyəti kimi nəzərdə tutulan hərəkəti, özünü öldürməyə qəsd etməsi, hava donanması komandirinin, dəniz gəmiçiliyi kapitanının, qatar rəisinin, avtobus sürücüsünün yaxud bu sahələr üzrə müvəkkil edilmiş rəsmi şəxslərin tələblərinə riayət etməməsi, nəqliyyatda gediş qaydalarını pozması hallarında sərnişinə Azərbaycan Respublikası "Sığorta aktında" Qanunun 17-ci maddəsinə uyğun olaraq sığorta məbləği verilmir, Eyni zamanda sığortaçı təyinat məntəqəsi tərk edildikdən sonra da baş vermiş hadiş/şrə görə də məsuliyyət daşımır.

3.14. Əgər sərnişinin ölümü ümumi xəstəliklərdən özünü öldürmə, sərxoşluq yaxud başqa zəhərləyici maddələrin qəbulu nəticəsində baş vermişsə, bu Təlimatda göstərilmiş arayış və sığorta məbləği (hətta nəqliyyat təşkilatı tərəfindən tərtib edilmiş akt olsa belə) verilmir.

3.15. Sığorta məbləğinin verilməsi rədd edildiyi hallarda sığortaçı rədd etmənin səbəbini şərh etməklə və əsaslandırmaqla, bu haqda ərizəçiyə rəsmi məlumat verir.

4.1. "Hava, dəmir yol. dəniz və avtomobil nəqliyyatı sərnişinlərinin icbari sığortasının aparılması, sığorta tədiyələrinin və sığorta məbləğlərinin müəyyən edilməsi və verilməsi qaydaları" üzrə mübahisələrə, məhkəmə və iqtisad məhkəməsi tərəfindən baxılır.

Təlimata 1 N-li Əlavə

Sığortaçının künc ştampı

Verilir vətəndaş __________________________________________________________________________

_____________________ondan ötrü ki,"__" ___________________________________________________

199_ci ildə həlak olmuş____________________________________________________________________

_________________________________________________________sərnişinlərin icbari sığortası üzrə

____________________________________________________________________________manat

miqdarında sığorta məbləğinə sığorta olunmuşdur.

Göstərilən məbləğ həlak olmuş şəxsin vərəsəlik hüququ haqqında notariat kontorunun şəhadətnaməsini təqdim edən vərəsələrinə verilməlidir.

Arayış____________________________________________________________________________notariat

kontoruna təqdim etmək üçün verilir.

Sığorta orqanının rəhbəri __________________________________________________________________

Baş mühasib______________________________________________________________________________

1. Vətəndaş _______________________________________________________________________

_________________________________________________________________________________________

məxsus olan _____________________________________________________________________________

_________________________________________________________________________________________

___________________________________________________________________________________________________

_______________seriyalı ________________________________________N-li bilet üzrə sərnişin

olmaqla _________________________________ ___________________________gediş (uçuş)

(məntəqədən ) (məntəqəyə)

zamanı "__" __________________199__il tarixdə, saat ___________________dəqiqədə

___________________________________________________________________________________________________

___________________________________________________________________________________________________

___________________________________________________________________________________________________

minik elan olunduqdan sonra, nəqliyyata minərkən, düşərkən)

baş vermiş hadisə nəticəsində xəsarət almış, həlak olmuşdur (lazım olanın altından xətt çəkməli).

2. Bədbəxt hadisənin baş vermə şəraitinin qısa şərhi

___________________________________________________________________________________________________

___________________________________________________________________________________________________

___________________________________________________________________________________________________

3. Bədbəxt hadisənin baş vermə şəraitinin istintaqı

___________________________________________________________________________________________________

4. Xəsarət alan sərnişin 1 -ci dəfə hansı tibbi yardım göstərilmiş və o, hara göndərilmişdir __

___________________________________________________________________________________________________

5. Akt “___” 199_____________________ il tarixdə saat ____________________________tərtib

6. Aktın düzgün tərtib edilməsini təsdiq edirəm

“___”________________________________199__il

M Y. nəqliyyat müəssisəsi rəhbərinin

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver