1.1. Bu Qaydalar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2002-ci il tarixli 782 N-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydaları”na əsasən hazırlanmışdır.
Yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərinə uyğun hazırlanmış “Hava gəmilərinə xidmət göstərilməsinə görə rüsum və tariflər üzrə Hesab” (forma N- AH-1) bundan sonra ciddi hesabat blankı adlandırılacaq.
1.2. “Hava gəmilərinə xidmət göstərilməsinə görə rüsum və tariflər üzrə Hesab”ın (forma N AH-1) forma və rekvizitləri və onlardan istifadə qaydaları” hava gəmilərinə xidmət göstərilməsi ilə məşğul olan aviasya müəssisələrində mühasibat uçotunun düzgün aparılmasının həyata keçirilməsini təmin etmək məqsədilə hazırlanmış və “Azərbaycan Hava Yolları” Dövlət Konserninin tabeçiliyində olan və sisteminə daxil edilən müəssisələrə şamil edilir.
1.3. Ciddi hesabat blankının forma və rekvizitləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırıldıqdan, “Azərbaycan Hava Yolları” Dövlət Konserni tərəfindən təsdiq edildikdən və Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındıqdan sonra eyni seriya və nömrə ilə çap ediləcək nüsxələrin miqdarı qanunvericilikdə nəzərdə tutulduğu kimi, yalnız Maliyyə Nazirliyinin xüsusi razılıq (lisenziya) verdiyi şəxs (mətbəə) tərəfindən sifarişçilərin vəsaiti hesabına çap edilir.
1.4. “Hava gəmilərinə xidmət göstərilməsinə görə rüsum və tariflər üzrə Hesab”ın (forma N- AH-1) forma və rekvizitləri və onlardan istifadə qaydaları”nın tətbiqi “Azərbaycan Hava Yolları” Dövlət Konserni tərəfindən həyata keçirilir.
2.1. Xüsusi razılıq (lisenziya) verilmiş şəxs (mətbəə) tərəfindən ciddi hesabat blanklarının üzərində aşağıdakı rekvizitlər mütləq həkk edilir:
- müəssisənin tam adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-i) və digər lazımi göstəriciləri;
- ciddi hesabat blanklarını çap edən mətbəənin özünümüdafiə məqsədilə özünün gizli nişanları (şərti qəbul edilmiş emblem, tor və s.) və VÖEN-i;
- ciddi hesabat blanklarının adı, seriya və nömrəsi.
2.2. Hər hansı bir sifarişçi üçün eyni adda, eyni seriyada və eyni nömrədə ciddi hesabat blanklarından təkrar çap etmək qadağan edilir.
2.3. Ciddi hesabat blanklarının istifadəsinə nəzarət onun seriya və nömrələrinə əsasən həyata keçirilir.
Ciddi hesabat blanklarının üzərində həkk olunan seriyalar Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilir.
2.4. Xüsusi razılıq (lisenziya) verilmiş şəxs (mətbəə) ciddi hesabat blanklarının adını, seriyasını, nömrəsini və digər lazımi göstəricilərini, eyni zamanda onları sifariş edən şəxsin (sifarişçinin) adını, VÖEN-i, ünvanını və digər lazımi göstəricilərini özündə əks etdirən məlumatı hər ay Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Vergilər Nazirliyinə təqdim edir.
2.5. Ciddi hesabat blanklarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəssisənin anbarında saxlanılmaqla uçotu aparılır, müəssisə rəhbərinin icazəsi ilə anbardan təhtəlhesab şəxslərə (icraçılara) qaimə-faktura əsasında verilir və onlarla tam maddi-məsuliyyət barədə nümunəvi fərdi müqavilə bağlanılır. Verilmiş ciddi hesabat blanklarının uçotu “Ciddi hesabat blankları” adlı balansarxası hesabda, mədaxil və məxaric üzrə hərəkətinin qeydiyyatı isə əmlakın (qiymətlilərin) uçot kartı forma N -1Q-də materialların uçotu qaydasında aparılır.
2.6. Ciddi hesabat blanklarını cırmaq, pozmaq, ləkələmək və onların üzərində düzəliş aparmaq olmaz (korlanmış ciddi hesabat blanklarının əvəzinə başqası doldurulur). Korlanmış ciddi hesabat blankları müvafiq qaydada mühasibatlığa təhvil verilir. Mühasibatlıqda yoxlama (təftiş) keçirildikdən sonra həmin blanklar sənədlərin arxivə təhvil verilməsi üçün mövcud olan müvafiq qaydalar əsasında arxivə təhvil verilir.
2.7. Ciddi hesabat blankları itirildikdə bu barədə 3 nəfərin imzası ilə akt tərtib olunmaqla, qəzetə elan verilir və həmin blankları itirən təsərrüfat subyektinin qeydiyyatda olduğu vergi orqanına, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Vergilər Nazirliyinə müvafiq məlumat verilir.
2.8. “Hava gəmilərinə xidmət göstərilməsinə görə rüsum və tariflər üzrə Hesab” (forma N- AH-1) 3 (üç) - mavi, ağ və çəhrayı rəngli nüsxələrdən ibarətdir.
“Hava gəmilərinə xidmət göstərilməsinə görə rüsum və tariflər üzrə Hesab” ın (forma N AH-1) bütün nüsxələrinə mətbəə tərəfindən eyni seriya və eyni nömrələr həkk edilir. Bu sənəd xüsusi surətçıxaran kağızda elə çap edilir ki, hesabın hər üç nüsxəsini üst üstə qoyub dolduran zaman hesabın surəti onun digər nüsxələrinə çıxa bilsin.
“Hava gəmilərinə xidmət göstərilməsinə görə rüsum və tariflər üzrə Hesab” ın (forma N- AH-1) mavi və ağ rəngli olan nüsxələri hesabat vermək və nəzarət etmək üçün hava gəmilərinə xidmət göstərən aeroportun mühasibatlığında (icraçıda), çəhrayı rəngli olan nüsxəsi ödəyicidə və ya onun nümayəndəsində qalır.
Qüvvədə olan qanunvericiliyə uyğun olaraq zəruri hallarda “Hava gəmilərinə xidmət göstərilməsinə görə rüsum və tariflər üzrə Hesab”ın (forma N- AH-1) rekvizitləri azərbaycan dili ilə yanaşı tələb olunan xarici dillərdə də çap edilə və doldurula bilər.
3.1. “Hava gəmilərinə xidmət göstərilməsinə görə hesabin (forma N- AH-1) rekvizitləri aşağıdakı kimi doldurulur:
-”Reysin nömrəsi və uçuşun məqsədi” rekvizitində hava gəmisinin reysinin nömrəsi və uçuşun məqsədi göstərilir;
-”Hava gəmisinin sahibi, ölkə” rekvizitində hava gəmisinin sahibinin, ölkənin adı yazılır;
-”Ödəyici” rekvizitində ödəyicinin tam adı yazılır;
-”Hava gəmisinin növü və nömrəsi” rekvizitində hava gəmisinin növü və nömrəsi göstərilir;
-”Maksimal uçuş kütləsi” rekvizitində hava gəmisinin maksimal uçuş kütləsi göstərilir;
- “Hərəkət marşrutu” rekvizitində hava gəmisinin hərəkət marşrutu göstərilir;
-”Enmə tarixi və vaxtı” rekvizitində hava gəmisinin enmə tarixi və vaxtı göstərilir;
-”Uçuş tarixi və vaxtı” rekvizitində hava gəmisinin uçuşunun tarixi və vaxtı göstərilir;
-”Ortodromik məsafə” rekvizitində ortodromik məsafə göstərilir;
-”Enmə” rekvizitində hava gəmisinin enməsi üçün ödənilən rüsümün dəyəri göstərilir;
-”Daynacaq”rekvizitində hava gəmisinin dayanacaqı üçün ödənilən rüsümün dəyəri göstərilir;
-”Meteoroloji təminat” rekvizitində meteoroloji təminat üçün ödənilən rüsümün dəyəri göstərilir;
-”Hava limanından istifadəsi üçün” rekvizitində hava limanından istifadə etmək üçün ödənilən rüsumun dəyəri göstərilir;
-”Bort qidası” rekvizitində bort qidasının dəyəri göstərilir;
-” Texniki xidmət” rekvizitində texniki xidmətin növü göstərilməklə onun dəyəri yazılır;
- “Kommersiya xidməti” rekvizitində kommersiya xidmətinin növü göstərilməklə onun dəyəri yazılır;
-”Yerüstü xidmət” rekvizitində yerüstü xidmətinin növü göstərilməklə onun dəyəri yazılır;
- “Ərazi üzərindən uçub keçmə” rekvizitində ərazi üzərindən uçub keçmək üçün ödənilən haqqın dəyəri göstərilir;
- “Bayraqdan istifadə etmə” rekvizitində bayraqdan istifadə etmək üçün ödənilən haqqın dəyəri göstərilir;
- “Hava starteri” rekvizitində hava starteri xidməti üçün ödənilən haqqın məbləği göstərilir;
- “İsitmə aqreqatı” rekvizitində isitmə aqreqatından istifadə etmək üçün ödənilən haqqın məbləği göstərilir;
- “Elektrik enerjisi mənbəyi”rekvizitində elektrik enerjisi mənbəyindən istifadə etmək üçün ödənilən haqqın məbləği göstərilir;
- “Buzun təmizlənməsi” rekvizitində buzun təmizlənməsi üçün ödənilən haqqın məbləği göstərilir;
- “Yedəkləmə” rekvizitində yedəkləmə üçün ödənilən haqqın məbləği göstərilir;
- “Sərnişin trapları” rekvizitində sərnişin traplarından istifadə etmək üçün ödənilən haqqın məbləği göstərilir;
- “Sərnişinlər üçün avtonəqliyyat” rekvizitində sərnişinlər tərəfindən avtonəqliyyatdan istifadə etmək üçün ödənilən haqqın məbləği göstərilir;
- “Yol göstərmək” rekvizitində yol göstərmək üçün ödənilən haqqın məbləği göstərilir;
- “Cəmi” rekvizitində cəmi məbləğ göstərilir;
- “Ödəniş” rekvizitində ödənilən məbləğ göstərilir;
- “Köçürmə” rekvizitində köçürmə yolu ilə ödənilən məbləğ göstərilir;
- “Nağd” rekvizitində nağd yolu ilə ödənilən məbləğ göstərilir.
- “Mühasib (xəzinədar)/İmza” rekvizitində mühasib (xəzinədar) soyadını, adını, atasının adını gösçtərməklə imza edir və möhürünü vurur;
- “Ödəyici və ya onun nümayəndəsi /İmza” rekvizitində ödəyici və ya onun nümayəndəsi hüquqi şəxs olduqda soyadını, adını, atasının adını, müəssisənin adını, digər lazımi məlumatları və tarixi göstərməklə imza edir və möhürünü vurur. Ödəyici və ya onun nümayəndəsi fiziki şəxs olduqda soyadını, adını, atasının adını və digər lazımi məlumatları və tarixi göstərməklə imza edir.
4.1. Bu Qaydaların tələblərini pozanlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
_____________________________________________________________________________________________
1. Reysin nömrəsi və uçuşun məqsədi ___________________________________________________________
2. Hava gəmisinin sahibi, ölkə__________________________________________________________________
3. Ödəyici____________________________________________________________________________________
4. Hava gəmisinin növü və nömrəsi______________________________________________________________
5. Maksimal uçuş kütləsi_______________________________________________________________________
6. Hərəkət marşrutu ___________________________________________________________________________
7. Enmə tarixi və vaxtı _________________________________________________________________________
8. Uçuş tarixi və vaxtı__________________________________________________________________________
9. Ortodromik məsafə__________________________________________________________________________
Rüsum və tariflərin siyahısı
- meteoroloji təminat
- hava limanından istifadəsi üçün
13. Ərazi üzərindən uçub keçmə
14. Bayraqdan istifadə etmə
- elektrik enerjisi mənbəyi
- sərnişinlər üçün avtonəqliyyat
Mühasib (xəzinədar)/İmza Ödəyici və ya onun nümayəndəsi/İmza
M.Y. və tarix M.Y. və tarix