Azərbaycan Respublikası Prezidentinin “Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” 2023-cü il 2 sentyabr tarixli 2315 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Hava nəqliyyatı ilə ölkədaxili yük və sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 2024-cü il 20 iyun tarixli 3-27/3-7-7/2024 nömrəli Kollegiya Qərarını nəzərə alaraq, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 2013-cü il 2 dekabr tarixli 12 nömrəli Qərarı ləğv edilsin.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri
Bakı şəhəri, 9 iyul 2024-cü il