Qanunvericilik › "Hazırlanması, keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin araşdırılması məqsədilə dərman vasitələrinin elmi tədqiqat müəssisələri tərəfindən Azərbaycan Respublikasına idxalı Qaydası"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.07.2007) › Tam mətn

"Hazırlanması, keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin araşdırılması məqsədilə dərman vasitələrinin elmi tədqiqat müəssisələri tərəfindən Azərbaycan Respublikasına idxalı Qaydası"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.07.2007)

"Hazırlanması, keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin araşdırılması məqsədilə dərman vasitələrinin elmi tədqiqat müəssisələri tərəfindən Azərbaycan Respublikasına idxalı Qaydası"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.07.2007) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Hazırlanması, keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin araşdırılması məqsədilə dərman vasitələrinin elmi tədqiqat müəssisələri tərəfindən Azərbaycan Respublikasına idxalı Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 25 iyul 2007-ci il

1. Bu Qayda "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanının 1.5-ci bəndinə əsasən hazırlanmışdır və dərman vasitələrinin dövlət reyestrinə (bundan sonra - dövlət reyestri) daxil edilməyən dərman vasitələrinin hazırlanması, keyfiyyətinin, təhlükəsizliyinin və effektivliyinin araşdırılması məqsədilə elmi tədqiqat müəssisələri tərəfindən respublika ərazisinə idxalı qaydasını və miqdarını müəyyən edir.

1-1. Bu Qaydanın məqsədləri üçün dərman maddələri dərman vasitələrinə bərabər tutulur.

2. Elmi tədqiqat müəssisələri tərəfindən hazırlanması, keyfiyyətinin, təhlükəsizliyinin və effektivliyinin araşdırılması məqsədilə dövlət reyestrinə daxil edilməyən dərman vasitələrinin respublika ərazisinə idxalı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və ya onun səlahiyyətli qurumu (bundan sonra - Səhiyyə Nazirliyi) tərəfindən verilən icazə əsasında həyata keçirilir.

3. Elmi tədqiqat müəssisələri tərəfindən hazırlanması, keyfiyyətinin, təhlükəsizliyinin və effektivliyinin araşdırılması məqsədilə dövlət reyestrinə daxil edilməyən dərman vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxalı üçün istehsalçı müəssisə (bundan sonra - ərizəçi) Səhiyyə Nazirliyinə ərizə ilə müraciət edir.

3.1. Ərizədə dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin Azərbaycan Respublikasına idxalolunma məqsədi, dərman vasitəsinin ticarət adı, beynəlxalq patentləşdirilməmiş adı, farmakoterapevtik qrupu, dərman forması və dozası, standart qablaşdırılması, qablaşdırmaların ümumi sayı, istehsalçının adı və ünvanı, istehsalçı ölkə, seriya nömrəsi, yararlılıq müddəti və saxlanma şəraiti göstərilir.

3.2. Ərizəyə aşağıda göstərilən sənədlər əlavə edilməlidir:

istehsalçı ölkənin səlahiyyətli orqanı tərəfindən verilən istehsal üçün lisenziya;

dərman vasitəsinin hər seriyası üçün verilən keyfiyyət sertifikatı;

ərizəçinin Azərbaycan Respublikasının müvafiq elmi tədqiqat müəssisəsi ilə razılaşması barədə saziş;

dərman vasitəsinə aid aparılmış hər hansı tədqiqat və ya sınaq barədə hesabat (mövcuddursa);

elmi tədqiqatların, klinikayaqədər tədqiqatların və klinik sınaqların qarşısında qoyulan vəzifələri, metodologiyanı, proseduru, statistik aspektləri təsvir edən protokol.

4. Ərizəçi tərəfindən təqdim olunmuş sənədlər Səhiyyə Nazirliyi tərəfindən ilkin ekspertizadan keçirilir və müvafiq rəylə birlikdə Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurasına (bundan sonra - Ekspert Şurası) təqdim olunur.

5. İlkin ekspertizanın nəticələri üzrə verilmiş rəy əsasında Ekspert Şurası elmi tədqiqatların, klinikayaqədər tədqiqatların və klinik sınaqların aparılmasının məqsədəuyğun olub-olmaması barədə müvafiq qərar qəbul edir.

6. Elmi tədqiqatların, klinikayaqədər tədqiqatların və klinik sınaqların aparılması məqsədəuyğun hesab edildiyi halda, Ekspert Şurasının müvafiq qərarı ilə dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin göstərilən sınaqlardan keçirilməsi üçün tələb olunan miqdarı müəyyənləşdirilir.

7. Ekspert Şurasının elmi tədqiqatların, klinikayaqədər tədqiqatların və klinik sınaqların aparılmasının məqsədəuyğun olması barədə qərarı əsasında Səhiyyə Nazirliyi dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin elmi tədqiqatların, klinikayaqədər tədqiqatların və klinik sınaqların aparılması üçün tələb olunan miqdarda idxalına icazə verir.

8. Elmi tədqiqat müəssisələri tərəfindən dərman vasitələrinin hazırlanması, keyfiyyətinin, təhlükəsizliyinin və effektivliyinin araşdırılması məqsədilə dövlət reyestrinə daxil edilməyən dərman vasitələrinin respublika ərazisinə idxalı üçün gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

1. 13 mart 2019-cu il tarixli 89 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 mart 2019-cu il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 523)

2. 25 sentyabr 2024-cü il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 29 sentyabr 2024-cü il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1106)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver