Qanunvericilik › Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 30

Maddə 30. Yetkinlik yaşına çatmayanların həbs yerlərində saxlanılmasının xüsusiyyətləri

Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

30.1. Yetkinlik yaşına çatmayan oğlanlar və qızlar həbs yerlərində bir-birindən və yetkinlik yaşına çatan şəxslərdən ayrı saxlanılırlar. Yetkinlik yaşına çatmayanlar üçün yaxşılaşdırılmış maddi-məişət şəraiti yaradılır və onlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş xüsusi yemək normaları ilə təmin edilirlər.

30.2. Yetkinlik yaşına çatmayanların müəyyən edilmiş gündəlik gəzintisi 3 saatdan az olmamalıdır. Yetkinlik yaşına çatmayan şəxslərin barəsində tənbeh tədbiri kimi cərimə təcridxanasında yerləşdirmə tətbiq oluna bilməz.

30.3. Yetkinlik yaşına çatmayanların asudə vaxtlarında Daxili intizam qaydalarına riayət etməklə televiziya proqramlarına baxması, orta təhsilini davam etdirməsi və idmanla məşğul olması üçün şərait yaradılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver