Qanunvericilik › Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 45

Maddə 45. Həbs yerlərində xüsusi vasitələrin tətbiqi

Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

45.1. Həbs yerində xüsusi vasitələr aşağıdakı hallarda tətbiq edilə bilər:

45.1.1. həbs yerinin işçilərinə və ya digər şəxslərə tutulmuş və ya həbs edilmiş şəxslər tərəfindən edilən hücumları dəf etmək üçün;

45.1.2. kütləvi iğtişaşların və ya həbs yerində saxlanılma rejiminin qrup halında pozulmasının qarşısını almaq üçün;

45.1.3. həbs yerinin işçilərinin və ya həbs yerində rejimin təmin edilməsinə cəlb olunmuş müvafiq icra hakimiyyəti orqanı işçilərinin qanuni tələblərinə tabe olmayan və ya onlara fiziki müqavimət göstərən tutulmuş və ya həbs edilmiş şəxslərin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün;

45.1.4. girov saxlanılan şəxsləri, zəbt olunmuş binaları, yerləri, qurğuları və nəqliyyat vasitələrini azad etmək üçün;

45.1.5. tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerindən qaçması cəhdinin qarşısını almaq üçün;

45.1.6. tutulmuş və ya həbs edilmiş şəxsin özünə və ətrafdakılara zərər yetirmək cəhdinin qarşısını almaq üçün.

45.2. Tutulmuş və ya həbs edilmiş şəxslərə aşağıdakı xüsusi vasitələr tətbiq olunur:

45.2.1. rezin dəyənəklər - bu Qanunun 45.1.1-45.1.6-cı maddələrində göstərilən hallarda;

45.2.2. əl qandalları - bu Qanunun 45.1.3, 45.1.5 və 45.1.6-cı maddələrində göstərilən hallarda;

45.2.3. yayındırıcı təsir göstərən işıq-səs vasitələri - bu Qanunun 45.1.1-45.1.4-cü və 45.1.6-cı maddələrində göstərilən hallarda;

45.2.4. maneədağıdan vasitələr - bu Qanunun 45.1.4-cü maddəsində göstərilən hallarda;

45.2.5. suvuranlar və zirehli maşınlar - bu Qanunun 45.1.2-ci və 45.1.4-cü maddələrində göstərilən hallarda;

45.2.6. xidməti itlər - bu Qanunun 45.1.1-45.1.6-cı maddələrində göstərilən hallarda;

45.2.7. gözyaşardıcı qaz - bu Qanunun 45.1.1-45.1.6-cı maddələrində göstərilən hallarda.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver