317-2.1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi –
altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
317-2.2. Eyni əməllər təkrar törədildikdə –
iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi üçün cinayət məsuliyyəti müəyyən edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2-ci maddəsinin mətni ilə tanış oldum və onu imzamla təsdiq edirəm.
__________________________
(imza, soyadı və adı)
“____” __________ 20____ il
1. Həbs edilmiş şəxs üçün paltar, baş örtüyü və ayaqqabı.
2. İsti və adi alt paltarı (hərəsindən iki dəst).
3. Corab, əlcək (iki cütdən artıq olmamaqla, şərf, cib dəsmalı, qayış, sap və əllə tikiş üçün iynə).
4. Otaq nəleyinləri (şap-şapları) və idman ayaqqabıları (hərəsindən bir cüt).
5. İdman geyimi və alətləri ( bir dəst).
6. Güzgü, birdəfəlik üzqırxan ülgüc və ya elektrik ülgücü.
7. Parç, qaşıq.
8. Əl-üz və təsərrüfat sabunları, diş fırçası, diş məcunu və daraq.
9. Eynək, qoltuqağacı, əlağacı, həkimin icazəsi ilə protez və dərmanlar.
10. Elektrik çaydanı, sərinkeş.
11. Dərsliklər və dərs ləvazimatları (təhsil alanlar üçün).
12. Ədəbiyyat və ya jurnallar (hər həbs edilmiş şəxsə 10 cildədək) və qəzetlər.
13. Yazı kağızı, dəftərlər, qələmlər, mürəkkəb, diyircəkli qələm içlikləri, zərflər, açıqcalar, markalar.
14. Domino, şahmat, dama, nərdtaxta.
15. Məktublar, fotoşəkillər (fotoalbomlar).
16. Ayaqqabı və paltar şotkaları, ayaqqabı kremi.
17. Çörək və digər un məmulatları.
18. Hisə verilmiş, duzlanmış ət və balıq məmulatları (bişirilməsi tələb olunmayan).
19. Yağ, piy.
20. Pendir.
21. Quru qənnadı məmulatları.
22. Quru çay.
23. Meyvə, meyvə qurusu və bişirilməsi tələb olunmayan tərəvəzlər.
24. Süd və süd məmulatları (şüşə qablarda olanlar istisna olmaqla).
25. Konservlər, sərinləşdirici içkilər, təbii şirələr və mineral sular (şüşə qablarda olanlar istisna olmaqla).
26. Tütün məmulatları, kibrit, alışqan.
27. Cinayət işinə aid sənəd və qeydlər.
28. Təhvil verilmiş pulun, qiymətli əşyaların və s. qəbzləri.
29. Azyaşlı uşaqlar üçün nəzərdə tutulan ləvazimat (əmzik, uşaq yeməkləri, bələk və s.).
Qeydlər: 1. Həbs edilmiş şəxslərə bişirilməsi tələb olunan ərzaq məhsullarını (ət, balıq, makaron və makaron məmulatları, düyü, qarğıdalı, noxud və digər paxla növləri, bütün növ yarmalar) əldə etməyə və saxlamağa icazə verilmir.
2. Həbs edilmiş qadınlara özlərində baş yaylıqları, büstqalterlər, reytuzlar, qayış, tənzif, saç sancaqları, şəxsi istifadə üçün gigiyenik vasitələr, vazelin, krem, pambıq, şampun, dodaq pomadası, pudra və tamponlar saxlamağa icazə verilir.
3. Həbs edilmiş şəxslərə məxsus əşyaların ümumi çəkisi bütün hallarda, o cümlədən anbarda saxlanılanlar da daxil olmaqla 50 kq-dan çox olmamalıdır.
4. Həbs edilmiş şəxslərə qayış, əllə tikiş üçün iynə, güzgü, birdəfəlik üzqırxan ülgüc və ya elektrik ülgücü, elektrik çaydanı, sərinkeş və alışqan istintaq təcridxanası rəisinin icazəsi ilə verilir.
1. Odlu və soyuq silahların bütün növləri, döyüş sursatları, partlayıcı maddələr və onların hissələri, xüsusi vasitələr (rezin dəyənəklər, əl qandalları, yayındırıcı təsir göstərən işıq-səs vasitələri, gözyaşardıcı qaz və s.), zəhərli (insan həyatı üçün təhlükəli olan) maddələr.
2. Konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlər.
3. Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları.
4. Güclü təsir edən dərman vasitələri.
5. Spirtli içkilərin bütün növləri, pivə, spirt qarışığı olan maddələr.
6. Radiodalğaların (elektromaqnit dalğaların) ötürücü-boğucu qurğuları, radioelektron cihazlar və elementlər, dinləmə qurğuları və gizli kameraların detektorları (aşkaredici qurğular).
7. Radioqəbuledici və ötürücülərin bütün növləri, optik cihazlar, peycer, mobil telefon, faks, kompyuter, internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğular.
8. Müharibəni, zorakılığı, ekstremizmi, terroru və qəddarlığı təbliğ edən, milli, dini və irqi ədavəti qızışdıran, habelə pornoqrafiya xarakterli nəşrlər, audio-video daşıyıcıları.
Qeyd. Bu Siyahıda nəzərdə tutulmuş odlu və soyuq silahların bütün növləri, döyüş sursatları, partlayıcı maddələr və onların hissələri, zəhərli (insan həyatı üçün təhlükəli olan) maddələr, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və dövriyyəsi qanunsuz sayılan digər əşyalarla bağlı cinayət qanunvericiliyində müvafiq məsuliyyət nəzərdə tutulmuşdur.
1. Həbs edilmiş şəxslərə özlərində saxlaması, bağlama və banderollarda göndərilməsi, habelə sovqatlarda gətirilməsi qadağan olunmuş əşyaların siyahısı.
2. Həbs edilmiş şəxslərə qadağan olunmuş əşyaların verilməsinə və ya ötürülməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317.1-ci maddəsinin tam mətni.
3. Masa və kətillər.
4. Paltar asılqanı.
5. Ağ xələt.
6. Tərəzi.
7. Mətbəx bıçaqları, konservaçan, çəngəl, qaşıq, qayçı, uzun biz, sovqatlarda gətirilmiş hazır xörəklərin boşaldılması üçün müxtəlifölçülü qablar.
8. Dəmir şkaf.
9. Ərizə və şikayətlər üçün qutu.
10. Dərman vasitələri ilə təchiz olunmuş qutu.
11. İnventar və əşyaların siyahısı.
12. Soyuducu.
13.Təqsirləndirilən şəxslərə özlərində saxlanılmasına icazə verilən əşya və malların siyahısı.
14. Bağlamalara, sovqat və banderollara baxış keçirilməsi üçün digər vasitələr.
_____________________ istintaq təcridxanasının rəisi
cənab___________________________________________
_________________________________________________
________________________________ ünvanda yaşayan
(ünvan)
vətəndaş _________________________________________________
_________________________________________________
_________________________________________________
Xahiş edirəm ___________________________ istintaq təcridxanasında saxlanılan həbs edilmiş şəxs__________________________________________ üçün sovqat qəbul edəsiniz.
(soyadı, adı və atasının adı)
Sovqatda olan əşyaların, malların və ərzaq məhsullarının siyahısı
İmza ________________________________
“_____” ___________ 20____ il
Sovqatı qəbul etdi: _____________________________________________
(nəzarətçinin imzası, soyadı və adı)
“_____” __________ 20____ il
Sovqatı aldı:_________________________________________________
“_____” __________ 20____ il
1. Odlu və soyuq silahların bütün növləri, döyüş sursatları, partlayıcı maddələr və onların hissələri, xüsusi vasitələr (rezin dəyənəklər, əl qandalları, yayındırıcı təsir göstərən işıq-səs vasitələri, gözyaşardıcı qaz və s.), zəhərli (insan həyatı üçün təhlükəli olan) maddələr.
2. Konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlər.
3. Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları.
4. Güclü təsir edən dərman vasitələri.
5. Spirtli içkilərin bütün növləri, spirt qarışığı olan maddələr.
6. Radiodalğaların (elektromaqnit dalğaların) ötürücü-boğucu qurğuları, radioelektron cihazlar və elementlər, dinləmə qurğuları və gizli kameraların detektorları (aşkaredici qurğular).
7. Radioqəbuledicilərin və ötürücülərin bütün növləri, optik cihazlar, peycer, mobil telefon, faks, kompyuter, internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğular.
8. Müharibəni, zorakılığı, ekstremizmi, terroru və qəddarlığı təbliğ edən, milli, dini və irqi ədavəti qızışdıran, habelə pornoqrafiya xarakterli nəşrlər, audio-video daşıyıcıları.
Siyahı ilə tanış oldum və imzamla təsdiq edirəm.
İmza: _________________________________
______________________________________
(soyadı, adı və atasının adı)
“___” ___________ 20__ il