Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03 dekabr 2010-cu il tarixli 114 nömrəli əmri ilə təsdiq edilmişdir
1. Bu Qayda “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş həkim resepti olmadan buraxılan dərman vasitələrinin (bundan sonra – “dərmanların”) reklamının yayımı üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra “Nazirlik”) tərəfindən rəyin verilməsi qaydalarını müəyyən edir.
2. Dərmanların reklamına rəy almaq istəyən hüquqi şəxs (bundan sonra – “ərizəçi”) Nazirliyə bu Qaydaya əlavə olunan formada ərizə ilə müraciət etməlidir (əlavə № 1). Ərizəçi qismində istehsal və ya topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr çıxış edə bilər.
3. Ərizə ərizəçi adından çıxış edən səlahiyyətli şəxs tərəfindən imzalanır və möhürlə təsdiqlənir.
4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
4.1. ərizəçinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surəti;
4.2. səlahiyyətli şəxsin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədlərin notariat qaydasında təsdiqlənmiş surəti;
4.3. dərmanın qeydiyyat vəsiqəsinin surəti;
4.4. dərmanın reklamına dair məlumat (yayımlanması vaxtı, yeri, forması və qaydası, mətni, foto, video materiallar və s.).
5. Ərizə Nazirliyə daxil olduqdan sonra qeydə alınır, baxılır, dərmanın reklamının qanunvericiliyə uyğunluğu yoxlanılır, təqdim edilən sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, qeydə alındığı gündən başlayaraq 10 iş günündən gec olmayaraq rəy verilməsi haqqında qərar qəbul edilir.
6. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 5 iş günündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.
7. Rəy bu Qaydaya əlavə olunan formada hazırlanaraq Azərbaycan Respublikası səhiyyə nazirinin müavini tərəfindən imzalanır və müraciət edən şəxsə təqdim olunur (əlavə № 2).
8. Ərizəçiyə rəy verilməsindən imtina edildikdə bu barədə ona imtinanın səbəbləri göstərilməklə 5 iş günü müddətində yazılı məlumat verilir.
9. Bu Qayda dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.
Həkim resepti olmadan buraxılan
dərman vasitələrinin reklamına rəy
verilməsi Qaydasına Əlavə № 1
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
əlaqə üçün telefon nömrələri:___________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
dərmanın vasitəsinin reklamına rəy verilməsini xahiş edirik.
Ərizəyə əlavə olunan sənədlər:
1._______________________________________________________________________
2. _______________________________________________________________________
3. _______________________________________________________________________
4. _______________________________________________________________________
_________________________________________________________________________
Qoşma: __________________ vərəq.
_____________________________________________________ ________________________
“____”____________ 20___ il
Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına rəy verilməsi Qaydasına Əlavə № 2
“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 3-cü bəndinə və “Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına rəy verilməsi Qaydası”na əsasən
_____________________________________________________________________________
_____________________________________________________________________________
____________________________________________________________________ tərəfindən
_____________________________________________________________________________
_____________________________________________________________________________
____________________________________________________________ reklamının yayımı qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilə bilər.
Azərbaycan Respublikası
Səhiyyə Nazirinin müavini
______________________________
“____”____________ 20___ il