Həmkarlar ittifaqlarının nizamnamələri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır, onlarda, bir qayda olaraq, aşağıdakılar nəzərdə tutulmalıdır:
1) adı və yerləşdiyi yer;
2) məqsədi, vəzifələri, fəaliyyət forma və metodları;
3) üzvlük qaydaları;
4) üzvlərinin hüquqları və vəzifələri;
5) təşkilat-daxili quruluşu;
6) seçkili orqanları, onların seçilməsi və geri çağırılması qaydaları;
7) seçkili orqanlarının səlahiyyətləri və səlahiyyət müddətləri;
8) maliyyə mənbələri, üzvlük haqqının müəyyən edilməsi;
9) beynəlxalq əlaqələrə dair müddəalar;
10) əmlak məsələləri;
11) nizamnamənin qəbulu və ona əlavələr, dəyişikliklər edilməsi qaydaları;
12) fəaliyyətinə xitam verilməsi qaydaları.
Həmkarlar ittifaqı birliyi dövlət qeydiyyatından keçirildiyi vaxtdan hüquqi şəxs hesab olunur və hüquqi şəxs statusu əldə edir.
Həmkarlar ittifaqı birliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatından keçirilir.