Qanunvericilik › “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 18.01.2006) › Tam mətn

“Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 18.01.2006)

“Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 18.01.2006) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 264 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 18 yanvar 2006-cı il

1. Bu Qayda “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 264 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

2. İrsi qan xəstəliyi olan şəxslər tibb müəssisələrinin göndərişi əsasında sanatoriya-kurort müalicəsi ilə təmin olunurlar.

3. Sanatoriya-kurort müalicəsinə tibbi göstərişləri olan hemofiliya və ya talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslər üçün müalicə həkimi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi xüsusi formalı sanatoriya-kurort kartası doldurulur (forma 072/u).

4. Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş və əlilliyi olan şəxslər respublika hüdudları daxilində sanatoriya-kurort müalicəsi almaq üçün tibb müəssisəsi tərəfindən verilmiş sanatoriya-kurort kartasını və ərizələrini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası” ilə müəyyən edilmiş qaydada, əlilliyi olmayan şəxslər isə tibb müəssisələrinə təqdim etməklə, növbəlilik əsasında sanatoriya-kurort yollayışları (bundan sonra - yollayış) ilə təmin olunurlar.

5. Yollayışları vermiş orqan və qurumlarda “geri qayıtma” talonunun qeydiyyatı aparılır və yollayışların istifadəsini təsdiq edən sənəd kimi saxlanılır.

6. Yollayışlar qiymətli sənəddir, pul vəsaiti ilə bərabər saxlanılmalı və uçota alınmalıdır.

7. Yollayışların uçotunun aparılması, onlara dair hesabatların təqdim edilməsi, habelə mühasibat uçotu sənədlərinin saxlanılması qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edilir.

1. 28 noyabr 2016-cı il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1976)

2. 30 noyabr 2020-ci il tarixli 471 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1414)

3. 5 mart 2021-ci il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 272)

4. 21 sentyabr 2022-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 25 sentyabr 2022-ci il, № 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1099)

5. 19 noyabr 2025-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 noyabr 2025-ci il, “Xalq” qəzeti, 29 noyabr 2025-ci il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 11, maddə 1089)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver