Qanunvericilik › Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Ümumi vəzifələr

Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. hərbi qulluqçular Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş vəzifələrdən əlavə hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan başqa vəzifələri də yerinə yetirirlər.

2. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hərbi qulluqçular aşağıdakıları etməyə borcludurlar:

Azərbaycan Respublikasının mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumaq;

Azərbaycan Respublikasına sadiq olmaq barəsində hərbi and içmək;

Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının başqa qanunlarına ciddi əməl etmək, komandirlərin və rəislərin əmrlərini qeyd-şərtsiz yerinə yetirmək;

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan başqa vəzifələri yerinə yetirmək.

3. hərbi qulluqçuların vəzifələri və bu vəzifələri yerinə yetirməsi qaydası Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri, habelə Azərbaycan Respublikası ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının qərarları əsasında qəbul olunmuş normativ aktlarla müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver