Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci və 19-cu bəndlərini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək və müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilsin və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılsın.
2. “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iki ay müddətində Xidmətin strukturu, hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi və ali zabit heyəti vəzifələrinin siyahısı barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. üç ay müddətində:
4.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.1.3. həmin Qanunun 2.0.4-cü maddəsində nəzərdə tutulmuş çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydasını müəyyən etsin;
4.1.4. həmin Qanunun 3.4-cü maddəsində nəzərdə tutulmuş hərbi uçot ixtisasların siyahısını müəyyən etsin;
4.1.5. həmin Qanunun 4.3-cü maddəsində nəzərdə tutulmuş çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydasını müəyyən etsin;
4.1.6. həmin Qanunun 9.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramlarını və bu hazırlığın təmin edilməsinə yönəlmiş idman növlərinin siyahısını müəyyən etsin;
4.1.7. həmin Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin siyahısını müəyyən etsin;
4.1.9. həmin Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın hallarını və qaydasını müəyyən etsin;
4.1-1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi qaydasını iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
5. Müəyyən edilsin ki:
5.1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci, 2.0.15-ci maddələrində, 3.5-ci maddəsinin birinci cümləsində, 6.1-ci maddəsində (ikinci halda), 6.2-ci maddəsinin birinci (hər iki halda) və üçüncü cümlələrində, 6.2-1-ci maddəsinin birinci cümləsində, 6.2-2-ci maddəsinin birinci cümləsində (hər iki halda), 6.5-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 7.3-cü maddəsinin ikinci cümləsində, 8.6-cı (birinci halda), 9.4-cü maddələrində, 12.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 12.4-cü (birinci halda) və 12.4-1-ci (hər iki halda) maddələrində, 15.1-ci maddəsinin birinci və dördüncü cümlələrində, 15.2-1-ci maddəsinin birinci cümləsində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 17.1.4-cü (hər iki halda), 21.3-cü, 21.6-cı, 21.8-ci, 21.9-cu, 31.1-ci, 33.4-cü, 34.5-ci (ikinci halda), 35.2-ci maddələrində, 35-1-ci maddəsinin ikinci cümləsində, 39.2-ci maddəsinin birinci cümləsində (hər iki halda), 40.1-ci, 45.4-cü maddələrində, 45.5-ci maddəsinin ikinci (ikinci halda) və üçüncü (ikinci halda) cümlələrində, 45.7-ci maddəsində, 49.5-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 49-cu maddəsinin “Qeyd” hissəsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
5.1-1. həmin Qanunun 39.2-ci maddəsinin birinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
5.2. həmin Qanunun 2.0.4-cü maddəsində, 3.4-cü, 4.3-cü maddələrində, 9.3-cü maddəsinin birinci cümləsində, 10.1-ci maddəsində, 10.2-ci maddəsinin ikinci cümləsində, 14.1.4-cü, 15.2-ci, 16.2-ci maddələrində, 28.6-cı maddəsinin üçüncü cümləsində, 36.1-ci maddəsində, 42-1.1-ci maddəsinin ikinci cümləsində, 46.1.2-ci maddəsində, 49.2-ci maddəsində birinci halda, 49.4-cü və 52.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
5.2-1. həmin Qanunun 6.1-ci maddəsində, 6.2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 9.4-cü maddəsində, 12.3-cü maddəsinin ikinci cümləsində, 12.4-1-ci maddəsində (ikinci halda), 15.1-ci maddəsinin birinci cümləsində, 15.3-cü, 35-1-ci və 49.5-ci maddələrinin ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
5.2-2. həmin Qanunun 2.0.5-ci maddəsində, 7.3-cü maddəsinin birinci cümləsində, 8.1-ci (hər iki halda), 8.3-cü (ikinci halda), 8.4-cü, 8.5-ci, 8.6-cı (ikinci halda), 8.7-ci (hər iki halda), 45.8-ci və 46.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri və öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər;
5.2-3. həmin Qanunun 4.4-cü, 4.5-ci (ikinci halda), 8.2.1-ci (ikinci halda) maddələrində və 28.6-cı maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər;
5.2-4. həmin Qanunun 4.5-ci maddəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir;
5.3. həmin Qanunun 5.2-ci maddəsində ikinci halda, 9.3-cü maddəsinin ikinci cümləsində, 10.4-cü və 13.3-cü maddələrində ikinci halda, 16.1.1-ci maddəsində və 49.2-ci maddəsində ikinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirir;
5.4. həmin Qanunun 4.2-ci maddəsində, 5.1-ci maddəsində birinci halda, 5.1.1-ci, 6.1-ci maddələrində, 6.3-cü maddəsində ikinci və üçüncü hallarda, 6.4-cü maddəsində hər üç halda, 7.1-ci maddəsində, 8.2.1-ci (birinci halda), 8.2.2-ci maddələrində, 10.4-cü maddəsində birinci halda, 12.4-cü maddəsində ikinci halda, 12.5-ci maddəsində, 12.6-cı maddəsində hər iki halda, 12.7-ci maddəsində (12.7.2-ci maddə istisna olmaqla), 13.1.1-ci, 37.1.1-ci, maddələrində, 49.2-ci maddəsində üçüncü halda və 49.3-cü maddəsində hər iki halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri həyata keçirirlər;
5.5. həmin Qanunun 5.1-ci maddəsində ikinci halda, 5.2-ci və 6.3-cü maddələrində birinci halda, 12.7.2-ci, 13.1.2-ci maddələrində və 13.3-cü maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirirlər;
5.6. həmin Qanunun 8.2-ci maddəsində (8.2.1-ci və 8.2.2-ci maddələr istisna olmaqla) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;
5.7. həmin Qanunun 8.3-cü maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri həyata keçirirlər;
5.8. həmin Qanunun 10.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər;
5.9. həmin Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi həyata keçirirlər;
5.9-1. həmin Qanunun 16.1.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti həyata keçirirlər;
5.10. həmin Qanunun 28.4-cü maddəsinin ikinci cümləsində və 40.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti həyata keçirirlər;
5.11. həmin Qanunun 2.0.9-cu maddəsinin ikinci cümləsində, 32.2-ci maddəsində, 34.3-cü maddəsinin ikinci cümləsində, 34.5-ci maddəsində birinci halda, 40.3-cü və 46.1.8-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirirlər;
5.11-1. həmin Qanunun 45.2.1-ci (birinci halda) və 45.6-cı (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir;
5.11-2. həmin Qanunun 45.2.1-ci (ikinci halda) və 45.6-cı (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirir;
5.11-3. həmin Qanunun 45.2.1-ci maddəsində üçüncü halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir;
5.12. həmin Qanunun 45.5-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər;
5.12-1. həmin Qanunun 45.5-ci maddəsinin ikinci cümləsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir;
5.12-2. həmin Qanunun 45.5-ci maddəsinin üçüncü cümləsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər;
5.13. həmin Qanunun 6.2-1-ci maddəsinin birinci cümləsində, 8.6-cı maddəsində, 15.2-1-ci və 15.3-cü maddələrinin birinci cümlələrində, 17.1.4-cü maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi qismində, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
5.13-1. həmin Qanunun 2.0.15-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur;
5.13-2. həmin Qanunun 3.5-ci maddəsinin birinci cümləsində, 6.2-ci maddəsinin birinci (birinci halda) və üçüncü cümlələrində, 6.2-2-ci maddəsinin birinci cümləsində (hər iki halda), 6.5-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 7.3-cü maddəsinin ikinci cümləsində, 12.4-1-ci maddəsində (birinci halda), 15.1-ci maddəsinin dördüncü cümləsində, 17.1.4-cü maddəsində (birinci halda), 49.5-ci maddəsinin birinci cümləsində (hər iki halda) və 49-cu maddəsinin “Qeyd” hissəsində (hər iki halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur;
5.13-3. həmin Qanunun 21.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri nəzərdə tutulur;
5.13-4. həmin Qanunun 21.6-cı, 21.8-ci və 21.9-cu maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzərdə tutulur;
5.13-5. həmin Qanunun 39.2-ci maddəsinin birinci cümləsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi nəzərdə tutulur;
5.14. həmin Qanunun 36-cı maddəsinin “Qeyd” hissəsində və 37.1.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti nəzərdə tutulur.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti fəaliyyət istiqamətlərinə uyğun olaraq aidiyyəti üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş xüsusi hərbi ixtisasların siyahısını və hazırlıq proqramını iki ay müddətində müəyyən etsinlər.
8. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin formasını iki ay müddətində müəyyən etsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 fevral 2012-ci il
1.1. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bundan sonra - Xidmət) Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin (bundan sonra - Silahlı Qüvvələr və digər silahlı birləşmələr) sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
1.2. Xidmət öz.fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Əsasnaməni və Xidmətin normativ hüquqi aktlarını rəhbər tutur.
1.3. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Xidmət fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik və Silahlı Qüvvələr quruculuğunun təşkili prinsipləri əsasında qurur.
1.5. Xidmətin müstəqil balansı, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.6. Xidmətin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.7. Xidmətin kadr tərkibi hərbi qulluqçulardan və işçilərdən (dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan mülki işçilərdən) ibarətdir.
1.8. Xidmət Bakı şəhərində yerləşir.
2.0. Xidmət aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
2.0.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, bu siyasətin həyata keçirilməsini təmin edir və həmin sahədə aidiyyəti dövlət orqanlarının fəaliyyətini əlaqələndirir;
2.0.2. müvafiq sahədə prosesləri idarə edir və tənzimləyir, inkişafı təmin edir;
2.0.3. müvafiq sahədə proseslərə dövlət nəzarətini həyata keçirir;
2.0.4. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir;
2.0.5. ilkin hərbi qeydiyyat və hərbi xidmətə çağırış proseslərinin idarə olunmasında vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirir və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla digər hərbi vəzifəlilərin hərbi qeydiyyatını aparır;
2.0.6. Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin səfərbərliyə hazırlığını aidiyyəti dövlət və yerli özünüidarə orqanları ilə qarşılıqlı əlaqədə hərbi vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin səfərbərliyə hazırlanması yolu ilə təmin edir;
2.0.7. çağırışçıların, hərbi vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin səfərbərlik resursunun vahid uçot sisteminin tətbiqini təmin edir;
2.0.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənən və Xidmətin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir;
2.0.9. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır:
3.0.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri yerinə yetirmək;
3.0.2. müvafiq sahədə dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini təmin etmək;
3.0.3. hərbi vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin səfərbərliyinin keçirilməsi planlarını, Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin səfərbərlik ehtiyaclarının ödənilməsi, səfərbərlik hazırlığının və səfərbərliyin təkmilləşdirilməsi üzrə təklifləri hazırlamaq;
3.0.4. səfərbərlik planlarına əsasən Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin zəmanətli və keyfiyyətli təminatının həyata keçirilməsi məqsədilə insan və nəqliyyat resurslarının ehtiyatının toplanmasını təşkil etmək;
3.0.5. Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin səfərbərlik üzrə komplektləşdirilməsi üçün sifarişləri yerinə yetirmək, hərbi vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin hərbi hissə və birləşmələrə təhkim olunmasını həyata keçirmək;
3.0.5-1. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 415 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə”dən irəli gələn vəzifələri həyata keçirmək;
3.0.6. hərbi vəzifəlilərə, həmçinin hərbi-nəqliyyat vasitələrinə malik dövlət və yerli özünüidarə orqanlarına, təşkilatların rəhbərlərinə və vətəndaşlara səfərbərlik zamanı və müharibə dövründə səfərbərlik tapşırıqları və vəzifələri haqqında səfərbərlik sərəncamları vermək;
3.0.7. səfərbərlik tapşırıqları (sifarişləri) olan təşkilatlar müflisləşdiyi hallarda, bu tapşırıqların (sifarişlərin) başqa təşkilatlara verilməsi üçün tədbirlər görmək;
3.0.8. Azərbaycan Respublikası Prezidentinin aktına əsasən hərbi hissə və birləşmələrə təhkim olunmuş hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırışını və hərbi-nəqliyyat vasitələrinin təqdim olunmasını, vətəndaşların müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş mülki heyət vəzifələrində işləmək üçün göndərilməsini aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirmək;
3.0.9. hərbi vəzifəlilərin səfərbərlik üzrə Silahlı Qüvvələrə və digər silahlı birləşmələrə, habelə xüsusi birləşmələrə çağırılmasını təmin etmək məqsədilə qanunvericiliklə müəyyən olunmuş qaydada çağırış komissiyaları yaratmaq;
3.0.10. səfərbərlik elan olunarkən Silahlı Qüvvələrə və digər silahlı birləşmələrə verilməsi, yaxud onların mənafeyi üçün istifadə olunması məqsədilə xüsusi birləşmələrin yaradılmasını və hazırlanmasını təmin etmək;
3.0.11. səfərbərlik elan olunarkən Silahlı Qüvvələrə və digər silahlı birləşmələrə, habelə xüsusi birləşmələrə verilməsi, yaxud onların mənafeyinə uyğun olaraq istifadə edilməsi üçün nəzərdə tutulmuş hərbi-nəqliyyat vasitələrinin hazırlanmasına nəzarət etmək;
3.0.12. nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət edən dövlət orqanları ilə birlikdə səfərbərlik üzrə Silahlı Qüvvələrə və digər silahlı birləşmələrə, habelə xüsusi birləşmələrə verilmək üçün Xidmətin siyahıları əsasında seçilmiş hərbi-nəqliyyat vasitələrinə texniki baxış keçirilməsində iştirak etmək;
3.0.13. səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin komplektləşdirilməsi üçün vətəndaşların hərbi uçot ixtisaslarına görə hazırlanmasını həyata keçirmək;
3.0.14. dövlət və yerli özünüidarə orqanlarında, təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü üçün təxsis (bron) edilməsini təşkil etmək, təxsis (bron) edilmiş hərbi vəzifəlilərin vahid uçotunu aparmaq, qanunvericiliklə müəyyən olunmuş qaydada təxsis (bron) edilməyə dair hesabat hazırlamaq;
3.0.15. aidiyyəti səfərbərlik planlarının yerinə yetirilməsi üzrə təlim və məşqlərin keçirilməsini təmin etmək, Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin səfərbərlik planlarının yerinə yetirilməsi üzrə təlim və məşqlərin keçirilməsində iştirak etmək;
3.0.16. səfərbərlik orqanları işçilərinin ixtisasının artırılmasını həyata keçirmək;
3.0.17. Xidmətin müharibə dövrünün təşkilati-ştat strukturuna əsasən komplektləşdirilməsi və onun yerli orqanlarının gücləndirilməsi üçün təyin olunmuş hərbi vəzifəlilərlə, dövlət və yerli özünüidarə orqanlarının, təşkilatların səfərbərlik orqanları (işçiləri) ilə, eləcədə səfərbərlik tədbirlərinin təminatına, vətəndaşların hərbi xidmətə hazırlanmasına, çağırılmasına və könüllü daxil olmasına, toplanışlara çağırışına cəlb olunan həkim mütəxəssislərlə, orta tibb heyəti və texniki personalla təcrübi məşğələlər keçirmək;
3.0.18. dövlət və yerli özünüidarə orqanlarında, təşkilatlarda səfərbərlik hazırlığı, hərbi uçot və təxsis (bron) edilmə məsələləri üzrə kompleks və yaxud ayrı-ayrı elementlər üzrə yoxlamalar keçirmək;
3.0.19. yerli icra hakimiyyəti və yerli özünüidarə orqanları ilə birlikdə müharibə dövründə vətəndaşların məcburi ümumi hərbi hazırlığı məntəqələrinin yaradılması tədbirlərini planlaşdırmaq;
3.0.20. dövlət və yerli özünüidarə orqanları ilə birlikdə hərbi vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin səfərbərliyi işinin mənəvi-psixoloji təminatını təşkil etmək;
3.0.21. səfərbərlik hazırlığının və səfərbərliyin elmi, metodiki və informasiya təminatını həyata keçirmək;
3.0.22. səfərbərlik hazırlığı barədə statistik hesabatlar hazırlamaq;
3.0.23. səfərbərlik hazırlığı üçün işlərin maliyyələşdirilmə həcmini müəyyən etmək;
3.0.24. vətəndaşların ilkin hərbi qeydiyyata alınmasını təşkil və təmin etmək;
3.0.25. dövlət və yerli özünüidarə orqanları, təşkilatlar və vəzifəli şəxslərlə birlikdə çağırışçıların müddətli həqiqi hərbi xidmətə, zabit rütbəsi verilməklə ehtiyata keçirilmişlərin isə zabitlərin həqiqi hərbi xidmətinə çağırılmasını təşkil və təmin etmək;
3.0.26. hərbi vəzifəlilər arasından bağlaşma üzrə hərbi xidmətə qəbul üçün seçim aparmaq, toplanışlara çağırılacaq hərbi vəzifəliləri müəyyənləşdirmək;
3.0.27. yerli icra hakimiyyəti orqanları ilə birlikdə vətəndaşların ilkin hərbi qeydiyyata alınması, həqiqi hərbi xidmətə çağırılması, bağlaşma əsasında daxil olması və toplanışlara çağırılması zamanı tibbi müayinəsini və şəhadətləndirilməsini təmin etmək;
3.0.28. ilkin hərbi qeydiyyata alınmalı və hərbi xidmətə çağırılmalı olan vətəndaşların, eləcə də bağlaşma əsasında hərbi xidmətə daxil olmaq arzusunu bildirmiş şəxslərin hərbi peşə yönümünün və peşə-psixoloji seçiminin müəyyənləşdirilməsi üzrə tədbirləri təşkil etmək və keçirmək;
3.0.29. aidiyyəti dövlət orqanları ilə birlikdə ümumi təhsil, peşə və orta ixtisas təhsili müəssisələrində çağırışaqədərki hərbi hazırlığın təşkili və keçirilməsi, fənn otaqlarının yaradılması və maddi-texniki təchizatı, tədris proqramlarının və dərsliklərin hazırlanması, fənn müəllimlərinin seçilməsi, hazırlığı, ixtisaslarının artırılması və attestasiyası üzrə tədbirləri planlaşdırmaq və həyata keçirmək;
3.0.30. aidiyyəti dövlət orqanları ilə birlikdə qanunvericiliklə müəyyən olunmuş qaydada ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığını təşkil etmək və keçirmək;
3.0.31. qanunvericiliklə müəyyən olunmuş qaydada vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığını təşkil etmək və keçirmək;
3.0.32. aidiyyəti dövlət orqanları ilə birlikdə yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi və fiziki hazırlığı üzrə tədbirlər planlaşdırmaq və keçirmək;
3.0.33. vətəndaşların Azərbaycan Respublikasında müəyyən edilmiş yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyat qaydalarına riayət etmələrinə nəzarəti həyata keçirmək;
3.0.34. vətəndaşların hərbi xidmətə çağırışdan möhlət almasını və azad edilməsini sənədləşdirmək;
3.0.35. hərbi xidmətə çağırışdan yayınan vətəndaşların uçotunu və onlar haqqında məlumatların hüquq mühafizə orqanlarına təqdim olunmasını təşkil etmək;
3.0.36. hərbi vəzifəlilər tərəfindən hərbi qeydiyyat və çağırış sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarını araşdırmaq, onlar barəsində məlumatları hüquq mühafizə orqanlarına ötürmək, aidiyyəti dövlət orqanları ilə birlikdə belə halların müəyyən edilməsi və qarşısının alınması üçün tədbirlər görmək;
3.0.37. müvafiq sahədə mərkəzləşdirilmiş uçot sistemlərini təşkil etmək, o cümlədən hərbi qeydiyyat və hərbi uçot sahəsində vahid elektron informasiya sistemini yaratmaq;
3.0.38. vahid elektron informasiya sistemi vasitəsilə çağırışaqədər yaş həddində olan vətəndaşların, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatını və uçotunu aparmaq, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və çağırışdan azad etmək, onların müraciətlərini qəbul etmək və cavablandırmaq, hərbi xidmətlə, eləcə də hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə çağırışla bağlı sənədləri (qərar, arayış və sair) elektron formada təqdim etmək, həmçinin hərbi-nəqliyyat vasitələrinin uçotunu aparmaq;
3.0.39. Azərbaycan Respublikasının müdafiəsi ilə bağlı döyüş əməliyyatlarında, eləcə də digər dövlətlərin ərazilərində döyüş, sülhməramlı, antiterror və fövqəladə halların qarşısının alınması üzrə əməliyyatlarda iştirak etmiş ehtiyatda (istefada) olan hərbi qulluqçuların və digər vətəndaşların uçotunu aparmaq, onlara dövlət mükafatlarının təqdim olunmasını təşkil etmək;
3.0.40. müvafiq sahədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək;
3.0.41. qanunvericiliklə nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq;
3.0.42. dövlət və yerli özünüidarə orqanları, təşkilatlar və media subyektləri ilə qarşılıqlı əlaqədə hərbi qulluqçuların, ehtiyata və istefaya buraxılmış vətəndaşların və onların ailə üzvlərinin sosial-hüquqi müdafiəsinin təmin olunması sahəsində tədbirlər görmək;
3.0.43. hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış vətəndaşların və onların ailə üzvlərinin qanunvericiliklə müəyyən olunmuş imtiyaz, kompensasiya və digər təminatlarının reallaşdırılmasına kömək etmək;
3.0.44. hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış vətəndaşlara və digər şəxslərə onların və ya onların ailə üzvlərinin Azərbaycan Respublikasında və digər dövlətlərin ərazilərində döyüş əməliyyatlarında iştirakını təsdiq edən, eləcə də yaralanmalarının, travma və kontuziya almalarının, xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyən olunması zamanı arxiv materiallarının axtarılmasında kömək etmək;
3.0.45. hərbi qulluqçuların, ehtiyata və istefaya buraxılmış vətəndaşların mənzil təminatı üzrə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının fəaliyyətinə köməklik göstərmək;
3.0.46. hərbi xidmət dövründə həlak olmuş və ya vəfat etmiş, habelə itkin düşmüş hərbi qulluqçuların ailələrini və qohumlarını xəbərdar etmək;
3.0.47. hərbi qarnizonlar olmayan ərazilərdə hərbi xidmət zamanı həlak olmuş və ya vəfat etmiş hərbi qulluqçuların, həmçinin pensiyada olan hərbi qulluqçuların qanunvericiliklə müəyyən olunmuş qaydada dəfnini və dəfn mərasimlərini təşkil etmək;
3.0.48. əhalinin hərbi-vətənpərvərlik tərbiyəsində və vətəndaşların hərbi xidmətə könüllü qəbul olunması üzrə təbliğat və maarifləndirmə işində iştirak etmək;
3.0.49. hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış vətəndaşlara və onların ailə üzvlərinə məşğulluq orqanları vasitəsilə yeni peşə hazırlığında və işlə təmin olunmaqda yardım etmək;
3.0.50. Xidmətin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;
3.0.51. beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.0.52. Xidmətə ayrılan büdcə vəsaitləri və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.0.53. Xidmətin sistemində maddi və maliyyə vəsaitlərinin uçotunu təşkil etmək, onların istifadəsinə nəzarət etmək, struktur bölmələrinin və tabeliyində olan qurumların fəaliyyətini yoxlamaq və təftişini həyata keçirmək, onların fəaliyyətinin səmərəliliyinin artırılması ilə əlaqədar müvafiq tədbirlər görmək;
3.0.54. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
3.0.55. arxiv sənədlərinin müəyyən olunmuş qaydada mühafizəsini təmin etmək;
3.0.56. Xidmətin sistemində yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi işini təşkil etmək, informasiya təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görmək;
3.0.57. aidiyyəti üzrə elektron xidmətlər göstərilməsinin təşkili sahəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görmək;
3.0.58. səfərbərlik hazırlığının, çağırışqabağı hazırlığın və hərbi xidmətə çağırışın idarə edilməsi sahəsində kadr hazırlığını təmin etmək məqsədilə Xidmətin struktur bölmələrinin və tabeliyində olan qurumların fəaliyyətini, hərbi qulluqçularının və işçilərinin peşə hazırlığını mütəmadi yoxlamaq, peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək, onları müvafiq kurs və treninqlərə cəlb və ezam etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;
3.0.59. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet informasiya ehtiyatının yaradılmasını, qanunvericiliyə uyğun olaraq açıqlanmalı olan informasiyanın həmin ehtiyatda yerləşdirilməsini və bu informasiyanın daimi yenilənməsini təmin etmək;
3.0.60. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;
3.0.61. Xidmətin hərbi qulluqçularının hərbi xidmətkeçməsinə, işçilərinin əmək funksiyalarını icra etmələrinə nəzarət etmək;
3.0.62. Xidmətin hərbi qulluqçularının, işçilərinin, pensiyaçılarının, həmçinin onların ailə üzvlərinin sağlamlığının mühafizəsi istiqamətində kompleks profilaktika, müalicə, sanatoriya-kurort və digər tədbirləri həyata keçirmək, onların sosial müdafiəsini təmin etmək, Xidmətin hərbi qulluqçularının və işçilərinin mənzillə təmin edilməsi, onların məişət təminatının yaxşılaşdırılması üçün tədbirlər görmək;
3.0.63. Xidmətin sisteminə aid olan obyektlərin və qurğuların əsaslı tikintisinin, layihə-tədqiqat işlərinin aparılmasını təşkil etmək;
3.0.64. hərbi-tətbiqi idman növlərinin inkişafı proqramlarını, bədən tərbiyəsi və idman tədbirlərinin təqvim planlarını, hərbi idman normativlərini təsdiq etmək;
3.0.65. Xidmətin fəaliyyəti ilə əlaqədar insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
3.0.66. Xidmətə daxil olan müraciətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.0.67. qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada hüquqmüəyyənedici sənədlərin formasını müəyyən etmək və onları vermək;
3.0.68. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
4.0. Öz vəzifələrini həyata keçirmək üçün Xidmətin aşağıdakı hüquqları vardır:
4.0.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;
4.0.2. vətəndaşların səfərbərlik üzrə təqdim etməli olduqları nəqliyyat vasitələrinin siyahısını müəyyən etmək, qanunvericiliyə uyğun olaraq müvafiq təşkilatlarla birlikdə hərbi-nəqliyyat vasitələrini seçmək, habelə seçilmiş hərbi-nəqliyyat vasitələrinin səfərbərlik hazırlığını yoxlamaq;
4.0.3. dövlət və yerli özünüidarə orqanlarında, təşkilatlarda işləyən hərbi vəzifəlilərin tutduğu vəzifə və peşələr üzrə təxsis (bron) etmə siyahılarının layihələrinə, habelə işləyən və təxsis (bron) edilmiş hərbi vəzifəlilərin sayı haqqında məlumatlara dair rəy vermək, işləyən hərbi vəzifəlilərin və təxsis (bron) edilmişlərin sayı haqqında hesabatları almaq;
4.0.4. yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarından onların inzibati ərazi vahidində olan təşkilatlar barədə məlumatlar tələb etmək;
4.0.5. fəaliyyət istiqamətlərinə uyğun olaraq rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik və metodiki materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
4.0.6. müvafiq sahədə dövlət siyasətinin və idarəetmənin həyata keçirilməsi ilə bağlı Xidmət aparatının, strukturuna daxil olan və tabeliyində olan qurumların fəaliyyətinə dair icrası məcburi olan qeyri-normativ hüquqi aktlar qəbul etmək;
4.0.7. Xidmətin hərbi qulluqçularına qanunvericiliklə müəyyən edilmiş qaydada odlu silah və xüsusi vasitələr vermək;
4.0.8. müvafiq sahəyə dair sənədləri və faktları araşdırmaq, dövlət və yerli özünüidarə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.0.9. qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmələrdə iddia ilə çıxış etmək;
4.0.10. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təkliflər vermək;
4.0.11. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
4.0.12. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
4.0.13. Xidmətin struktur bölmələrinin və tabeliyində olan qurumların fəaliyyətini yoxlamaq və təftişini həyata keçirmək;
4.0.14. qanunvericiliklə müəyyən edilmiş qaydada mətbu nəşrlər təsis etməklə xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
4.0.15. qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncamında olan dövlət əmlakı barəsində hüquqları həyata keçirmək;
4.0.16. Xidmətin ehtiyacları üçün əsaslı tikinti aparılması, bina və tikililərin yenidən qurulması və təmiri ilə bağlı işlər görmək;
4.0.17. Xidmətin hərbi qulluqçularının və işçilərinin əmək şəraitinin, maddi təminatının və sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə təkliflər vermək;
4.0.18. Xidmətin fəaliyyətinin təmin edilməsi üçün hüquqi və fiziki şəxslərlə müqavilələr bağlamaq;
4.0.19. Azərbaycan Respublikasının və xarici dövlətlərin təhsil müəssisələrində Xidmət üçün kadrların hazırlanması üzrə tədbirlər görmək;
4.0.20. Xidmətə həqiqi hərbi xidmətə qəbul edilən şəxslərin öyrənilməsi işini təşkil etmək;
4.0.21. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5.1. Xidmətin aparatı, Xidmətin strukturuna daxil olan qurumlar və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.)Xidmətin vahid sistemini təşkil edir. Xidmət öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
5.2. Xidmətin strukturunu, hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Xidmətin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və s.) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5.3. Xidmətin hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçir, Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər. Xidmətdə dövlət qulluqçuların qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun, dövlət qulluqçusu olmayan mülki işçilərlə əmək münasibətləri isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.
5.4. Xidmətə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad edilən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi (bundan sonra - Xidmətin rəisi) rəhbərlik edir. Xidmətin rəisi Xidmətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.5. Xidmət rəisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinləri vardır. Xidmət rəisinin müavinləri Xidmətin rəisinin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
5.6.1. Xidmətin işini təşkil edir və ona rəhbərlik edir;
5.6.2. müavinləri arasında vəzifə bölgüsü aparır, onların və Xidmətin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyən edir və qarşılıqlı fəaliyyətini təmin edir;
5.6.3. Xidmətin struktur bölmələrinin və tabeliyində olan qurumların fəaliyyətinə nəzarəti təşkil edir və işinin əlaqələndirilməsini təmin edir;
5.6.4. Xidmətin struktur bölmələrinin və tabeliyində olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;
5.6.5. qərarlar formasında normativ hüquqi aktlar, əmr və sərəncamlar formasında isə qeyri-normativ hüquqi aktlar qəbul edir, onların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
5.6.6. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumları ilə münasibətlərdə Xidməti təmsil edir, verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri imzalayır;
5.6.7. Xidmətin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
5.6.8. müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı təklifləri, hüquqi aktların layihələrini baxılmaq üçün müəyyən edilmiş qaydada təqdim edir;
5.6.9. Xidmətin hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi və strukturu barədə, o cümlədən aparatın baş idarələrinin, idarələrinin, habelə strukturuna daxil olan qurumların yaradılması və ləğv edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;
5.6.10. müəyyən edilmiş struktur, əməkhaqqı fondu, hərbi qulluqçularının və işçilərinin say həddi daxilində müəyyən olunmuş qaydada Xidmətin tabeliyində olan qurumların yaradılması, yenidən qurulması və ləğv edilməsi barədə qərarlar verir;
5.6.11. müəyyən edilmiş struktur, əməkhaqqı fondu, hərbi qulluqçularının və işçilərinin say həddi daxilində Xidmətin aparatının baş idarələrinin, idarələrinin, habelə strukturuna daxil olan və tabeliyində olan qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
5.6.12. vətəndaşları Xidmətə həqiqi hərbi xidmətə və işə qəbul edir, onları işdən azad edir, ali zabit heyəti istisna olmaqla, hərbi qulluqçuları vəzifəyə təyin və vəzifədən azad edir, onları həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxır;
5.6.13. Xidmətin işçilərini qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada mükafatlandırır və onlar barəsində intizam tənbehi tədbirləri görür, Xidmətin hərbi qulluqçularına münasibətdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir;
5.6.14. qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi qulluqçu heyəti vəzifələrinin (ali zabit heyəti istisna olmaqla) siyahısını, bu vəzifələrə uyğun hərbi rütbə hədlərini təsdiq edir;
5.6.15. Xidmətin ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi, ali zabit hərbi rütbələrinin verilməsi və ali zabit hərbi rütbəsi olan hərbi qulluqçuların hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması barədə Azərbaycan Respublikasının Prezidenti qarşısında vəsatət qaldırır;
5.6.16. Xidmətin hərbi qulluqçularına polkovnik və 1-ci dərəcəli kapitan rütbəsi də daxil olmaqla hərbi rütbələri, habelə ilk zabit rütbəsini, vaxtından əvvəl və növbədənkənar hərbi rütbələri verir;
5.6.17. Xidmətin hərbi qulluqçularının hərbi geyim formasının, fərqləndirmə nişanlarının və onların təsvirinin təsdiq edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;
5.6.18. Xidmətin hərbi qulluqçularının və işçilərinin, habelə Xidmətin vəzifələrinin həyata keçirilməsinə kömək göstərmiş şəxslərin təltif olunmaları üçün təltif və hədiyyə fondları yaradır, müəyyən edilmiş qaydada döş nişanlarını təsis edir, onların təsvirini və əsasnaməsini təsdiq edir, həmin şəxsləri medal, döş nişanları, fəxri fərmanlarla təltif edir, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər həvəsləndirmə tədbirlərini tətbiq edir, Xidmətin hərbi qulluqçularını, işçilərini və digər şəxsləri Azərbaycan Respublikasının dövlət təltiflərinə təqdim edir;
5.6.19. dövlət qulluqçusu olmayan mülki işçilərlə əmək müqavilələrinin bağlanılması və onlara xitam verilməsi məsələlərinə dair vəzifəli şəxslərin səlahiyyətlərini müəyyən edir;
5.6.20. Xidmətə dövlət büdcəsindən ayrılan vəsaitlərin, büdcədənkənar xüsusi vəsaitlərin sərəncamçısı olmaqla maliyyə vəsaitini struktur bölmələr və tabeliyində olan qurumlar arasında bölüşdürür, xərclənməsinin həcmini və qaydalarını müəyyən edir, Xidmətin xüsusiyyətləri və ayrılmış məbləğin həddi nəzərə alınmaqla, hərbi qulluqçularının və işçilərinin vəzifə maaşlarına əlavə təyin edir, maddi yardım və mükafatlar verir;
5.6.21. Xidmətin hərbi qulluqçularının səfərbərlik və döyüş hazırlığını, attestasiya komissiyalarının yaradılması və attestasiyaların keçirilməsini, məxfilik və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin edir, habelə hərbi qulluqçuların və işçilərin sosial-hüquqi müdafiəsinin təmin edilməsi sahəsində qanunvericiliyə müvafiq olaraq tədbirlər görür;
5.6.22. Xidmətin hərbi qulluqçularının və işçilərinin peşəkarlığının artırılması məqsədi ilə tədris işini təşkil edir;
5.6.23. Xidmətə həqiqi hərbi xidmətə qəbul edilən şəxslərin öyrənilməsi işinin təşkili qaydalarını müəyyən edir;
5.6.24. Xidmətin hərbi qulluqçularının Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi barədə müəyyən edilmiş qaydada qərarlar qəbul edir;
5.6.25. qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi qulluqçuları Silahlı Qüvvələrə və digər silahlı birləşmələrə, həmçinin digər dövlət orqanlarına onların rəhbərliyi ilə razılaşdırmaqla ezam edir;
5.6.26. qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.
5.7. Xidmətdə Xidmətin rəisindən (kollegiyanın sədri), onun müavinlərindən və Xidmətin digər rəhbər vəzifəli şəxslərindən ibarət kollegiya yaradılır. Kollegiya üzvlərinin sayını və tərkibini Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.
5.8. Kollegiyanın iclaslarında Xidmətin fəaliyyətinin əsas istiqamətləri, icra intizamının vəziyyəti, kadr məsələləri, normativ hüquqi aktların layihələri müzakirə edilir, digər mühüm məsələlərə baxılır və müvafiq qərarlar qəbul edilir.
5.9. Kollegiyanın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Kollegiyanın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Kollegiyanın qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiya sədrinin səsi həlledici hesab edilir.
5.10. Kollegiyada müzakirə edilən məsələlər üzrə icrası məcburi olan qərarlar qəbul edilir. Kollegiyanın qərarları protokolla rəsmiləşdirilir və Xidmətin rəisi tərəfindən təsdiq edilir. Kollegiya qərarlarının icrası üzrə əmrlər verilə bilər.
5.11. Kollegiyanın iclaslarını Xidmətin rəisi mütəmadi olaraq çağırır.
5.12. Kollegiyanın iş qaydasını Xidmətin rəisi müəyyənləşdirir.
5.13. Kollegiyanın üzvləri və Xidmətin rəisi arasında fikir ayrılığı yarandığı hallarda, Xidmətin rəisi bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verərək, öz qərarını həyata keçirir. Kollegiyanın üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Prezidentinə çatdıra bilərlər.
5.14. Kollegiyanın iclaslarında iştirak etmək üçün müzakirə olunan məsələlərlə bilavasitə əlaqəli olan icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri, mütəxəssislər dəvət edilə bilərlər.
5.15. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Xidmətdə ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura yaradıla bilər. Elmi-texniki şura haqqında əsasnaməni Xidmətin rəisi təsdiq edir.
1. 23 fevral 2015-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 138)
2. 14 iyul 2015-ci il tarixli 563 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 iyul 2015-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 831)
3. 20 noyabr 2015-ci il tarixli 690 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 noyabr 2015-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1320)
4. 21 iyun 2016-cı il tarixli 938 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1034)
5. 4 oktyabr 2016-cı il tarixli 1053 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 5 oktyabr 2016-cı il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1612)
6. 6 dekabr 2017-ci il tarixli 1714 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 dekabr 2017-ci il, № 270, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2282)
7. 14 dekabr 2017-ci il tarixli 1726 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 dekabr 2017-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2294)
8. 16 noyabr 2018-ci il tarixli 345 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 noyabr 2018-ci il, № 260, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2258)
9. 16 may 2019-cu il tarixli 695 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2019-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 847)
10. 10 iyul 2020-ci il tarixli 1098 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 878)
11. 17 noyabr 2020-ci il tarixli 1180 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 noyabr 2020-ci il, № 240, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1349)
12. 29 yanvar 2021-ci il tarixli 1266 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 yanvar 2021-ci il, № 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 36)
13. 5 aprel 2022-ci il tarixli 1653 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 aprel 2022-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 314)
14. 13 aprel 2022-ci il tarixli 1663 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 aprel 2022-ci il, № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 324)
15. 18 avqust 2022-ci il tarixli 1811 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı,, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 871)
16. 24 yanvar 2023-cü il tarixli 1996 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 yanvar 2023-cü il, “Xalq” qəzeti, 25 yanvar 2023-cü il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 84)
17. 3 mart 2023-cü il tarixli 2049 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 mart 2023-cü il, “Xalq” qəzeti, 5 mart 2023-cü il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 344)
18. 8 aprel 2023-cü il tarixli 2086 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Xalq” qəzeti, 9 aprel 2023-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 471)
19. 24 iyul 2023-cü il tarixli 2239 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı,24 iyul 2023-cü il, “Azərbaycan” qəzeti 25 iyul 2023-cü il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 964)
20. 28 iyul 2023-cü il tarixli 2257 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 iyul 2023-cü il, “Azərbaycan” qəzeti, 29 iyul 2023-cü il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 982)
21. 30 dekabr 2023-cü il tarixli 2441 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı.(Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 31 dekabr 2023-cü il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, I kitab, maddə 1702)
22. 4 aprel 2024-cü il tarixli 28 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 5 aprel 2024-cü il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 375)
23. 30 aprel 2024-cü il tarixli 50 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 aprel 2024-cü il, “Xalq” qəzeti, 1 may 2024-cü il, № 88, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 397)
24. 30 may 2024-cü il tarixli 77 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 may 2024-cü il, “Azərbaycan” qəzeti, 31 may 2024-cü il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 529)
25. 24 dekabr 2024-cü il tarixli 260 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 25 dekabr 2024-cü il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1366)
26. 29 dekabr 2024-cü il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 30 dekabr 2024-cü il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1383)
27. 27 yanvar 2025-ci il tarixli 295 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 yanvar 2025-ci il, “Azərbaycan” qəzeti, 28 yanvar 2025-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 1, maddə 35)
28. 1 aprel 2025-ci il tarixli 358 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 aprel 2025-ci il, “Azərbaycan” qəzeti, 2 aprel 2025-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 4, I kitab, maddə 325)
29. 17 aprel 2025-ci il tarixli 371 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 aprel 2025-ci il, “Azərbaycan” qəzeti, 18 aprel 2025-ci il, № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 4, I kitab, maddə 338)
30. 13 iyun 2025-ci il tarixli 411 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 iyun 2025-ci il, “Azərbaycan” qəzeti, 14 iyun 2025-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 6, maddə 549)
31. 25 avqust 2025-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 avqust 2025-ci il, “Xalq” qəzeti, 26 avqust 2025-ci il, № 179, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 8, maddə 773)
32. 29 dekabr 2025-ci il tarixli 562 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 dekabr 2025-ci il, “Azərbaycan” qəzeti, 30 dekabr 2025-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, I kitab, maddə 1153)
33. 23 fevral 2026-cı il tarixli 604 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 123)
34. 24 iyun 2026-cı il tarixli 692 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 iyun 2026-cı il, “Xalq” qəzeti, 25 iyun 2026-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 6, maddə 513)
35. 24 iyun 2026-cı il tarixli 693 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 26 iyun 2026-cı il, № 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 6, maddə 514)
36. 25 iyun 2026-cı il tarixli 697 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 iyun 2026-cı il, “Xalq” qəzeti, 26 iyun 2026-cı il, № 111)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI