Qanunvericilik › Hərbi vəziyyət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Hərbi vəziyyət dövrünün başa çatmasının hüquqi nəticələri

Hərbi vəziyyət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Hərbi vəziyyət rejiminin təmin olunması məqsədi ilə vətəndaşların hüquq və azadlıqlarının, həmçinin mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin qismən və müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar qəbul olunmuş hüquqi aktlar hərbi vəziyyət dövrünün başa çatması ilə eyni vaxtda bu barədə xüsusi məlumat verilmədən qüvvəsini itirmiş hesab olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver