Qanunvericilik › Hərbi vəziyyət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 22

Maddə 22. Hərbi vəziyyət dövründə ədalət mühakiməsinin həyata keçirilməsi

Hərbi vəziyyət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

22.1. Hərbi vəziyyət dövründə və hərbi vəziyyət tətbiq edilən ərazidə ədalət mühakiməsini yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun yaradılan və fəaliyyət göstərən məhkəmələr həyata keçirirlər.

22.2. Hər hansı fövqəladə məhkəmə formalarının və növlərinin təsis edilməsi, mühakimə icraatının sürətləndirilmiş və ya fövqəladə növlərindən və formalarından istifadə olunması qadağandır.

22.3. Hərbi vəziyyət tətbiq olunmuş ərazidə fəaliyyət göstərən məhkəmə Məhkəmə-Hüquq Şurasının qərarı ilə müvəqqəti olaraq başqa əraziyə köçürülə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver