“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının 2.2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 27 avqust 2007-ci il
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, A Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.
2-1. Hərbi və xüsusi rütbəli şəxslərin təqvimi xidmət müddətinə aşağıdakı dövrlər aid edilir:
2-1.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə başladıqları gündən həqiqi hərbi xidmətin son gününədək olan dövr;
2-1.2. Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində hərbi xidmətə (xüsusi növ dövlət qulluğu vəzifəsinə) təyin olunma günündən hərbi xidmətin (xüsusi növ dövlət qulluğu vəzifəsində xidmətin) son gününədək olan dövr;
2-1.3. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində həqiqi hərbi xidmətə başladıqları gündən həqiqi hərbi xidmətin son gününədək olan dövr;
2-1.4. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun hərbi qulluqçularının müvafiq vəzifəyə təyin olunduqları gündən həqiqi hərbi xidmətdə olmanın son gününədək olan dövr;
2-1.5. daxili işlər, fövqəladə hallar, ədliyyə, gömrük orqanlarının və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis və sıravi heyətinə mənsub şəxslər və miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq keçən şəxslər həmin vəzifələrə təyin edildikləri gündən qulluq (xidmət) keçmələrinə xitam verilən günədək olan dövr;
2-1.6. həqiqi hərbi xidmətdə, daxili işlər, fövqəladə hallar və ədliyyə orqanlarının kadrları tərkibində qalmaqla hərbi və xüsusi rütbə nəzərdə tutulmayan digər dövlət orqanlarında, müəssisə və təşkilatlarda işə başladıqları gündən son günədək olan dövr;
2-1.7. hərbi və xüsusi rütbəli şəxslərin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq xidmətdən (qulluqdan) buraxılması (kənarlaşdırılması) ilə əlaqədar işləmədiyi (xidmət etmədiyi) müddət;
2-1.8. döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövründə, habelə Əfqanıstanda əsgəri borcunu yerinə yetirərkən əsirlikdə, mühasirədə olma müddəti və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq, hərbi qulluqçu əsirlikdə olarkən, habelə bitərəf ölkələrdə tərksilah edilib nəzarət altında saxlandıqları dövrdə hərbi andı pozmamış və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan cinayətləri törətməmişdirsə, həmin dövrlər;
2-1.9. hərbi və xüsusi rütbəli şəxslərə pensiya təyin olunduqdan sonra bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulan orqanlara yenidən hərbi xidmətə qəbul edilmiş və xidmətdən buraxılmış əmək pensiyaçılarının həmin orqanlarda Qanunun 9.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla xidmət müddəti;
2-1.10. ədliyyə orqanlarının penitensiar və tibb xidmətlərinin əməkdaşlarına pensiya təyin edildikdə, penitensiar müəssisələrdə və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində mülki işçi qismində işlədikləri müddət;
2-1.11. ədliyyə və miqrasiya orqanlarına qulluğa qəbul edilmiş şəxslərin hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminat ilə bağlı vəzifələrdə işlədikləri müddət;
2-1.12. yüksəkixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”na uyğun olaraq hesablanmaqla müəyyən edilən dövr;
2-1.13. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilənədək onun əməkdaşlarının malik olduqları xidmət dövrü;
2-1.14. zabit heyətinə və xüsusi rütbəli şəxslərə (daxili işlər, fövqəladə hallar və ədliyyə orqanlarında kiçik rəis heyəti və gömrük orqanlarında kiçik heyət istisna olmaqla) Qanunun 9.5.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilərkən beş ilədək müddət daxilində təhsilin bir ili altı ay sayılmaqla (ən çoxu iki il altı ay hesablanmaqla) hərbi və xüsusi rütbə nəzərdə tutulan vəzifələrə qəbul edilməzdən əvvəl mülki ali (qiyabi və axşam təhsilalma formalarında təhsil dövrü daxil olmaqla), habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində təhsil dövrü.
Qeyd. Həmin şəxslər bilavasitə mülki ali təhsil və xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrində təhsilini başa vurmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, qeyd olunan təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə xidmət müddətinə daxil edilir.
2-1.15. Ali kateqoriya dövlət orqanlarından işdən çıxan və sonradan daxili işlər orqanlarında xidmətlərini davam etdirən əməkdaşlar üçün həmin orqanlarda işlədiyi dövr.
2-2. Hərbi və xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün aşağıdakı dövrlər xidmət müddətinə güzəştli şərtlərlə aid edilir:
2-2.1. xidmətin bir ayı iki ay sayılmaqla:
2-2.1.1. döyüş şəraitində döyüş əməliyyatlarında alınan xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəlik nəticəsində müalicə müəssisələrində fasiləsiz olma müddəti;
2-2.1.2. respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 2500 metr və daha çox hündürlükdə xidmət müddəti;
2-2.1.3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin müəyyən etdiyi şərtlərlə reaktiv, turbovintli və turbovallı aviasiyada uçuş işində xidmət müddəti;
2-2.1.4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, habelə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin müəyyənləşdirdiyi şərtlərlə su altında və barokameralarda yüksək təzyiq şəraitində qalmaqla iş aparan dalğıc vəzifələrində xidmət müddəti.
2-2.2. xidmətin bir ayı ayyarım sayılmaqla:
2-2.2.1. müvafiq dövlət orqanlarının və qurumlarının rəhbərlərinin təqdimatı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi vəzifə siyahısı üzrə hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarının, daxili işlər və ədliyyə orqanlarının xüsusi və ya hərbi rütbəli şəxslərinin xidmət dövrü;
2-2.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmət dövrü;
2-2.2.3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə həmin orqanların (qurumların) xüsusi təyinatlı dəstələrində və digər hərbi birləşmələrində (struktur bölmələrində) xidmət müddəti;
2-2.2.4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin müəyyən etdiyi şərtlərlə:
2-2.2.4.1. paraşütlə tullanma ilə bağlı bütün növ vəzifələrdə xidmət müddəti;
2-2.2.4.2. sualtı qayıqlarda (qurğularda, aparatlarda) onların sırada olduğu dövrdə, minatutan gəmilərdə döyüş minalarını tutma dövründə xidmət müddəti;
2-2.2.4.3. porşen mühərrikli təyyarələrdə və helikopterlərdə uçuş işində xidmət müddəti;
2-2.2.5. sırada olan, bilavasitə Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsini, müdafiəsini və toxunulmazlığını həyata keçirən sərhəd gəmilərində və katerlərində xidmət müddəti;
2-2.2.6. sərhəd mühafizə orqanlarının Azərbaycan Respublikasının dövlət sərhədinin bilavasitə mühafizəsini və müdafiəsini həyata keçirən əsas bölmələrində (sərhəd zastavası, sərhəd komendantlığı, sərhəd nəzarəti bölməsi (məntəqəsi), sərhəd gəmisi (kateri), radiotexniki post, sahil nəzarəti bölməsi (məntəqəsi), sərhəd hava gəmisi) və dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd döyüş məntəqələrində, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında) xidmət müddəti;
2-2.2.7. bütün ad və ixtisaslardan olan dalğıc vəzifələrində xidmət müddəti (bu Qaydanın 2-2.1.4-cü yarımbəndində göstərilən dalğıclar istisna olmaqla);
2-2.2.8. respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000 metrdən 2500 metrədək hündürlükdə xidmət müddəti;
2-2.2.9. cəmiyyətə zidd kütləvi təzahürlərlə bağlı tətbiq edilən fövqəladə vəziyyət zamanı ictimai asayişi və dövlət təhlükəsizliyini qoruma vəzifələrinin yerinə yetirildiyi müddət.
2-2.3. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət günü iki xidmət günü (1992-ci il yanvarın 1-dən 2004-cü il sentyabrın 13-dək olan dövrlər, habelə həmin dövrlərdə alınan yaralar, kontuziyalar və ya xəstəliklər nəticəsində müalicə müəssisələrində olma müddəti bir xidmət günü üç xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət gününün iki xidmət günü kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir.
2-2.4. Bilavasitə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində xidmət edən (işləyən) əməkdaşların xidmət müddəti 3 iş günü 4 iş günü kimi, yoluxucu xəstəliyi olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş müalicə müəssisələrində və cəzaçəkmə müəssisələrində (cəzaçəkmə müəssisələrinin şöbələrində) xidmət edən (işləyən) əməkdaşların xidmət müddəti isə 2 iş günü 3 iş günü kimi hesablanır.
2-2.5. Terrorçuluğa qarşı mübarizəni bilavasitə həyata keçirən bölmələrdə xidmət müddəti 1 xidmət günü 2 xidmət günü kimi, terror əleyhinə aparılan əməliyyatlarda iştirak müddəti isə 1 xidmət günü 3 xidmət günü kimi hesablanır.
2-2.6. Bu Qaydalarda nəzərdə tutulmayan hallarda xidmət dövrləri ayrı-ayrı hüquqi aktlar əsasında güzəştli şərtlərlə müəyyənləşdirilir.
Qeyd. Güzəştli şərtlər müəyyən edilmiş vəzifələrdə (ərazilərdə) xidmət müddətinin güzəştli qaydada sayılması müvafiq əmrlərə əsasən həyata keçirilir. Güzəşt müəyyən edilmiş vəzifələrin müvəqqəti icrasına buraxılmış hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə bu vəzifələrin icrası ilə bağlı güzəştlər icra etdikləri vəzifədə xidmət şərtlərinə uyğun hesablanır.
2-3. Hərbi və xüsusi rütbəli şəxslərin 1992-ci il yanvarın 1-dək olan xidmət müddətinin (qulluq illərinin) hesablanması “Hərbi qulluqçuların pensiya təminatı haqqında” SSRİ Qanununa, “Uzun müddət xidmətin hesablanması və zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya, müavinət təyin edilməsi və verilməsi qaydası haqqında” SSRİ Nazirlər Sovetinin 1990-cı il 24 iyul tarixli 725 nömrəli və “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmət və bu hərbi qulluqçulara, rəis və sıravi heyətə mənsub şəxslərə və onların ailələrinə müavinətlər haqqında” SSRİ Nazirlər Sovetinin 1990-cı il 15 dekabr tarixli 1290 nömrəli qərarlarına, 2026-cı il 1 yanvar tarixinədək xidmət müddətinin (qulluq illərinin) hesablanması isə “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarına uyğun olaraq həyata keçirilir.
3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.
4. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür.
5. Məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir.
7. Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq məlumat vərəqini (2 nömrəli əlavə) və 4-cü hissəsinə uyğun olaraq dəyişikliklər barədə məlumatları məxfi doldurmaqla kağız daşıyıcıda Fonda təqdim edirlər.
8. Bu Qaydaların 1-ci hissəsində göstərilən orqanların strukturuna daxil olan ştat vahidləri üzrə vəzifə adlarında dəyişiklik edildiyi halda, dəyişikliyin aid olduğu vəzifəni xüsusi qeyd etməklə dəyişikliyin edildiyi tarixdən 7 iş günü müddətində Fonda məlumat verir. Bu Qaydaların 7-ci hissəsində nəzərdə tutulmuş orqanlar istisna olmaqla, digər orqanlar bu cür məlumatlandırmanı bu Qaydalara 3 nömrəli əlavə ilə müəyyən edilmiş formada kodlaşdırılmış siyahını yeniləyərək təqdim etməklə həyata keçirirlər.
9. Qanunun 9.6-cı maddəsində nəzərdə tutulmuş yaşa görə əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının sonuncu təminat xərcliyinə əsasən yenilənmiş məlumat vərəqi bu Qaydaların 3-cü və 4-cü hissələrinə uyğun olaraq 15 iş günü müddətində Fonda göndərilir.
Təqdim edən orqanın kodu
Məlumat vərəqinin №-si
Fərdi identifikasiya nömrəsi (FİN)
Soyadı, adı, atasının adı
Hərbi rütbəsinin kodu
Xüsusi rütbəsinin kodu
Sonuncu vəzifəsinin kodu
İş stajı (il, ay, gün)
2006-cı il 1 yanvar tarixinədək
Təqvim üzrə xidmət illəri (il, ay, gün)
Güzəştli xidmət illəri (il, ay, gün)
2017-ci il 1 iyul tarixinədək
2017-ci il 1 iyul tarixinədək
2017-ci il 1 iyul tarixindən sonra
2017-ci il 1 iyul tarixindən sonra
Cəmi iş stajı və xidmət illəri (iş stajı, təqvim üzrə xidmət illəri, güzəştli xidmət illəri / il, ay, gün)
2017-ci il 1 iyul tarixinədək
2017-ci il 1 iyul tarixindən sonra
Ehtiyata və ya istefaya buraxıldığı, yaxud vəfat etdiyi tarix
Ehtiyata və ya istefaya buraxılması üçün
əsas götürülmüş qanun və maddəsi
Vəfat etməsi xidməti vəzifəsini yerinə yetirməklə bağlı olmuşdurmu? (hə, yox)
Vəzifə maaşı (manatla)
Rütbə maaşı (manatla)
Ərzaq payı əvəzinə pul kompensasiyası (manatla)
Xidmət illərinə görə əlavə
Cəmi təminat xərcliyi (manatla)
Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmişdirmi? (hə, yox)
Fərdi identifikasiya nömrəsi (FİN)
Soyadı, adı, atasının adı
İş stajı (il, ay, gün)
2006-cı il 1 yanvar tarixinədək
Təqvim üzrə xidmət illəri (il, ay, gün)
Güzəştli xidmət illəri (il, ay, gün)
2017-ci il 1 iyul tarixinədək
2017-ci il 1 iyul tarixinədək
2017-ci il 1 iyul tarixindən sonra
2017-ci il 1 iyul tarixindən sonra
Cəmi iş stajı və xidmət illəri (iş stajı, təqvim üzrə xidmət illəri, güzəştli xidmət illəri / il, ay, gün)
2017-ci il 1 iyul tarixinədək
2017-ci il 1 iyul tarixindən sonra
Ehtiyata və ya istefaya buraxıldığı, yaxud vəfat etdiyi tarix
Ehtiyata və ya istefaya buraxılması üçün əsas götürülmüş qanun və maddəsi
Vəfat etməsi xidməti vəzifəsini yerinə yetirməklə bağlı olmuşdurmu? (hə, yox)
Vəzifə maaşı (manatla)
Rütbə maaşı (manatla)
Ərzaq payı əvəzinə pul kompensasiyası (manatla)
Xidmət illərinə görə əlavə
Cəmi təminat xərcliyi (manatla)
Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmişdirmi? (hə, yox)
Hərbi və xüsusi rütbəli şəxslərin xidmət keçdiyi orqanın strukturuna daxil olan ştat vahidləri üzrə vəzifə və rütbə adlarının kodlaşdırılmış siyahısının nümunəvi forması
________________________________________________________________________________
1. 6 dekabr 2012-ci il tarixli 287 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 dekabr 2012-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1351)
2. 1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2016-cı il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1343)
3. 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
4. 10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620)
5. 19 aprel 2017-ci il tarixli 159 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 aprel 2017-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 643)
6. 27 mart 2019-cu il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 mart 2019-cu il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 559)
7. 27 avqust 2019-cu il tarixli 371 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 avqust 2019-cu il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1476)
8. 11 mart 2020-ci il tarixli 87 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2020-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 348)
9. 5 mart 2021-ci il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2021-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 280)
10. 18 oktyabr 2021-ci il tarixli 314 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 oktyabr 2021-ci il, № 226, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1183)
11. 25 avqust 2022-ci il tarixli 328 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı 31 avqust 2022-ci il, “Xalq” qəzeti 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1015)
12. 3 noyabr 2022-ci il tarixli 402 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 3 noyabr 2022-ci il, “Xalq” qəzeti, 5 noyabr 2022-ci il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1339)
13. 25 iyun 2023-cü il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 iyun 2023-cü il, “Xalq” qəzeti, 26 iyun 2023-cü il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 6, maddə 869)
14. 30 oktyabr 2025-ci il tarixli 322 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 oktyabr 2025-ci il, “Xalq” qəzeti, 8 noyabr 2025-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 10, maddə 999)
15. 25 dekabr 2025-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 26 dekabr 2025-ci il, “Azərbaycan” qəzeti, 27 dekabr 2025-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1257)