“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında
Azərbaycan Respublİkası Prezİdentİnİn Fərmanı
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
öz səlahiyyətləri daxilində həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin ikinci və üçüncü hissələrində, 13-cü maddəsinin ikinci hissəsinin birinci cümləsində (ikinci halda), 14-cü maddəsinin birinci hissəsinin yeddinci abzasında, 42-ci maddəsinin ikinci hissəsinin dördüncü abzasında, 57-ci maddəsinin birinci hissəsinin “e” bəndində, 66-cı maddəsinin birinci hissəsində, 69-cu maddəsinin birinci hissəsində, 71-ci maddəsinin ikinci hissəsində, 77-ci maddəsinin üçüncü hissəsində, 160-cı maddəsinin ikinci abzasında, 165-ci maddəsinin axırıncı hissəsində, 167-ci maddəsinin dördüncü hissəsində, 175-ci maddəsinin onuncu və on birinci hissələrində, 179-cu maddəsinin axırıncı abzasında, 181-ci maddəsinin dördüncü hissəsində, 182-ci maddəsinin birinci hissəsində, 185-ci maddəsinin ikinci hissəsində, 187-ci maddəsində, 197-ci maddəsinin birinci hissəsində, 9 saylı Əlavəsinin “a” bəndində “nomenklaturuna” sözündən əvvəl nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın, 164-cü maddəsinin ikinci hissəsində (hər iki halda), 175-ci maddəsinin səkkizinci hissəsinin birinci (ikinci halda) və ikinci (ikinci halda) cümlələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
həmin Qanunun 95-ci maddəsinin axırıncı abzasında, 96-cı maddəsinin axırıncı hissəsində, 100-cü maddəsinin birinci hissəsinin axırıncı abzasında, 125-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ali Baş Komandanı həyata keçirir;
həmin Qanunun 121-ci maddəsinin ikinci hissəsində, 138-ci maddəsinin ikinci hissəsində, 147-ci maddəsinin birinci hissəsində, beşinci hissəsinin ikinci cümləsində, yeddinci və səkkizinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, 17-ci maddəsinin birinci cümləsində və 161-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
həmin Qanunun 10 saylı Əlavəsində attestasiya barədə Ali Attestasiya Komissiyası rəy verdiyi hallarda attestasiya vərəqəsini təsdiq edən “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ali Baş Komandanı, digər hallarda isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir;
həmin Qanunun 9-cu maddəsinin ikinci və axırıncı hissələrində, 14-cü maddəsinin birinci hissəsinin beşinci və altıncı abzaslarında, 25-ci maddəsinin birinci hissəsində, 30-cu maddəsində, 38-ci maddəsinin axırıncı hissəsində, 42-ci maddəsinin ikinci hissəsinin ikinci və üçüncü abzaslarında, dördüncü hissəsində, 59-cu, 63-cü və 64-cü maddələrində, 65-ci maddəsinin birinci və üçüncü hissələrində, 71-ci maddəsinin üçüncü hissəsində, 72-ci maddəsinin ikinci hissəsində və “a” bəndində, 75-ci maddəsinin ikinci hissəsində, 77-ci maddəsinin birinci hissəsinin üçüncü və dördüncü abzaslarında, ikinci, altıncı və yeddinci hissələrində, 79-cu maddəsinin ikinci, dördüncü və səkkizinci hissələrində, 80-ci maddəsində, 84-cü maddəsinin ikinci hissəsində, 87-ci maddəsində, 88-ci maddəsinin ikinci hissəsində, 95-ci maddəsinin on birinci, on ikinci və on üçüncü abzaslarında, 96-cı maddəsinin dördüncü, altıncı və yeddinci hissələrində, 97-ci maddəsinin dördüncü hissəsində, 100-cü maddəsinin birinci hissəsinin altıncı abzasında, ikinci və üçüncü hissələrində, 125-ci maddəsinin üçüncü, beşinci və altıncı abzaslarında, 134-cü maddəsində, 136-cı maddəsinin üçüncü hissəsində, 146-cı maddəsinin ikinci və axırıncı hissələrində, 148-ci maddəsinin birinci və axırıncı hissələrində, 154-cü maddəsinin dördüncü və beşinci hissələrində, 158-ci maddəsinin üçüncü hissəsində, 160-cı maddəsinin axırıncı abzasında, 161-ci maddəsinin axırıncı hissəsində, 162-ci maddəsinin dördüncü və axırıncı hissələrində, 165-ci maddəsinin beşinci və altıncı hissələrində, 167-ci maddəsinin birinci hissəsində, 181-ci maddəsinin birinci və üçüncü hissələrində, 190-cı maddəsinin ikinci hissəsinin birinci cümləsində, 194-cü maddəsinin ikinci və dördüncü abzaslarında, 9 saylı Əlavəsinin “a” bəndinə “müvafiq qurumunun” sözlərindən əvvəl, “b” və “v” bəndlərində, 12 saylı Əlavəsində və 14 saylı Əlavəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının “müvafiq icra hakimiyyəti orqanı”nın və həmin Qanunun 14-cü maddəsinin birinci hissəsinin yeddinci abzasında, 125-ci maddəsinin ikinci və üçüncü abzaslarında, 165-ci maddəsinin axırıncı hissəsində, 167-ci maddəsinin birinci hissəsində, 194-cü maddəsinin ikinci abzasında, 9 saylı Əlavəsinin “a” və “b” bəndlərində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, habelə səlahiyyəti çərçivəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi), Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (100-cü maddəsinin ikinci hissəsində, 165-ci maddəsinin beşinci hissəsində və 190-cı maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına münasibətdə istisna olmaqla) həyata keçirirlər;
həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinin “a” bəndinin dördüncü abzasının ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti həyata keçirirlər;
həmin Qanunun 13-cü maddəsinin ikinci hissəsinin birinci cümləsində (birinci halda) “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi nəzərdə tutulur;
həmin Qanunun 28-ci maddəsinin birinci hissəsində, 72-ci maddəsinin axırıncı hissəsində, 83-cü maddəsinin birinci hissəsinin “v” bəndinin ikinci, üçüncü və dördüncü abzaslarında, “d” bəndinin ikinci, üçüncü abzaslarında, ikinci hissəsində, 85-ci maddəsində, 90-cı maddəsinin dördüncü hissəsində, 95-ci maddəsinin doqquzuncu abzasında, 160-cı maddəsinin üçüncü hissəsində, 176-cı maddəsində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın, 175-ci maddəsinin səkkizinci hissəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir;
həmin Qanunun 16-cı və 28-ci maddələrinin axırıncı hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirir;
həmin Qanunun 2-ci maddəsinin birinci hissəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi nəzərdə tutulur;
həmin Qanunun 39-cu maddəsinin axırıncı hissəsində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi həyata keçirir;
həmin Qanunun 32-ci maddəsinin üçüncü, dördüncü və altıncı hissələrində, 37-ci maddəsinin birinci hissəsində, 39-cu maddəsinin dördüncü hissəsində və beşinci hissəsində (ikinci halda), 83-cü maddəsinin üçüncü hissəsində və 94-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər;
həmin Qanunun 179-cu maddəsinin ikinci və üçüncü abzaslarında nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın və 182-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər;
həmin Qanunun 68-ci maddəsində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın və 184-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirir;
həmin Qanunun 42-ci maddəsinin ikinci hissəsinin birinci abzasında və 159-cu maddəsində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, baş idarələri, şirkətləri və konsernləri həyata keçirirlər;
həmin Qanunun 147-ci maddəsinin beşinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
həmin Qanunun 29-cu maddəsinin birinci hissəsinin on birinci abzasında, 117-ci maddəsinin ikinci hissəsində, 147-ci maddəsinin altıncı və yeddinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
həmin Qanunun 23-cü maddəsində, 126-cı maddəsinin beşinci hissəsinin birinci cümləsində və 165-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş “müvafiq qurum”ların səlahiyyətlərini təşkilat-səfərbərlik və kadrlar orqanları həyata keçirirlər;
həmin Qanunun 27-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş “müvafiq qurum”ların və “müvafiq icra hakimiyyəti orqanı”nın və 28-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 103-cü maddəsinin ikinci hissəsinin axırıncı cümləsində, 107-ci maddəsinin birinci abzasında 3 saylı Əlavəsində, 6 saylı Əlavəsinin üçüncü bəndinin “v” yarımbəndində nəzərdə tutulmuş “müvafiq qurum”ların səlahiyyətlərini qərargah və kadrlar orqanları həyata keçirirlər;
həmin Qanunun 22-ci maddəsində, 28-ci maddəsinin axırıncı hissəsində, 44-cü maddəsinin birinci hissəsində, 72-ci maddəsinin “z” bəndinin axırıncı abzasında, 88-ci maddəsinin ikinci və dördüncü hissələrində, 96-cı maddəsinin birinci hissəsində, 103-cü maddəsinin ikinci hissəsinin birinci cümləsində, 104-cü maddəsinin birinci və üçüncü hissələrində, 107-ci maddəsinin üçüncü abzasında, 113-cü maddəsində, 126-cı maddəsinin beşinci hissəsinin ikinci cümləsində, 5 saylı Əlavəsinin IV bölməsində, 6 saylı Əlavəsinin 1-ci, 6-cı, 7-ci və 9-cu bəndlərində, 8 saylı Əlavəsinin II bölməsində, 9 saylı Əlavəsinin 1-ci bəndinin “a”, “b” və “v” yarımbəndlərində, ikinci, üçüncü və yeddinci bəndlərində, 10 və 14 saylı Əlavələrinin “qeydlərində” nəzərdə tutulmuş “müvafiq qurum”ların səlahiyyətlərini müvafiq kadrlar orqanları (idarələri, şöbələri, bölmələri) həyata keçirirlər;
həmin Qanunun 150-ci maddəsinin birinci hissəsində və 154-cü maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini, hərbi qulluqçunun xidmət yerinə müvafiq olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirirlər;
həmin Qanunun 38-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər;
həmin Qanunun 175-ci maddəsinin ikinci hissəsinin ikinci abzasında (birinci halda) və doqquzuncu hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir;
həmin Qanunun 175-ci maddəsinin ikinci hissəsinin ikinci abzasında (ikinci halda) və doqquzuncu hissəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirir;
həmin Qanunun 18-ci maddəsinin üçüncü hissəsində və öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə 175-ci maddəsinin ikinci hissəsinin ikinci abzasında (üçüncü halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir;
həmin Qanunun 175-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər;
həmin Qanunun 175-ci maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər;
həmin Qanunun 175-ci maddəsinin səkkizinci hissəsinin ikinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər;
həmin Qanunun 16-cı maddəsinin birinci hissəsinin “a” bəndinin ikinci abzasında, 18-ci maddəsinin birinci və ikinci (birinci halda) hissələrində, 165-ci maddəsinin dördüncü və beşinci (birinci halda) hissələrində, 170-ci maddəsinin birinci hissəsində və üçüncü hissəsinin birinci cümləsində və 6 saylı Əlavəsinin 3-cü maddəsinin “v” bəndinin doqquzuncu abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri həyata keçirirlər;
həmin Qanunun 18-ci maddəsinin ikinci hissəsində ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;
həmin Qanunun 26-cı maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər;
həmin Qanunun 118-ci maddəsinin üçüncü hissəsində, 186-cı maddəsinin birinci hissəsinin “q” bəndində və 187-ci maddəsində üçüncü halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri, öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər;
həmin Qanunun 180-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirirlər;
həmin Qanunun 187-ci maddəsində ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər.