Qanunvericilik › Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:

1.0.1. ali audit orqanı – kənar dövlət maliyyə nəzarəti funksiyasını həyata keçirən dövlət qurumudur;

1.0.2. kənar dövlət maliyyə nəzarəti – bu qanunun 21.12-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu qanunun 1.0.5-ci maddəsində nəzərdə tutulan kənar dövlət maliyyə nəzarətinin obyektləri tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə edilməsinə ali audit orqanı tərəfindən həyata keçirilən müstəqil dövlət nəzarətidir;

1.0.3. dövlət vəsaiti – dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin, büdcədənkənar dövlət fondlarının, məqsədli dövlət fondlarının, publik hüquqi şəxslərin vəsaitləri, dövlət zəmanəti ilə alınan kreditlər, dövlət qrantları və texniki yardımlar, büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaitidir;

1.0.4. kənar dövlət maliyyə nəzarəti tədbirləri – audit, analitik fəaliyyət və monitorinq formalarında həyata keçirilən kənar dövlət maliyyə nəzarətidir;

1.0.5. kənar dövlət maliyyə nəzarətinin obyektləri – dövlət orqanları, büdcədənkənar dövlət fondları, bələdiyyələr, publik hüquqi şəxslər, siyasi partiyalar, dövlətin və (və ya) bələdiyyələrin səhmi (payı) olan hüquqi şəxslərdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver