14.0. Hesablama Palatasının sədri:
14.0.1. Hesablama Palatasına rəhbərlik edir və onun işini təşkil edir;
14.0.2. Hesablama Palatasının kollegiyasının iclaslarını çağırır və iclaslarına sədrlik edir;
14.0.3. Hesablama Palatasının üzvləri arasında iş bölgüsü aparır;
14.0.4. Hesablama Palatasının strukturunu, struktur bölmələrinin əsasnamələrini, ştat sayını, gəlir və xərclər smetası üzrə bölgü və dəyişiklikləri təsdiq edir;
14.0.5. Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə qurumunu yaradır;
14.0.6. Hesablama Palatasının fəaliyyəti ilə bağlı əmrlər, sərəncamlar, göstərişlər və tapşırıqlar verir;
14.0.7. Hesablama Palatasının Aparatının, struktur bölmələrinin və Naxçıvan Muxtar Respublikası üzrə qurumunun rəhbərlərini və işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onların həvəsləndirilməsi, kadr potensialının gücləndirilməsi, intizam məsuliyyəti məsələlərini həll edir;
14.0.8. Hesablama Palatasının rəylərini, hesabatlarını, məlumatlarını və təkliflərini Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir;
14.0.9. Hesablama Palatasının səlahiyyətlərinin icrası ilə əlaqədar dövlət qurumlarının nümayəndələrinin, habelə müqavilə əsasında auditor təşkilatlarının, müstəqil auditorların, mütəxəssislərin və ekspertlərin cəlb edilməsi məsələlərini həll edir;
14.0.10. Hesablama Palatasının dövlət orqanları ilə, xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən qurumlarla və beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətini təmin edir;
14.0.11. dövlət qurumları ilə, xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən qurumlarla və beynəlxalq təşkilatlarla, habelə hüquqi və fiziki şəxslərlə münasibətlərdə Hesablama Palatasını təmsil edir;
14.0.12. Azərbaycan Respublikasının Milli Məclisinə Hesablama Palatasının fəaliyyəti haqqında illik hesabatı təqdim edir;
14.0.13. Hesablama Palatasının üzvlərinə dair etik davranış məsələlərinə baxan etika komissiyası yaradır;
14.0.14. qanunla nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.