Qanunvericilik › Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Hesablama Palatasının iş planı

Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

20.1. Hesablama Palatası kənar dövlət maliyyə nəzarətinin vaxtında, keyfiyyətlə və səmərəli keçirilməsini təmin etmək məqsədilə illik iş planını hazırlayır və öz fəaliyyətini illik iş planı əsasında həyata keçirir.

20.2. Hesablama Palatasının illik iş planı Hesablama Palatasının cari fəaliyyəti və bu qanunun 20.1-ci maddəsinə uyğun olaraq, kənar dövlət maliyyə nəzarəti tədbirləri üzrə görüləcək işləri özündə əks etdirir.

20.3. Hesablama Palatasının illik iş planı Hesablama Palatasının üzvlərinin təklifləri əsasında tərtib edilir.

20.4. İş planında nəzərdə tutulan kənar dövlət maliyyə nəzarəti tədbirləri risk qiymətləndirilməsi yolu ilə müəyyən edilir.

20.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının üzvlərinin sorğu və təklifləri əsasında iş planına əlavələr edilə bilər.

20.6. Hesablama Palatasının illik iş planının hazırlanması və icrası qaydaları Hesablama Palatasının metodiki sənədləri ilə tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver