Qanunvericilik › «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarının qüvvədən düşməsi barədə › Tam mətn

«Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarının qüvvədən düşməsi barədə

«Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarının qüvvədən düşməsi barədə · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

«Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarının qüvvədən düşməsi barədə

Azərbaycan Respublİkasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının aşağıdakı qanunları qüvvədən düşmüş hesab edilsin:

1. «Azərbaycan Respublikasının ərazisində hüquqi qüvvəsini müvəqqəti saxlayan keçmiş SSRİ qanunları və onların tətbiqi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci hissəsinin ikinci abzasında adı çəkilən «Canlı aləmin mühafizəsi haqqında» 1980-ci il 25 iyul tarixli SSRİ Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 20, maddə 890);

2. «Heyvanlar aləminin mühafizəsi və ondan istifadə haqqında» Azərbaycan SSR-in Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1981-ci il, № 23, maddə 276; 1984-cü il, № 19, maddə 157).

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver