Qanunvericilik › Heyvanlar aləmi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas termin və anlayışlar

Heyvanlar aləmi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bu qanunda istifadə edilən termin və anlayışlar aşağıdakı mənaları ifadə edir:

heyvanlar aləmi – Azərbaycan Respublikasının bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, quruda, suda, torpaqda və havada təbii olaraq sərbəst, yarımsərbəst və qeyri-sərbəst şəraitdə daimi, müvəqqəti və köçəri yaşayan vəhşi heyvan növlərinin kəmiyyət və keyfiyyət məcmusu;

populyasiya – heyvan növünün sərbəst nəsil verə bilən coğrafi, ekoloji və elementar fərdlər qrupu;

heyvanlar aləminin yaşayış mühiti – heyvanların suda, quruda, torpaqda və havada təbii sərbəstlik şəraitində məskunlaşdığı mühit;

heyvanlar aləmindən istifadə – insanların maddi və mənəvi tələbatının ödənilməsi məqsədilə heyvanlar aləmi obyektlərinin təbii mühitdən ayrılmaqla və ya ayrılmamaqla öyrənilməsi, yetişdirilməsi, artırılması, ovlanması və digər fəaliyyət növləri;

heyvanlar aləminin mühafizəsi – heyvanlar aləmi obyektlərinin bioloji müxtəlifliyinin və həyat fəaliyyətinin qorunub saxlanması;

heyvanlar aləminin istifadəçiləri – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada heyvanlar aləmi obyektlərindən istifadə edən fiziki və hüquqi şəxslər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver