Əhalinin sağlamlığını və təhlükəsizliyini mühafizə etmək, kənd təsərrüfatı və başqa ev heyvanlarını xəstəliklərdən qorumaq, heyvanlar aləminə, onların yaşayış mühitinə və iqtisadiyyata zərər vurulmasının qarşısını almaq məqsədilə ayrı-ayrı yırtıcı və zərərverici vəhşi heyvan növlərinin sayının tənzimlənməsinə yönəlmiş tədbirlər görülür.
Bu tədbirlər başqa heyvan növlərinə zərər vurmamaqla və heyvanların yaşayış mühitinin qorunub saxlanılmasını təmin etməklə həyata keçirilməlidir.
Sayı tənzimlənən vəhşi heyvanların növləri, müvafiq tədbirlərin keçirilməsi qaydaları elmi təşkilatların və əlaqədar dövlət orqanlarının rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.