"Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 294 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin məbləği, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna görə təbiətə dəymiş ziyanın məbləği" və "Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə təbiətə dəymiş ziyanın məbləğinin istifadəsinə dair Təlimat" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 6 noyabr 2004-cü il
1.1. Bu Qaydalar dövlət orqanları tərəfindən heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini müəyyən edir.
1.2. Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətinin məqsədi fiziki və hüquqi şəxslər tərəfindən heyvanlar aləminin mühafizəsi sahəsindəki vəzifələrin yerinə yetirilməsini, heyvanlar aləminin istifadəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasını təmin etməkdən ibarətdir.
1.3. "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 294 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.
1.4. Balıq ehtiyatlarının mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarəti qanunvericiliklə müəyyənləşdirilmiş qaydada Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanları tərəfindən həyata keçirilir.
1.5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətini həyata keçirərkən öz işlərini aidiyyəti olduqda, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli hakimiyyət orqanları ilə əlaqələndirir.
1.6. Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində idarəetmə və nəzarət funksiyalarını həyata keçirən dövlət orqanları heyvanlar aləmi obyektlərinin mühafizəsi, istifadəsi və bərpası işlərində fiziki və hüquqi şəxslərin, o cümlədən ictimai təşkilatların rəy və təkliflərini nəzərə almalıdırlar.
1.7. Hüquqi və fiziki şəxslər tabeçilik, mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq, heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətini həyata keçirən şəxslərə yoxlama aparmaq üçün müvafiq şərait yaratmalı, onların səlahiyyətlərinə aid edilən sənədləri və tələb olunduqda yazılı izahatlarmı verməlidirlər.
1.8. Heyvanlar aləminin mühafizəsi, istifadəsi və artırılması sahəsində dövlət nəzarətini həyata keçirən şəxslərə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq xidməti vəsiqəsi verilir.
Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətini həyata keçirən dövlət orqanlarının vəzifələri aşağıdakılardır:
heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət siyasətini həyata keçirmək;
heyvanlar aləmi obyektlərinin mühafizəsi, səmərəli istifadəsi və bərpası qaydalarına və normalarına əməl olunmasına nəzarət etmək;
ov qaydalarına və heyvanlar aləminin ovçuluq obyektlərinə aid edilmiş vəhşi heyvan növlərinin istifadəsinə nəzarət etmək;
su hövzələrində balıqların sənaye, idman və həvəskar ovu, habelə elmi tədqiqat məqsədilə istifadə edilməsinə və təbii mühitə uyğunlaşdırılmasına nəzarəti həyata keçirmək;
ov və balıqçılıq obyektlərinə aid edilməyən vəhşi heyvanların tutulması və vurulması qaydalarına əməl olunmasına nəzarət etmək;
heyvanlar aləminin obyektlərindən elmi tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik məqsədlər üçün istifadəyə nəzarət etmək;
vəhşi heyvanların həyat fəaliyyətinin məhsullarını əldə etmək məqsədilə istifadə olunmasına nəzarət etmək;
vəhşi heyvanların qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanmasına, yetişdirilməsinə və bu məqsədlə tutulmasına nəzarət etmək;
heyvanlar aləminin sayının tənzimlənməsinə nəzarət etmək;
vəhşi heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin, habelə miqrasiya yollarının mühafizəsinə nəzarət etmək;
istehsal proseslərində və nəqliyyat vasitələrinin istismarında heyvanlar aləminin məskunlaşdığı mühitin təsir dairəsində fəaliyyət göstərən obyektlərin bioloji təhlükəsizliyinə nəzarət etmək;
nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan vəhşi heyvan növlərinin mühafizəsi, törəyib artması və istifadəsinə nəzarət etmək;
zooloji kolleksiyaların yaradılması, saxlanılması və zənginləşdirilməsinə nəzarət etmək;
bitki mühafizə vasitələrinin tətbiqi zamanı heyvanlar aləminin və onların yaşayış mühitinin mühafizəsi tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;
vəhşi heyvanların köçürülməsi, iqlimə uyğunlaşdırılması və artırılması tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək;
ayrı-ayrı heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılmasını qadağan etmək və ya məhdudlaşdırmaq, habelə "Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında" Konvensiyanın (CİTES) tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;
heyvanlar aləminin mühafizəsi, səmərəli istifadəsi və törəyib artması xeyrinə torpaq, meşə, su və başqa təbii ehtiyatların mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarmı məhdudlaşdıran tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
heyvanlar aləmi obyektlərinin dövlət uçotunun və dövlət kadastrının hə-yata keçirilməsini təmin etmək və onların aparılması qaydalarına əməl olunmasına nəzarət etmək;
vəhşi heyvanların təbii və süni artmasına, onların yaşayış mühitinin qorunmasına və yaxşılaşmasına yönəldilən kompleks tədbirlərin yerinə yetiril-məsinə nəzarət etmək;
heyvanlar xəstəliyə yoluxduqda, onların yaşayış mühiti pisləşdikdə, heyvanların məhv olmaq təhlükəsi yarandıqda xəstəliklərin profilaktikası və ləğvi üzrə kompleks tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
bitişik ərazilərin hüdudlarında heyvanlar aləmi obyektlərinin mühafizəsinin həyata keçirilməsinə, Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş və xüsusi mühafizə olunan heyvan növlərinin mühafizə rejiminə əməl edilməsinə, habelə heyvanlar aləmi obyektlərinin istifadəsi və mühafizəsi sahəsində istifadəçilərin qanunvericiliklə müəyyənləşdirilmiş digər vəzifələrinin yerinə yetirilməsinə nəzarət etmək;
qanunvericiliklə müəyyən edilən digər vəzifələri həyata keçirmək.
3.1. Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətini həyata keçirən dövlət orqanlarının hüquqları aşağıdakılardır:
dövlət təbiət qoruğu, milli park, dövlət təbiət yasaqlığı və ov yerlərində heyvanlar aləminin obyektlərindən istifadə hüququna dair sənədləri yoxlamaq, nəqliyyat (üzən) vasitələrini saxlamaq, nəqliyyat vasitələrini, o cümlədən gəmiləri, ov alətlərini, əldə edilmiş məhsulları və başqa əşyaları yoxlamaq;
heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində pozuntu hallarmı aradan qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək;
heyvanlar aləmi haqqında qanunvericiliyi pozmuş şəxslərdə olan heyvan-ları əldə etmək üçün istifadə edilən nəqliyyat vasitələrini müvəqqəti saxlamaq, hüquqpozmaya səbəb olmuş alətləri, cihazları və digər əşyaları, qanunsuz əldə edilmiş məhsulları, habelə müvafiq sənədləri götürmək;
heyvanlar aləmi haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması və açılması üçün köməkçi vasitə kimi şəkilçəkmə, səsyazma, kino və video çəkilişləri aparmaq;
heyvanlar aləmi haqqında qanunvericiliyin pozulması ilə əlaqədar vətəndaşlardan və vəzifəli şəxslərdən şifahi və ya yazılı məlumatlar almaq;
heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində inzibati xətalar haqqında protokollar tərtib etmək, cərimələmək və digər tədbirlər görmək;
heyvanlar aləminə vurulmuş ziyanın ödənilməsi məqsədilə qanunpozanlara qarşı iddialar qaldırmaq;
qanunvericilikdə nəzərdə tutulmuş hallarda heyvanlar aləminin obyektləri üzərində mülkiyyət hüququna xitam verilməsi barədə iddia qaldırmaq;
qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
3.2. Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətini həyata keçirən dövlət orqanlarının vəzifəli şəxslərinə xidməti vəzifələrini yerinə yetirərkən xüsusi geyim forması daşımaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir.
1.1. Bu sənəd "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikasının Qanununa və "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 294 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır.
1.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, heyvanlar aləmindən istifadə ödənişlidir.
1.3. Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin məbləği tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna görə təbiətə dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarı ilə müəyyən edilmişdir.
2.1. Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin məbləği aşağıdakı kimi müəyyən edilir:
ceyran, maral, muflon, bezoar keçi, qarapaça
qamış və meşə pişikləri
meşə və daşlıq dələləri
bataqlıq qunduzu (nutriya)
Dovşankimilər dəstəsi
Həşəratyeyənlər və yarasalar dəstəsi
Qafqaz və Xəzər uları
Qafqaz tetrası, turac
Zaqafqaziya qırqovulu
Göyərçinkimilər dəstəsi
qaşqaldaq, qamışlıq fərəsi, porzan, xırda porzan, cırtdan porzan, su fərəsi
boz durna, qəşəng durna
dovdaq, qəşəng dovdaq
Çovdarçıkimilər dəstəsi
çölhaçaquyruq cüllütü
cüllütkimilərin digər növləri
Qağayıkimilər dəstəsi
İyrəncəkimilər dəstəsi
qu quşları, qırmızıdöş qaz, ağqaş qaz
qazlar (boz və ağalın)
mərmər cüro, ağgöz və göydimdik ördək
Kürəkayaqlıkimilər dəstəsi
Qızılqazkimilər dəstəsi
Leyləkkimilər dəstəsi
ərsindimdik, qara leylək
qarıldaq, dan quşları, qaranaz, Misir vağı, müqəddəs ibis və vağların digər növləri
Qafqaz şahini, ütəlgi, Aralıq dənizi qızılquşu, çay qaraquşu, ağquyruq dəniz qartalı, tetraçalan, Türküstan tüvüyü, çölqartalı, məzar qartalı, berkut, toğlugötürən, ilanyeyən, böyük qartalça, qara kərkəs, çölbelibağlısı, çölmuymulu
arıyeyən, qırmızı çalağan, qara çalağan, uzunquyruq dənizqartalı, bildirçinçalan, tülküayaq sar, çölsarı, adi sar, cırtdan qartal, kiçik qartalça, leşyeyən, ağbaş kərkəs, tarla belibağlısı, çəmənlik beli-bağlısı, qamışlıq və ya bataqlıq belibağlısı, adi muymul, derbnik, kərkincək, qaragöz
Bayquşkimilər dəstəsi
iri yapalaq, adi yapalaq, bataqlıq bayquşu, qulaqlı bayquş, dam bayquşu, meşə bayquşcuğu
Quququşukimilər dəstəsi
Keçisağankimilər dəstəsi
Uzunqanadlılar dəstəsi
Göycəqarğakimilər dəstəsi
Ağacdələnkimilər dəstəsi
ağboğaz bülbül, səhra qarquşu, hirkan anquşu
sərçəkimilərin digər növləri
Aralıq dənizi tısbağası
Qurbağalar, tritonlar
Siyahıda adı göstərilməyən bütün fauna növləri üçün
2.2. Ölçüsündən, çəkisindən və yaşından asılı olmayaraq, hər bir fərd vəhşi heyvan növünün vurulması və ya tutulması cədvəldə müəyyən olunmuş dəyərə əsasən ödənilir.
2.3. Cədvəldə göstərilən vəhşi heyvan növlərinin yumurtalarını yığmağa görə hər ədəd yumurtanın dəyəri bir baş vəhşi heyvanın vurulması və ya tutulması üçün müəyyən edilmiş ödəmə dəyərinin 50 faizi miqdarında hesablanır.
2.4. Beşdəfəlik, ondəfəlik və mövsümi ov üzrə ödəmə cədvəldə müəyyən olunmuş ödəmə dəyərinə müvafiq olaraq 20, 25 və 30 faiz az hesablanır (Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na düşmüş nadir vəhşi heyvan növləri (yarımnövləri) istisna olmaqla).
2.5. Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na düşmüş və digər nadir vəhşi heyvan növlərinin (yarımnövlərinin) tutulmasına və ya ovlanmasına yalnız elmi və dövlət reyestrinə daxil edilmiş zooloji kolleksiyaların zənginləşdirilməsi məqsədi ilə icazə verilə bilər.
2.6. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən vəhşi heyvanların (Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na düşmüş vəhşi heyvan növləri istisna olmaqla) ovlanmasının (tutulmasının) qiyməti və ov qənimətinin dəyəri aşağıdakı kimi müəyyən edilir:
Ördəklərin bütün növləri və qaşqaldaq
Meşə cüllütü, böyük və ortaboy kronşnep
Zaqafqaziya qırqovulu
Göyərçinkimilər dəstəsi
3.1. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil edilmiş vəhşi heyvan növlərinin qeyri-qanuni ovuna görə təbiətə dəymiş ziyanın məbləği aşağıdakı qaydada müəyyən edilir:
ağquyruq dəniz qartalı
iri qırğı (tetraçalan)
Türküstan tuviyi (Orta Asiya tuviyi)
kiçik kronşnep (əyridimdik)
çölhaçaquyruq cüllütü
Suda-quruda yaşayanlar
Suriya sarımsaqiyli qurbağası
girdəbaş yovşanlıq kərtənkələsi
zolaqlı çılpaqgöz kərtənkələ
Aralıq dənizi tısbağası
Kəpənəkkimilər dəstəsi
Şərqi Aleksanor yelkənciyi
talış məxməri kəpənəyi
üçpərli talış qaçağanı
Qafqaz ilbizyeyən fıqırdarı
tündqırmızı talış uzunbığı
Dağıstan zolaqlı arısı
Mlokoseviç zolaqlı arısı
Porçinski zolaqlı arısı
3.2. Dövlət təbiət qoruqlarının ərazilərində və milli parkların xüsusi mühafizəsinin hüquqi rejimi tətbiq edilən zonalarında Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na düşmüş vəhşi heyvan növləri və onların yuvaları, mağaraları və s. yaşayış yerləri qanunsuz olaraq məhv və ya əldə edilərsə, təbiətə dəymiş ziyanın məbləği hər bir növ və yuva üçün vəhşi heyvan növü üzrə təyin olunmuş cədvələ əsasən üçqat ölçüdə hesablanır.
3.3. Dövlət ovçuluq təsərrüfatlarının, milli parkların (xüsusi mühafizəsinin hüquqi rejimi tətbiq edilən zonalarından başqa), dövlət təbiət yasaqlıqlarının və təbiət abidələrinin (təbii abidələrin) ərazilərində, həmçinin heyvanxanalarda və ixtisaslaşdırılmış pitomniklərdə (volyerlərdə) Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na daxil edilmiş vəhşi heyvan növləri qanunsuz olaraq məhv və ya əldə edilərsə, təbiətə dəymiş ziyanın məbləği hər bir vəhşi heyvan növü üçün təyin olunmuş cədvələ əsasən ikiqat ölçüdə hesablanır.
3.4. Yuvadan qanunsuz götürülmüş hər bir yumurtaya, həmçinin qeyri-qanuni əldə edilmiş və ya məhv edilmiş məməlilərin dişi fərdlərindəki embriona görə təbiətə dəymiş ziyanın məbləği isə vəhşi heyvan növü üçün təyin olunmuş cədvələ əsasən 50 faiz miqdarında hesablanır.
3.5. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil olmayan heyvan növlərinin qeyri-qanuni ovuna görə təbiətə dəymiş ziyanın məbləği aşağıdakı kimi müəyyən edilir:
Tirəndaz (oxlu kirpi)
Bataqlıq qunduzu (nutriya)
Meşə və daşlıq dələləri
Nəcib və xallı marallar
Həşəratyeyənlərin və yarasaların digər növləri
Ağdöş və qaradöş qaqara
İyrəncəkimilərin bütün növləri
Böyük və kiçik danquşu
Vağların digər növləri
Ördəklərin bütün növləri
Yırtıcı quşların bütün növləri
Zaqafqaziya qırqovulu
Sığırçınların digər növləri
Çovdarçılar, haçaquyruq cüllütlər
Bayquşkimilərin bütün növləri
Uzunqanadlıların bütün növləri
Qaranquşların bütün növləri
Qızılı və yaşıl qızlarquşu
Ağacdələnkimilərin bütün növləri
Sərçəkimilərin bütün növləri
İlanların digər növləri
Qurbağalar, kərtənkələlər
Qeyd. Bu siyahıda adları göstərilməyən qalan bütün fauna növləri
Suda üzən quşların kütləvi surətdə tutulması
Ov quşlarının və faydalı quşların yuvalarından götürülmüş hər yumurtası üçün
3.6. Vəhşi heyvanların növləri ov üçün qadağan edilmiş alətlər vasitəsi ilə və üsullarla ovlandıqda, bu sənədin 3.1-ci və 3.5-ci bəndlərinə əsasən hesablanan təbiətə dəymiş ziyanın məbləği 2 (iki) əmsalına vurulur.
3.7. Heyvanlar aləminin obyektlərindən istifadəyə görə ödəmələr (balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələr istisna olmaqla) və qeyri-qanuni vəhşi heyvan ovuna görə tətbiq edilən təbiətə dəymiş ziyanın məbləği müvafiq olaraq, Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna və ya xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarına keçirilir.
1. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq heyvanlar aləminin obyektlərindən istifadəyə görə ödənişlərdən və qeyri-qanuni vəhşi heyvan ovuna görə təbiətə dəymiş ziyanın məbləğindən daxil olmuş vəsait heyvanlar aləmi obyektlərinin mühafizəsinin, səmərəli istifadəsinin və artırılmasının, habelə onların yaşayış mühitinin qorunub saxlanılmasının və yaxşılaşdırılmasının stimullaşdırılmasına yönəldilir.
2. Ovçuluq təsərrüfatlarından istifadəyə görə ödənişlər istisna olunmaqla, heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödəmələr, qeyri-qanuni vəhşi heyvan ovuna görə təbiətə dəymiş ziyanın məbləğindən daxil olan vəsaitlər xəzinədarlıq orqanlarında toplanaraq Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna və ya xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarına köçürülür.
3. Fondun vəsaitinin 5 faizi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş "Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə"nin 7-ci bəndinə əsasən sosial təminat və maddi həvəsləndirmə fonduna yönəldilir.
Fondda qalan vəsaitin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmış, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş hissəsi, təsdiq edilmiş gəlir və xərclər smetası əsasında “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vəhşi heyvanların, o cümlədən nadir və nəsli kəsilməkdə olan fauna növlərinin mühafizəsi, artırılması və bərpasına, heyvanlar aləmi obyektlərinin dövlət uçotu, kadastrı və monitorinqinin təşkilinə və keçirilməsinə sərf olunur.
4. Bu Təlimatda nəzərdə tutulan məqsədlər üçün vəsaitlərin səmərəli istifadə olunmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Maliyyə Nazirliyi nəzarət edirlər.
1. 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)
2. 13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)
3. 3 may 2021-cı il tarixli 128 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 may 2021-cı il, № 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 507)
4. 8 may 2025-ci il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 may 2025-ci il, “Xalq” qəzeti, 17 may 2025-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 503)