Hidrometeorologiya fəaliyyəti üzrə normativ-texniki sənədlər meteorologiya, aviameteorologiya, aqrometeorologiya, hidrologiya, okeanologiya, iqlimşünaslıq, təbii mühitin monitorinqi üzrə müşahidələrin, tədqiqatların və atmosfer proseslərinə fəal təsir işlərinin aparılması, məlumatların toplanması, təhlili, hazırlanması və istifadəsində normativ-texniki tələbləri, norma və qaydaları müəyyən edir.
Hidrometeorologiya fəaliyyəti üzrə normativ-texniki sənədlərin tələblərinə əməl edilməsi bütün hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istehsalçıları və istehlakçıları üçün məcburidir.
Hidrometeorologiya fəaliyyəti üzrə normativ-texniki sənədlər müşahidələrin aparılması, məlumatların hazırlanması, ekspertizası və mübahisəli məsələlərin həlli üçün əsasdır.
Hidrometeorologiya fəaliyyəti üzrə normativ-texniki sənədlər müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilir.